Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə85/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   81   82   83   84   85   86   87   88   ...   266
81. SEYİD ƏLİ
Bir günnəri Sovet hakimiyəti vaxdında bunu çağırıflar ki, sən camaatı çaş-baş salmaginən. O vaxdı allahsızdıx vaxdı idi. Buna deyiflər ki, camaatı niyə çaş-baş salırsan? Sənin nə möcüzən ola bilər? Sovet hökumətinin möcüzəsi budu ki, insannar aya, kosmosa qalxır. Bəs sənin möcüzən nədi? Deyif ki, mənim möcüzəm onnan da qüvvətdidi. Seyid Əli deyir belə. Deyillər:

– Nətər?


Deyir:

– Gəlin bəri.

Bular çıxıllar binadan çölə. Qapıdan çıxanda Seyid Əli KQB-nin adamına deyir ki, görürsən aralıdan iki nəfər gəlir? Baxır ki, aralıdan iki nəfər qadın xeylağı gəlir. Nəysə, olar yavaş-yavaş gələndə deyir ki, indi gör mən oların başına nə oyun açacam. Deyir:

– Yaxşı.

Bu Seyid Əli İranda təhsil alıfdı, çox möcüzəli bir seyitdi, həqiqətən, cəddinə qurban olum. Burda nətər bir şey oxuyursa, bu qadınnar paltarrarını qaldırır, guya ki sel gəlir, seldən addıyıllar. Baxıllar ki, su-zad yoxdu, ancax bu qadınnar elə bil sudan keçillər. Bular buna deyir ki, Əli kişi dayan, dayan. Qadınnar gəlib keçəndə bular deyir ki, a bacı, nəydi o? Qadınnar da deyir ki, sel gəldi, az qala bizi aparırdı. Buna bax ey, bura qup-qurudu.

Deyiflər:

– A kişi, sənnən işimiz yoxdu, səninki səndə, bizimki bizdə.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin