Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə86/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   82   83   84   85   86   87   88   89   ...   266
82. QARQIŞLAQ PİRİ*
Qarqışdax piri indiyətən iki dəfə dağılmışmış. Bu da üçüncü dəfə oldu, üçüncü dəfə dağıldı. Özü də Qarqışdax dəyil, Qarı qışdaxdı, qoja qışdaxdı, qarı qışdaxdı. Onun əvliyası çoxdu. Onun çil ağacı da varıdı. Onun kalafalığı** da çoxudu. Bir yol canım qurban olan Fatma nənənin kündələri qalanda – o əsrdə də dağıdıf­lar, bir yol da onnan sora dağıdıflar, bir də indi dağıldı. Bu üçüncü dağınıxdı. Orda illaf*** peyğəmbərrər, ojaxlar oluf. Fatma nənənin əlində kündə olanda gavır gəlif başının üsdünü kəsif. Fatma nənə deyif:

– Allah, mənim kündələrimi daş elə, gavıra qismət eləmə.

Fərhad (söyləyicinin oğlu – top.) da çox görüf. Balacası bala­ca, yekəsi yekə daş olmuşdu. Bir belə duağı**** var. Oxlavı vardı, o da daş olmuşdu. Gedirdih ziyarət eliyirdih, çırax yandırırdıx, toyux hərriyif gətirirdih. Böyüh ojax idi, böyüh pir idi.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin