Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə87/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   83   84   85   86   87   88   89   90   ...   266
83. MOLLA ALI
I mətn

Molla Alı (xalq arasında Mollalı deyirlər – top.) bizim baba­mı­zın qardaşı oluf. Yolnan gedirmiş. Qabağına iki arvat gəlif. Arvat­dar kişini görəndə duruxuf. Kişi bınnara deyif ki, ay bajı, qorx­ma, gəlin. Arvatdar gəlmiyif, qayıdıf qaçıf. Qayıdanda kişi yola nətər nəzər salıfsa, yolun o tərəfi də, bı tərəfi də oluf qırmızı ya­lav. Yalavın ortasınca cığırnan qaçıflar, qaçıflar, gəliflər kişinin yanına. Kişinin yanına gələndə dala baxıf görüllər yalav yoxdu. Deyif ki, bajı, siz bı yolnan gedirdiniz. Di siz gəlin gedin öz yolunuznan, mən də öz yolumnan.


II mətn

Molla Alı çox oxumuş kişiydi. İranda da oxuyuf, mollalıx oxuyuf. Elə mollalıx ki, arpanı dirəyə yeridif. Deyiflər:

– Baba, deyillər molla arpanı dirəyə yeridir, nətəri olur?

Deyif ki, gedin bir qoşa avıc gətirin qoyun dirəyin dibinə, görün nətəri olur. Quranı alıb əlinə, oxuyuf, oxuyuf, oxuyuf, arpa dirəh yuxarı yeriyif, dirəh aşağı yeriyif. Deyif:

– Bala, gördüüz arpa dirəyə nətəri yeriyir?
84. GORDU BABA
Gordu baba yel piriydi. Ayağı əyri gedən yeriyə-yeriyə gəlir­di. Gərəh əlində də bir qab su aparıf qapısına-bajasına səpeydin. Payı sudu. Çırağ aparıf yandırırdıx.
85. SEYİD ƏBİL
Zəngilanın Zərnəli kəndində Seyid Əbil vardı. Ağır seyidiydi, sınanmış seyidiydi. Bınnan irəli adamlar çuxa geyirdilər. Bının da bir köhnə çuxası olur. Aparır hansısa bir kəntdə boyaxçıya verir bını boya. Boyaxçı baxır ki, bı bir qoja kişidi, özü də əynindəki çuxa da lap köhnə, pal-paltarı da cır-cındır. Bını qavır. Bı da küsür gedir. Boyaxçı bir də görür ki, küpdəki boyaxların hamısı oluf ayran. Bilir ki, bayaxkı qoja kimsə möcüzəli adamdı, seyid adamdı. Qaçır düşür ayaxlarına, yalvarır. O da bını bağışdıyır. Gəlir çomağını salır küplərin içinə, qarışdırır bir dəfə, təzədən hamısı dönüf oluf boyax, rəng. Onnan deyillər ki, “Seyid Əbilin boyağı ayrana çəvirən cəddi”.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin