Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə88/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   84   85   86   87   88   89   90   91   ...   266
86. SEYİD RZA OCAĞI
Cəbrayıl rayonunun Cocux Mərcannı kəndindədi. Dəmir yolun­nan keçəndə ordadı. Yanında iydə ağacı da var. Onun dibin­dədi. Balaca qəbirdi. Uşaxdıx biz, onda dedilər bir seyid ölüf orda. Seyid də bir ağsakqal kişiydi. Yudular, suata tutdular, bühdülər, apardılar qardaşdarına təhvil verdilər. Qardaşdarı da deyif ki, nahax gətirmisiz, gərəh orda basdırardız.

Yaxşı ojaxdı, nə niyyət tuturdun, olurdu. Maşınnar hamısı ordan keçəndə pul qoyurdular. Orda çırax da yandırırdılar. Oranı da qəbir fason smentdəmişdi bir ağsakqal kişi. Hamı ziyarət eliyirdi oranı.

Dəsdəmaz alıf uzanıf. Elə uzandığı yerdə də ölüf. Yanındakı adamlardan biri deyif ki, a seyid baba, uzanma, soyuğ olar. Deyif ki, a bala, qoy bir az dincəlim, heş nə olmaz. Elə orda da ölüf. Pul qoyullar, çırax yandırıllar. Kimə qismət olurdu, o da götürürdü. Nəzir eliyirdim ki, inəyim doğsun, sağ-salamat olsun, siftə yağını aparıf qoyajam ora. İndi də gediflər. Elə heylə də durur deyillər.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin