Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə93/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   89   90   91   92   93   94   95   96   ...   266
92. KƏMƏR QOŞMAR
Bir də Qumlaxnan Xudafərinin arasında bir pir vardı, adına Kəmər Qoşmar deyirdilər. Orda Xudafərində bir kişi vardı. Urusdar o pirin daşdarını o kişiyə daşıtdırıf Araza töhdülər. Sərhət çəkiləndə sərhədə düşmüşdü. Qaraş addı kişiyə tökdürdülər Araza, bir az da dəli kimiydi.

93. PİR DƏRƏSİ
Bizdə Pir dərəsi deyilən yer var (Cəbrayıl rayonunun Qumlaq kəndi – top.). Oranı ojax kimi ziyarat eliyirdih. Mən gözümü açan­nan oranı heylə görmüşəm. O piri heylə görmüşəm. O pirdə çoxlu dağdağan ağacı oluf. Dedilər ki, 1941-1945-də onu urus doğruyuf, yığıf arabıya yandırmax üçün aparanda araba aşıf, urus da qalıf altında, ölüf. Onun yerində bir-iki ağaj qalmışdı. Təzədənnən pöh­rə verdi, o dağdağan böyüdü. Çaylaxdı, çaylağın içindədi. İntə­hası Pir dərəsi deyillər. Gözümü açıf onu heylə görmüşəm. Çərşənbə bayramında camaat el adətiynən yığışıf gedirdi, o piri hərrənirdi. Elə başqa vaxdı da əhd eliyən o pirə gedirdi. Gedif yüyrük asırdılar, mismar çalırdılar, onnan sohra niyyət tutuf çırax yandırırdılar.

Pirin böyürrərində oturuf ağrıyan yerrərinə daş düzürdülər ağrını götürmək üçün. Çərşənbə bayramında lap çox gedif ziyarət eliyirdilər. Qər-qənfet tökürdülər pirin dibinə, üsdünə. Yüyrüh asır­dılar dıkqılı uşağ əvciyi kimi, guya bı yüyrüh yellənirmi, yoxsa yel­lən­mirmi. Uşağı olmuyannar eliyirdi bını. Sənin kimi cavannar balaban, nağara götürüf gedif o pirin böyründə çalırdılar, oynu­yurdular. Mən gözümü açıf oranı heylə görmüşəm. Tay indi o orda nə vədədən icad oluf, niyə ordadı, bilmirəm.



Söyləyicinin arvadının əlavəsi: Bala, orda qeybdən çırax yanırdı. Bir dəfə üş-dört arvatnan getdih pirə. Gördüh kü, pirin yanındakı kolun dibində yalav kimi yanır qayıbınnan. Yanımdakı yoldaşdarıma dedim ki, ora bax, ora bax, orda ojax yanır. O dedi, hanı, bı dedi, hanı? Dedim, aaz, kolun dibində ojax yanır. Dedilər, saa görükür, bizə gö­rüh­mədi. O pirə fəsəli də bişirif aparırdıx. Xəsdəlihləri də götürürdü.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin