Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə98/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   94   95   96   97   98   99   100   101   ...   266
102. ÇAXIRLI OCAĞI
Yel ojağıydı. Çaxırrı kəndinin yaxınnığındaydı. Qılçasını-qolu­nu yel tutanı deyinni eliyirdilər ki, gedəjeyih ojağa üş çərşən­bə. Ki­min nə vaxt girəvəsi** olurdusa, onda gedirdi. Amma dalba­dal gedir­dilər dayna. Gərəh arada itirmiyeydin. Neçə baş külfət idinsə, məsələn, beş başıydınsa, beş dənə, on başıydınsa, on dənə isdədiyin adamların adına deyinni eliyərdilər. Pambıxdan piltə qayırırdılar, onu da yağlıyıf qoyurdular bir kağızın arasına. Bir də fəsəli bişirir­dih. Yel tutan uşağı da götürüf gedirdih. Torpaxdan bir yer idi. Orta­sın­da bir dənə kalafada daş var idi. Daşın ortasında bir əl boyda çala var idi. Apardığımız piltəni orda yandırırdıx. Ortada da kül eliyif yel olan yerə – qoluna, qılçasına, harasınısa yel tutuf ağrı­yırsa ora sürtürdüh. Fəsəli­ni də aparıf orda yeyirdih. Yolnan gedən varıydisə, olara da təklif eliyirdilər. Qalanını da, qırın-qırtısını da ora qoyurdular ki, quşdar yesin. Yel ojağı idi ora.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin