Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə100/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   96   97   98   99   100   101   102   103   ...   266
104. DÜLDÜL PİRİ

Füzulidəydi. İri, yekə bir daşıydı. Bir dəfə getdih gəldih. Onun da ortasında iri çala varıydı. At adıdı Düldül. Deyillər guya hansısa imamın atı oluf. Çox adam gedif fırranırdı ora. Heyvan hərriyirdilər, pul nəzir qoyurdular.


105. QEYRİ-MÜƏYYƏN ŞƏXSLİ ÖVLİYALAR
I mətn

Gəlif durmuşdux Saatlıda. Bir kişi nağıl elədi. Dedi, burda bir seyid arvadını döydü, Arazın qırağında. Bax, bı yoldan arvat gəlif özünü Araza atdı. Paltarı qoymadı arvadı batmağa. Amma su aparır bını. Seyid gəldi çəliyini vırdı yerə, Araza dedi: "Mənim arvadımı hara aparırsan sən?" Araz ikiyə bölündü. Arvad çıxdı quruya. Onnan sora Araz təzədən qarışdı. Başdadı axmağa.



II mətn

Bizim kəndin qırağında bir ojax varıydı. Bı ojağın böyründə ona yaxın olan bir əv varıydı. Bı əvin kişisi bir gün bir vedrə su gö­tü­rər, vannasını götürər, gedər o ojaxda yuyunar. Ojağın da qıra­ğını daş­darnan hörmüşdər, daldanacax olmuşdu. Deyər gedim orda bir suya gi­rim, gəlim. Gedif girif çimir. Bı gəldi altı ay yatdı. Altı ay­dan sohra dədəm bına dedi ki, get o ojağın başına hər­rən, öp o ojax­dan. Bı getdi dolandı, öpdü ojaxdan. Sağaldı. Sohra dedi ki, gedif daş gətirif ojağın dağılan yerrərini də hördürəjəm. Elədi. Yaxşı da oldu.

İndi bala, ojax, ojax, bir də ojax. O, günah eləmişdi. Ojaxda çimmişdi. Getdi hərrəndi, gəldi, altı ay yatannan sohra yaxşılaşdı.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin