14. PƏRVANƏYƏ DÖNƏN ÇOBAN
Bir çobanın bir nişannısı varmış. Bı çobanın düşmənnəri – çoban da gec gəlif dayna, – odu qalıyıflar, bının nişannısını atıflar oda. Görüflər çoban gəlir, tez atıflar oda. Çoban gəlif oluf pərvana, ordan dolanıf, bırdan dolanıf... Tay çobanın əlinnən nə gələjeydi? İsdiyif ki, oddan çıxarda, çıxara bilmiyif. Çoban dönüf oluf pərvana. Onüçün odun başına hərrənir. Nişannısını ona vermirmişdər. Qız da deyirmiş ki, ancax çobana gedəjəm. Ona görə də onu atmışdar oda.
15. QANLIGÖL ƏFSANƏSİ
Bir kişi oluf. Allah kəssin heylə kişini. Yağış yağırmış. Deyif ki, bı yağış kəssin, mən bı cütü əkim, qurban kəsəjəm. Allah yağışı kəsif. Bı, köynəyin çıxardıf bitdiyif, biti öldürüf, deyif:
– Bı da sənin qurbanın.
Bir yağış yağıf ki, o öküzü də, cərgəfçini də, kişini də aparıf töküf gölə, öldürüf. Adı qalıf Qannıgöl. Qannıgöl də Batabatdan bəri tərəfdədi, Keçəl dağın arxasındadı. Yaylağa gedəndə həmişə orda gedif tikilirdik.
Dostları ilə paylaş: |