Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə125/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   121   122   123   124   125   126   127   128   ...   266
VI. NAĞILLAR
1. QOLUNDA QIRX KƏLİN GÜCÜ OLAN KİŞİ
Bir kişi varıymış. Bu kişinin qolunda qırx kəlin gücü varmış. Həməşə güjünnən istifadə eliyif gəlif-gedən karvannarı soyuf talı­yar­mış. Bu kişi yavaş-yavaş başa düşür kü, gəlif-gedən karvannarı soyuf-talamaxda düz eləmir. Bir gün öz-özünə deyir: "Ay Allah, maa izn ver bir dənə karvan talıyım, sohra qolumdakı güjü al". Belə de­yənnən sohra gedif yolda dayanıf gələn bir karvanı çapır. Geri qa­yıdanda yolu bir dərədən düşür. Görür kü, bir dərədə iki çadır var. Çadırın ikisi də teyxa qızıldan, gümüşdəndi. Kişi çağırır, amma bu çadırdan heş kim çıxıf kişiyə cavab vermir. Belə olanda kişi əl atıf çadırın dirəhlərini yerinnən çıxarmax isdiyir. Amma nə qədər eliyif çıxara bilmir. Birdən yadına düşür kü, bunun qolla­rındakı güc alınıf.

Elə bu vaxt çadırdan bir qız çıxıf deyir:

– A kişi, sən kimsən, niyə heylə eliyirsən?

Kişi deyir:

– Mən bir heylə çağırdım, amma heş kim cavab vermədi, mən də isdədim ki, bu çadırları söküf aparam.

Sohra kişi soruşur:

– Bəs sən kimsən, nəçisən? Bu çadırlar kimindi, maa niyə cavab vermirdin?

Qız deyir:

– Bizdə naməhrəm adam qabağına çıxıb cavab vermək ha­ram­dı. Ona görə də mən saa cavab vermirdim. Amma tay gördüm sən çadırları dağıdırsan, məjbur oldum çıxmağa. Onu bil ki, bu çadırlar qardaşımındı. Gəlif səni burda görsə, öldürəjək.

Kişi dedi:

– Bəs indi qardaşın hardadı?

Qız dedi:

– Qardaşım bir padşahın qızını isdiyir, qız da qardaşımı isdi­yir. Amma padşah vermir. Qardaşım da budu neçə gündü padşahın qoşununnan vuruşur. Amma qələbə çala bilmir. Padşahın qoşunu çoxdu. Padşah qızı da gizdədif bir quyuda, quyunun ağzına ağır, yekə bir daş qoyuf, yanına da qırx pəhlivanı gözətçi qoyuf.

Bılar söhbət eliyirdilər ki, qızın qardaşı gəldi. Gəlif kişiylə hal-əhval tutdu. Bajısına dedi:

– A bajı, bu kimdi, nəçidi?

Bajısı qorxusunnan dedi:

– Allah qonağıdı. Çörəyə qonağ elədim, yemədi. Dedi ki, evdə kişi yoxdu, mən içəri keçə bilmərəm.

Bular yeyib-içənnən sohra oğlan başına gələni kişiyə danışdı. Kişi dedi:

– Allahın köməyinnən səhər qızı sənə gətirərik.

Səhər açıldı. Kişiylə oğlan yaraxlarını qurşadılar, atlarını minif meydana gəldilər. Padşahın qoşunu da gəlmişdi. Bılar davaya başdadılar. Padşahın qoşununu çox qırıllar, amma qoşun qutarmırdı kı, qutarmırdı. Kişinin qolunnan qırx kəlin güjü alındığınnan pis vuruşurdu. Axşam oldu, hərə bir tərəfə çəkildi. Kişi oğlana dedi:

– Bunnan biz padşahın qoşununu qırıf qızı ala bilmiyəjəyik, qoşunu laf çoxdu. Sən səhər döyüşə gedərsən, qoşunun başını qa­tarsan, mən qızı gətirəjəm.

Səhər açıldı, oğlan döyüşə getdi. Kişi də özünü qoja görkə­minə saldı. Bir qab halva bişirif bihuşdarı qatdı. Sohra padşahın əsgərlərinin qızı saxladıxları yerə gəldi. Əsgərlər bunu tutanda kişi yalannan dedi ki, halva bişirif satıram, padşah özü icazə verif. Qaravılçılar hamısı halvadan yeyib huşdan getdilər. Kişi bıları öl­dü­rüf quyunun başına gəldi. Gördü kü, quyunun ağzına yekə bir daş qoyuluf. Kişi nə qədər güj verdisə, daşı tərpədə bilmədi. Kişi Al­laha yalvarmağa başdadı: "Ya Allah! Mənim güjümü özümə qaytar". Allah kişinin güjünü özünə qaytardı. Kişi bir təkannan daşı bir qırağa atdı. Qızı götürüf oğlanın çadırına gətirdi. Qızı orda qo­yuf oğlana köməyə gəldi. Özünü padşahın qoşununa vurdu, qoşunu pərən-pərən saldı. Oğlan qayıdıf gəldi. Sohra bular toy elədilər.

Kişi buları burda qoyuf öz evinə getdi. Bılar bırda qalsın, sizə deyim padşahdan. Kişi gedənnən sohra padşah bütün qoşununu top­luyuf oğlanın üsdünə gəldi. Oğlan nə qədər qılıc çaldısa, xeyri olmadı. Kəmənd atıf oğlanı tutdular. Bajısıyla arvadını da tutdular. Gətirdilər padşahın yanına. Padşah bınnarın başını kəsif aparıf öz çadırlarına qoymağı əmr elədi. Əsgərlər bıların üçünün də başını kəsif aparıf öz çadırlarına qoyullar.

Kişi öz yurduna gedənnən sohra bir gün pis yuxu gördü. Öz-özünə dedi ki, yəqin oların başında bir iş var. Atına minif gəldi. Gördü kü, bıların üçünün də başı kəsilif. Çox ağladı, sızdadı. Amma bir çarə eliyə bilmədi. Bıların üçünü də elə paltarlı bir yerdə basdırdı. Sohra gedif peyğəmbəri tapdı. Əhvalatı ona danışıf, pey­ğəmbərə yalvardı kı, oları diriltsin. Peyğəmbər dedi ki, gedək oların yerini maa gösdər. Kişi peyğəmbəri həmən yerə gətirdi. Oları tor­paxdan çıxartdı. Üçünü də yan-yana qoydu. Başdarını da üsdəri­nə qoydu. Peyğəmbər cibinnən bir lələk çıxartdı. Sohra lələyə tüpürüf bıların başdarıynan boyunnarına sürtdü. Bıların üçü də asqırıf ayağa durdular. Gəlif öz yerlərində təzədən toy elədilər. Kişi də oğlanın bajısın aldı. Birlikdə xoşbəxt yaşamağa başdadılar.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin