Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə144/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   140   141   142   143   144   145   146   147   ...   266
20. ƏLİNİN DİVANI
Əli çox ədalətli oluf, qurban olduğum. Elə bil ki, kimin nə da­valı işi varmışsa, gedirmiş onun yanına. Oların davasını o saat həll eliyirmiş düzdüynən, ədalətnən. Bir gün nətər olursa, bir arva­dın uşa­ğını başqa bir arvad – belə şey arvad imiş da, həyasızın biri imiş, – götürür ki, bı mənim uşağımdı. Uşağın da yəəsi hara gedir­sə, bını is­bat­daya bilmir ki, bı bınındı da. O deyir: "Uşax mənimdi". Bı deyir: "Uşax mənimdi". Heş bir qazı, heş bir molla bıların bı da­va­sını həll eliyə bilmir. Bı tay naəlaş qalıf gedir qurban olduğumun yanına. Əli qurban olduğum da əmr eliyir o biri arvadı da gətirillər, uşağı da gətirillər. Əli deyir: "Uşax kimindi?" Bı həyasız arvad deyir ki, uşağ mənimdi. Uşağın gerçəh anası da and-aman eliyir ki, yox ey, o, yalan deyir. O deyir mənimdi, bı deyir mənimdi. Qurban olduğum bilmir nağarsın. Fikirrəşir belə. İndi bına agah olur da nağarmax lazımdı. Bı bilmir axı bıların hansına inansın. Deyir, bı Zülfüqarını belə çıxardır, deyir: "İndi mən bilirəm nağarajam". Qılıncını çıxardır ki, böləjəm bı uşağı iki yerə. Yarısını sən götü get, yarısını da sən götü get. Qılın­cını – Zülfüqarını qaldıranda bı uşağın gerçəh anası deyir:

– Ya Əli, başaa dönüm, qılıncı saxla.

– Hə, nədi?

Saxlıyır. Deyir:

– Ya Əli, başaa dönüm, mən isdəmirəm. Uşağ onundu, ver aparsın.

indi qəsdən belə deyir ki, uşağı ölməsin də. Bınnan aralı olsa da, təki sağ qalsın. Heç olmasa, aralıdan görsün. Amma qurban olduğum deyəndə ki, mən bını bölürəm, heç o biri arvadın tükü də tərpənmir. Nə deyəjəh ki? Canı canınnan dəyil, qanı qanınnan dəyil. Bı belə deyəndə qurdan olduğum deyir ki, hə, bı uşağ sənin uşağındı. Götü çıx get. O biri arvadı da görkəzib deyir:

– Bını da bağlıyın dəvənin quyruğuna, qoyun sürüsün.

Belə deyəndə yanındakılar deyir ki, ya Əli, başaa dönək, bı nə sirdi, bı nətər oldu belə?

Deyir:

– Bəs uşağ arvadınıydı. Ona görə o razı olmadı ki, uşağ ölsün. Uşağın əsil anası oydu. Dedi mənnən aralı olsa da, bilim ki, sağdı. Amma o birsinin heç tükü də tərpənmədi, çünki onun uşağı dəyildi.



Əlinin belə ədalətli işdəri çox oluf.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin