Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə158/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   154   155   156   157   158   159   160   161   ...   266
33. HÜCÜRƏVAN PADŞAH
Bir Hücürəvan patcahı vardı. Gəldi bir dərvişi örgətdilər. Dərviş iki yüz qoşun yığdı. Gəldi Hücürəvan patcahına dedi ki, iki ay patcahlığı ver maa, iki aydan sohra özün götü. Bı da dedi ki, yaxşı, verirəm. Bı da "yaxşı verirəm" deyənnən sohra arvad dedi ki, əşi, sən dəlisən, cinnisən? Dərviş kimdi ki, sən dərvişə patcahlığı verirsən? Dava yox, şava yox.

Dedi:


– Ay arvad, dərviş maa nağarajax?

Dərviş bının patcahlığını alannan sohra qoşununu tökdü, bının başınnan tacını götdü. Bını taxtınnan saldı. Geyindi-gejindi, otdu bının taxtında. Bı da iki oğlunu, bir arvadını, bircə dəsmal da çörəh götdü evdən çıxdı. Bını çıxartdılar patcahlıxdan. Getdi otdu bir çayın üsdə. Otdu aşağı çörəh yeməyə. Bir tacirin bı vaxt bir qoşunu gəldi. Gəldi çaydan su götürə. Gördü, vallah, yeməh-işməh, bir kişi xeylağı, bir zənən xeylağı, iki də gözəl uşax oturuf suyun üsdə çörəh yeyir. Getdilər dedilər:

– Tacir Məhəmməd, vallah, bəəndə bir zənən oturuf, elə deməh olar ki, xana-bəyə layıxdı.

Dedi:


– Gedin onu gətirin maa.

Dedilər:


– Nətəri gətirəh?

Dedi:


– Deyin ki, karvanda bir qadın, ayıb olmasın, həmlini yerə qoyur. Karvanda qadın yoxdu. Ora qadın lazımdı.

Bını götdülər getdilər. Kişi qaldı bırda gedələrnən. Kişi göz­də­di, gözdədi, qadın gəlmədi. Arvadı da karvannan götdülər getdi­lər. Durdu əənə yüürdü, arvadı tapmadı, bəənə yüürdü, arvadı tap­ma­dı. Gəldi əlini hər yerdən üzdü. Durdu gədənin birini çiyninə aldı ki, çayı addıya. Çayın ortasına çatanda gördü ki, qıraxda qalan gədəni canavar götürdü. Kişinin ağlı başınnan çıxdı, çiynindəki gədə də düşdü çaya. Bəri tərəfdəkini çoban yüürdü canavardan aldı. Çay­da­kını da çıxartdı. Gədələri gətirdi. Kişi də bəri tərəfə çıxdı. Kişi bəri tərəfə çəvrildi arvadı tapmadı, o tərəfə çəvrildi gedələri tapma­dı, dəli oldu. Başına döyə-döyə ha getdi. Heş bilmədi dünya harda­dı. Başına döyə-döyə az getdi, çox getdi. Bınnan irəli patcah mən­zili az-az olurdu. Bınnan irəli maşın yoxuydu, bırdan vıra gedə Ukray­nıya. Getdi çıxdı bir yerə ayaxyalın, başı açıx. Bı yerdə də quş uçurdurdular ki, patcah tikələr. Patcah ölmüşdü. Quş gəldi qondu bı böyürdən çıxan qonağın başına. Bının başına nə oyun gətdilər. Apardılar saldılar bir tikiliyə. Bir də quş uçurtdular, quş getdi haranı dəldisə, gənə qondu bı kişinin başına. Bını qoydular səhərə. Dedilər:

– Quşun ağlı başınnan çıxıf. Bı, hardan gəlif çıxıf?



Səhər oldu, gənə quş getdi bir mərəh tapdı, ordan girdi, mindi bının başına. Dedilər:

– Tay üşdən keşməh olmaz. Bını patcah qoyajeyih.

Bını patcah qoydular. Bı tərəfdən çoban da bı gədələri saxladı. Az oldu, çox oldu, çobanın nənəsi bına dedi ki, bala, bını apar bir detdoma qoy, bir hökumətə qoy, nağayır. İndi Allah tərəfi bını tanıdı dedi, tanımadı dedi, bilmirəm.

Dedi:


– Nənə, bınnarın ikisini də həmən bı təzə tikilən patcaha aparıram verəm.

Gəldi dedi:

– Patcah sağ olsun, mənim anamın iki körpə uşağı var. Saxlıya bilmir. Onu gətirsəm sən saxlarsan?

Dedi:


– Niyə saxlamıram?!

Getdi, gətdi, verdi uşaxları patcaha. Patcah uşaxların birini qapını açıf örtməyə qoydu, birini çəkməsini silməyə qoydu.

Bı tərəfdən tacir Məhəmməd arvadı apardı otax bəzədi, nağardı, gəldi qapıdan girdi, dedi:

– Ay xanım, səni həbelə yerə gətirif çıxarmışam. O çayın qırağınnan səni həbelə evə çıxartmışam. Saa nə oluf başıı tikif yerə gözuun qan-yaşını tökürsən?

Bı da heş demə Hücürəvan patcahın taciriymiş. Arvad dedi:

– Tacir Məhəmməd, saa bir nala çəkərəm, Hücürəvan patcah-dan betər olarsan, tarı-mar olarsan, – deyəndə dedi:

– Nətər, nətər?

Dedi:


– Deyirəm saa bir nala çəkərəm Hücürəvan patcahdan betər olarsan, – deyəndə dedi:

– Bıy, əvin yıxılsın canım, bı Hücürəvan patcahın arvadı çayın üsdə nağayrırdı? Bı nolandı?



Tacir bildi ki, bı, Hücürəvan patcahın arvadıdı. Bırda yeddi il saxladı, bına qulluxçu, nökər verdi. Bını qəşəh yerdə saxladı. Bını ağzında dili kimi, nənəsi kimi, bajısı kimi saxladı. Bir tərəfdən də bı, yeddi il Hücürəvan patcahı axtarmağa getdi. Bı nə bilsin ki, bını əlbəhəl o ənki patcahın yerinə patcah qoyuflar. At mindi, dəmir çarıx geydi, yeddi ildən sohra Hücürəvan patcahı tapdı. Getdi xəlvətcə soruşdu ki, bı patcah kimdi, nəçidi, haralıdı? Dedilər biz nə bilək, adı Hücürəvandı. Gəldi çıxdı, quş uçurtdux, üş dəfə qondu başına, patcahımız oldu. Gətdih patcah tikdih. Gəldi arvadı götdü, getdi. Apardı ki, bını bı patcahın mənzilində verə Hücürəvana. Arvadı götürüf gedəndə getdi bəridə kümə tikdi. Getdi icazə aldı. Patcahın görüşünə getdi. Hələ tanışdıx vermiyif. Getdi patcahın görüşünə, dedi ki, mənim bırda bir amanatım var. Sən elə adam verə bilərsən ki, beyjə mən qoyam o evə qaravılçı, mənim amanatım salamat ola.

Dedi:


– Niyə vermirəm. Bıde, mənim yanımda iki oğlan var. Apar qoy qaravılçı. Özü də çox halal oğlannardı, halal uşaxlardı.

Apardı bıları qoydu qapıya, dedi:

– Bırda yuxulamazsız, oturarsız bı xanımın qapısında.

Xanım yuxuladı, yuxuladı, yuxulayammadı. Dedi: “Ay Allah, bı məni hara gətirdi, hara aparır”.

Bı iki qapıçı qoyduxları oğlan da bir-biriynən danışır. Biri deyir ki, mənim atam varıydı, Hücürəvan patcah idi. Dərviş bizi qavdı, gəldih çayın üsdündə birimiz çaya düşdüh, birimizi canavar apardı. Çoban bizi xilas etdi. Atamı tapmadıx, anamı tapmadıx, qaldıx çobangildə. Çoban gətdi bizi patcaha qapıçı verdi, ayakqabı silən verdi. Bını arvad eşidir. Arvad dedi:

– Bala, bıra gəlin görüm nə deyirsiz?

Gedir, habelə bı uşaxlar nağıl eliyillər. Uşaxlar başlarına gələ­ni arvada danışdılar. Arvad bıları qucaxladı, üzünnən öpdü, dedi:

– Bala, siz mənim balalarımsız.

Tacir Məhəmməd də getdi patcahın mənzilində yatdı, nə bilim, harda yatdı. Səhərdən gəldi gördü ki, gedənin biri arvadın bı qolunun üsdə, biri də bı qolunun üsdə yatıf. Gəldi patcaha dedi ki, sənin əvin yıxılsın, sənin maa verdiyin halal balalar bıdı? İkisi də arvadın yerinə girif yatıf. Deyəndə arvad bıları eşitdi. Arvad dedi:

– Tacir Məhəmməd, əlii saxla, mən balalarımı tapmışam tay. Allah sənin balalarını saxlasın. Mən imana, dinə gəlmişəm. Bı gejə bıları qolumun üsdə almışam. Bılar mənimdi. Yeddi ildi mən bılardan ayrılmışam.

Hə... Hücürəvan patcahın apardı arvadını da verdi, oğlannar­ını da verdi.

İndi Hücürəvan patcah qoşun topluyuf dərvişin üsdünə gəl­məh­də olsun. Qoşunu topladı gəldi. Dərvişi də öldürdü, patcahlığın da götürdü. Arvadını da gətirdi, uşaxlarını da gətirdi.

Tacir Məhəmməd gəldi dedi ki, Hücürəvan patcah, mən bil­mə­dim çayın üsdəki sənin arvadındı. Apardım, axşam maa dedi ki, Tacir Məhəmməd, saa bir nala çəkərəm, Hücürəvan patcahı kimi taxtın tarac olar. Yeddi ildi bı, anamdı, bajımdı, saxlamışam ağzımda dilim kimi. Gətirif indi verrəm saa. Hücürəvan patcah təzdən öz taxtına qayıtdı.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin