Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə220/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   216   217   218   219   220   221   222   223   ...   266
46. BU GÜNÜN QABAĞINDA QAR DURAR?
Qış düşmüşdü, qar basmışdı, kəl, öküz, keşmiş vaxdın sözü­dü. Hə. Birinin otu qutarır. Hələ yaz gəlmiyif, ot çıxmıyıf. Heyvan qalır aj. Durur gedir əmisi oğlunu, dayısı oğlunu, qardaşını – hamısını yığır bir yerə. Deyir ki, ə, mənim malım qırılajax, sizin də otuuz çox­du. Camaat hamısı sizi qınıyajax ki, bax, hərəniz bircə şələ ot versey­diz, onun heyvanı yaza çıxardı. Köməhlih eləmədiniz, adamlı­ğınız çatmır, filan-beşman. Bax, bu töhmətin altınnan çıxa bil­miyəjəhsiz. Mənə ot verin bu heyvanıma verim, qırılmasın, çıxsın yaza. Deyillər ki, şərt kəsəh. Ot verəjeyih. Nə qədər özümüzə çatır, bir heylə verə­jeyih, çıxsın yaza sənin heyvanın. Amma şərtimiz budu ki, biz isdə­mirih o otu sənnən. Biz otu sənnən isdəmijeyih. Amma bu şərtnən ki, öz heyvanına ot yığgınan. Qış gələndə başdama dilənməyə.

Deyir indi yay gəlifdi, ot çalınır. Artırmada həmən ot dilənən palazı saldırıf, döşəyin üsdündə uzanıf. Camaat gedir ot çalmağa. Məən kimi, odey, oturuf. Birdən biri deyir ki, ə, bu tənbəl elə oturuf evdə gənə. Qışda gənə gəlif zəhləmizi tökəjəh ki, ot ver, ot ver. Gedəh onu da durğuzax, cəhənnəmə, getsin özünə ot yığsın da. İndi gəlillər. Birinin çiynində yava, birində dəhrə, birində, nə bilim, çal­ma. Belə qalxır oturur ki, hara gedirsiz, ə. Deyir ki, dur gedəh dana, qış gəlir ey, qar yağajax. Gedəh ot çalax.

Deyir:

– Ə, nə düşüncəsiz adamlarsız ey siz. Ə, bu günün qabağında qar durar?

Hə, bax, belə. Beləsi də var.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin