61. BİZƏ İŞDƏSİN, BİZ DƏ ONDAN YEYƏK
Deyir, bir xan özünə nökər tutmağ isdiyir. Oğluna deyir ki, axdar bir yaxşı nökər tap. Oğlu gəlir deyir ki, ata, bir nökər tapbışam, bizə işdiyəjəh, özünnən yeyəjəh. Xan deyir ki, yox, oğul, bı sərf eləmir. Eləsini tap ki, bizə işdəsin, biz də onnan yeyəh.
62. AY QIZ, QIZI QIZDAN AL, QIZI QIZA VER
Bir arvad oluf. Bir gün bilif ki, damın üsdə adam var, oğurruğa gəlif. Tez möhkəmnən deyif ki, ay qız, qızı qızdan al, qızı qıza ver. Sən bı qızı tut, mən bı qızı bəliyim. Heylə deyif ki, oğru elə bilsin ki, bının çoxlu qızı var, yazığı gəlsin, heş nə oğurramasın, çıxsın getsin. Doğrudan da, heylə oluf. Oğru inanıf, bına yazığı gəlif, qayıdıf gedif.
Dostları ilə paylaş: |