63. DEYİRSƏN, YƏNİ AŞIQLI ELİYƏRDİM?
Bir kişi varıydı, yaşdıydı. Müharibədə də olmuşdu. Bir gün bunun arvadı öldü. Arvadının qırxı çıxmamış getdi bir dul arvad aldı gətidi. Qonşuda qoja arvad varmış. Buna deyir:
– Ədə, ədə, Musdafa, utanmadın heş?
Bu, o mənada deyir ki, yəni gözdüyeydin heç olmasa arvadın qırxı çıxeydi. Bu da özünü bilməməzdiyə qoyur.
– Ay qonşu, nə deyirsən? Deyirsən, yanı aşıxlı eliyeydim?
64. BOŞBOĞAZ İNSANLAR
Bir gün loğman oğluna dedi ki, oğul, dünyada boşboğaz adamlar çox olajaxdı, əhəmiyyət vermiyəsən. Hansı iş gözəl işdisə, onun ardıncan gedəsən. Deyir:
– Ata, o boşboğaz nətər olur, mənə onu əyani gösdərəsən.
Deyir:
– Gəl.
Minillər ata, hər ikisi gəlillər bir kəndə. Kənddə bir belə adam toplaşıf. Ata-bala təhləşif atnan keçillər belə. Burdakılar deyir:
– Buna bax ey, iki dıraz kişidi, ata yazığı gəlmir, ikisi də təhləşif minif ata.
Oğlu deyir:
– Bizə çox lağ elədilər. Bəs biz heyvana çox qəddarlıx eliyirih.
Deyir:
– Hə, nolar bala, onda mən düşüm, sən min ata, mən atın başın çəkim, gedəh.
Gedif qonşu kəntdən keçəndə yenə bir topa adam idi. Buların böyrünnən keçəndə salam verdi. Dedilər:
– Bah, yaman da oğul tərbiyə eliyifdi. Kişini salıf atın qavağına, özü minif ata.
Kişiyə deyir ki, ata, bizə qəbahət elədilər. Gərəh sən ata mineydin dana. Deyir:
– Neyniyəh, bala, mən minim ata. Mən minim ata, sən atın başını çəkginən.
Atın başını çəkdi, bir topa da adamların böyrünnən keçəndə bu səfər dedilər:
– Ağsakqal kişi körpə uşağı salıfdı atın qavağına.
Uşax çox narahat oldu. Dedi ki, ata, yenə bizə qəbahət tutdular. Düşdü atdan, dedi:
– Neyniyəh, bala, atı yedəyimizə alax, ikimiz də piyada gedəh.
Gəldilər bir topa adamların da böyrünnən keçəndə bu adamlar da dedilər ki, bulara bax ey, atı özdərinnən çox isdiyillər.
Dedi:
– Bala, o insannar ki var, olar boşboğazdılar. At sənindi. İsdiyirsən min, isdiyirsən yedəyə al, isdiyirsən neynirsən elə.
Dostları ilə paylaş: |