Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


C 45. Cin olmamış adam çarpır. Ç



Yüklə 2,7 Mb.
səhifə237/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   233   234   235   236   237   238   239   240   ...   266
C

45. Cin olmamış adam çarpır.


Ç

46. Çoban çox olanda sürüdə qoyun qalmaz.

47. Çobanın qoyun dərdi,

Dəyirmançının su dərdi,

Qalayçının qab dərdi,

Qəribin soyux dərdi.

48. Çox şirin yeməyin acı-acı gəyirməyi də var.
D

49. Dadsız aşa duz neynəsin, ağılsız başa söz neynəsin.

50. Dama-dama göl olar, dada-dada heç.

51. Dana yekəlir, çulu yekəlmir.

52. Darıxma darrığa, çıxarsan varlığa.

53. Daş daşa dəyməsə, divar möhkəm olmaz.

54. Daz dazıynan yatdımı?

Daz daza təpiy atdımı?

= Daz dazıynan yatdığı nədi?

Daz daza təpik atdığı nədi?

55. Dediyim dedih, çaldığım düdüh.

56. Deyənə baxma, dedizdirənə bax.

57. Deyilənə görə, Novruz girəndən sonrakı axır on günü ermənilər üşüyür. Bununla əlaqədar belə bir məsəl deyirlər: Dahra­zanın (Xaçaturanın) soyuğu, təndirə təpir toyuğu.

58. Dəvə dəngəsiynən yoxa çıxıb.

59. Dədə görmüyənnər elə bilər Şakqulu da bir dədədi.

60. Dədəmin adı Xıdır,

Gördüyüm iş bıdır.

61. Dəli dəlidən qorxar.

62. Dəli Tanrıdan güjdü olar.

63. Dəliyə tikə, ağıllıya pay düşmüyəjək.

64. Dəmir qapının da taxta qapıya işi düşər.

65. Dəskiralı dən dənniyir, bu köpəyoğlu xoruza dönüf bənniyir.

66. Dəsdədən ayrı düşən qazın səsi taladan gələr.

67. Dilini işə salınca, ağlını işə sal.

68. Dingilim mələk, dingilim saj,

Əlim xəmirdə, qarnım aj.

69. Dindi, dilin gör,

Qavza* q…n gör.

70. Dişsiz ağız, daşsız dəyirman.

71. Doludan biri qorxar, boşdan ikisi.

72. Donuzun könlü şamaydı, it də qovdu şama saldı.

73. Doğuzduran da özüdü, göbəyini kəsən də.

74. Dörd kişi bir kor arvada dəyməz (Arvadı rayona getdi­yindən kişi yeməyini özü bişirirdi. Onda öz vəziyyətinə uyğun olaraq belə bir məsəl çəkdi).

75. Dostuu görəndə halını xəbər al, xasiyəti həmən xasiyətdi.

76. Dövlət – xəlvət.

77. Döymə taxda qapımı, döymüyüm dəmir qapını.

78. Döyülmüyən darıdan düyü olmaz.

79. Düz həmməşə əyrini kəsəjəh.

80. Dünənki nökərçiliyinə baxma, bugünkü ağalığına bax.

81. Dünənki ot bugün tikan oluf.
E

82. El ağzı çuval ağzı dəyil ha, bağlıyasan.

83. El tikəni yel sökə bilməz.

84. Eli ürküt, axsağını tut. = Sürünü ürküt, axsağını tut.

85. Elm axtarmaxnan artar.

86. Elti əyrisi, balta əyrisi.

87. Erməni, zəyzəyaa** qoyun girib?

88. Eşşəh otun təmizinnən yeyər, suyun durusunnan içər.

89. Eşşəh minənə mədət ver.

90. Eşşəh nədi, döşəh nədi.

91. Evdə iki arvad olanda ev süpürlməmiş olar.

92. Evdən əvvəl qonşu axdar, yoldan əvvəl yoldaş.

93. Evinin nökəri, çölünün bəyi.

Ə

94. Əhmədə Əhməd düşüf, saa nə zəhmət düşüf.

95. Əkinçi olunca bilici ol.

96. Ələhcən əvi olanın əcəmcə (yaxud: xəlvircə) qarğaşası** olar.

97. Əl işdər, baş buyurar.

98. Əlaa nə düşdü, ver sərçəyə, qaranquş gəldi-gedərdi.

99. Əlim yandı, ağzıma təfdim.

100. Ələyə gələni ərə verirsiz.

101. Əlli əllinin dalıncan, o da əllinin dalıncan.

102. Əməl azmasa, qada yayınmaz.

103. Ər evdən, oğul beldən, amma qardaş tapılmaz.

104. Ər tutanı el tutar, ər atanı el atar.

105. Əri döymüş arvadı it də tutdu bir tərəfdən.

106. Ərişi arğaca** bab elə, görən desin, ha belə.

107. Əsil azmaz, bal qoxmaz, qoxsa yağ qoxar, çünki əsli ayrandı.

108. Əslində olan itməz.

109. Əti çiy yeyərsən, ət gətirərsən,

Xəmiri çiy yeyərsən, lət*** gətirərsən.

= Çiy ət ət gətirər,

Çiy xəmir dərt gətirər.

110. Ətnən dırnağın arasına girən iylənif çıxar.

111. Əvvəli meydan olanın axırı zindan olar.

112. Əvimdə biri ölüncə, çölümdə mini ölsün.

113. Əvində yoxdu urvalıx,

Goolnunnan keçir darğalıx.

114. Əvli qardaş elə bilir ki, ərgən**** qardaş xədimdi.

115. Əzizim əzizdi, tərbiyəsi onnan da əzizdi.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin