Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə239/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   235   236   237   238   239   240   241   242   ...   266
X

146. Xalqın dərdi, mərdin dərdi.

147. Xan özü toxdu, elə bilir orduya bir yuxa çoxdu.

148. Xəmir yeyənin fağırı olmaz.


İ

149. İynəli, saplı gündə təzə, iynəsiz, sapsız ildə təzə.

150. İki çul, bir palan, hamısı da oldu yalan.

151. İki ölünü bir dərədə qoymur (yəni başını hər yerə soxur).

152. İl bahardan bilinər.

153. İlim il olsa, kiçik çilləm yazdandı.

154. İrəli dursan bij deyillər, geri dursan gij.

155. İsdəmirəm heyvasını, narını

Qoy desinnər Pirbudağın bağı var.

156. İşi həjətnən görəllər, höjətnən** yox.

157. İt adına üyüdüf özuuz yeyirsiz.

158. İt ayağını karvannan əsirgəməz.

159. İt qursağı yağ bəyəmməz.

160. İt qusduğunu yeyər.

161. İt dalınca düşən təzəh tapar.

162. İt itnən dalaşdı, yolçunun işi uanda*** düşdü.

163. İt itə dəyməz (yaxud: dəymir).

164. İt unu kimi hər yana dağılıflar.

165. İt hürər, yalını (yaxud: payını) kəsər.

166. İt yiyəsini, dəli qız ərini tanımır (həddən artıq qarışıqlıq olanda işlədilir).

167. İtin axmaxlığıdı qəysəvədən* pay umur.

168. İtiyi itən anasının qoynunu axtarar.


K

169. Kasıb evdən çıxdı, ev varranmadı ki?

170. Kasıb kasıblığını bilsə, geydiyi mav-daray** olar.

171. Kasıb, evində ölmə, balan qorxar.

172. Kasıblığa düşdün, əlii işdət, qəribliyə düşdün, dilii işdət.

173. Keçi deyir ki, and olsun Məkkiyə, bir də gəlmərəm tə­kiyə. Üstünnən bir müddət keçir, dözmür, deyir: Neynirəm andı-mandı, quyruğumun dibi yandı.

174. Keçinin qoturu suyun təmizini bəyənməz.

175. Keçinin (yaxud: sığırçının) bəyliyi darı savılıncadı.

176. Kəfənin cibi olmaz.

177. Kəndiizdən çıxıb kəsəyiizə dağılıf.

178. Kim sənətə xor baxar, boynuna torba taxar.

179. Kimini yanıdırır, kimini qandırır.

180. Kirvənin damının üsdünə çıxmır ki, evinə torpax tökülə.

181. Kişi xeylağını hal apardı?

182. Kol dibində evim olsun, Məkkədə ərim olsun.

183. Külək əkəni fırtına biçər.

184. Kök ölüf, arıx qalıf.

185. Kül başına küllüklər,

Qarğa səni dimdiklər.

M

186. Mağdurum bıdı,

Yarısı sudu.

187. Maya buddu arvad al ki, nər buddu oğul doğsun.

188. Mən utancax, sən fırıldax.

189. Mən gedən yerdə qol sınar, yaxşı ki baş yarıldı.

190. Mən səni bilirdim bir uca dağcan,

Sən məni bilmədin bir gilənarcan.

191. Məni varrı yanına qoy, verməsə də, verməsin.

192. Mənnən ötdü, qardaşıma dəydi, elə bildim saman çuva­lına dəydi.

193. Mərd özünnən görər, namərd yoldaşınnan.

194. Mərd mərtdən kəsər, mərd Murtuzəli hər ikisinnən.

195. Molla gəlmişkən ölən ölsün.
N

196. Naxırçı qızının könlü naxırçı əppəyi isdiyər.



197. Nə eləmişəm özümə eləmişəm, külü də gözümə eləmişəm.

198. Nəlbəki, boşqab, çini neynər maa?

Yarım yar olsa, günü neynər maa?

199. Nökər dedi: “Bir tabağ xəmirim varıydı, it apardı: inan-madılar”. Bəy dedi: “Bir tabağ xamırım varıydı, it apardı: inandılar”.
O

200. Od sönər, ad yox.

201. Ojağ isdi, yan yasdı.

202. Ojağ altda köz, adam altda söz.

203. Oğlumun oğlu məni çaydan keçirər,

Qızımın oğlu g…ə barmax keçirər.

204. Olan oldu, torba doldu.

205. Ortaxlı öküzdən tək buzov yaxşıdı.

206. Otdu ojağa, çıxdı bujağa.

207. Oturanda ojax boyda,

Duranda sajax boyda.
Ö

208. Ölkəni düşmənnən qoru, sirri yaltaxdan.

209. Ölmüş eşşəyin yağışdan qorxusu olmaz.

210. Ölüm var ölüm kimi, ölüm var zülüm kimi.

211. Ölünü qoy, dirini ağla.

212. Özgənin itiyini özgə bayatısıynan axtarır.


P

213. Paxıl artmaz.

214. Paltar yamax götürər, qarın yamax götürməz.

215. Paltar, yumax bir çeştik,

Qavğası var bir qışlıq.

216. Paltarı təzə ikən qoru, canını cavan ikən.

217. Papağı keçi dərisinnən,

Xəbəri yox gerisinnən.

218. Pis yerin görüküncə, pis yamağın görüksün.

219. P.. yeyən iti öldürməzdər.


Q

220. Qabağı bığda qavırır,

Dalı saman savırır (isitməyən ocaq haqqında deyirlər).

221. Qancıx saxladım köpək apardı,

Köpək saxladım qancıx apardı (yəni qız saxladım oğlan apardı, oğlan saxladım qız apardı).

222. Qancıx tayadan düşməmiş gəlif çıxdı.

223. Qara kişmiş bəy cibində, ağ kişmiş ağac dibində.

224. Qarnımdan çıxdı qada,

Haraya gedim dada.

225. Qartal yuvasınnan qartal uçar.

226. Qarışqanın qahımları varmış ha.

227. Qatırı ya döy, ya başına dön.

Qara qatır, nə bilir xətir.

228. Qaşına-qaşına çıxdı ojax başına.

229. Qavırmanı gəlnim qavırsın,

Qavırğanı qızım qavırsın.

230. Qayın arvadı, xayın arvadı.

231. Qayquluya** söhbət haramdı.

232. Qaz lələyi qanun yazar.

233. Qazanmayanın qazanı qaynamaz.

234. Qazanı qaraya tutmazdar.

235. Qərib gözü qəmli olar.

236. Qızdan olanın sınırın** kəs.

237. Qış dumanı qar gətirər, yaz dumanı bar.

238. Qışda ocax başında, yayda dağlar başında.

239. Qışın qarı, yayın barı.

240. Qoyunu mayda, quzunu yayda.

241. Qohumun kimdir? – Yaxın qonşu.

242. Qulun at olunca, yiyəsi mat olar.

243. Qurban olum o qana üsdünnən bir gün keçə.

244. Qurd rəngini dəyişər, xasiyətini yox.

245. Qurd tapanda quşnan yeyər, quş tapanda göyə çəkər.

246. Qurd dumanda gəzər.

247. Quymağımız diş yarır.


S

248. Saman sənin deyil, samannıx ki sənindi.

249. Sağlıx sultannıxdı, baba, demə yoxsulam.

250. Saxla qarğanı, ovsun gözüü. = Saxla küçük, gəmirsin baş.

251. Sevindi bujağa düşdü,

Atıldı ojağa düşdü.

252. Sığırçının başı kəndə tərəf, dalı şəhərə tərəf oldu, dedilər: Dalı başınnan şərəflidi.

253. Su yatar, düşmən yatmaz.

254. Sümük Süleymannan olsa da, süd döndərəndi.

255. Sünnünün tərsi dönər, ləzginin tərsi dönməz.

256. Süpürülməmiş yerdən dava axtarır.

257. Süpürsəm də keçəl Sərxanın arvadıyam, süpürməsəm də.

258. Sürü qayıdanda axsax həmişə qabaxda olar.

259. Sözü söylə qanana, qulağında qalana.

260. Söymə nökər dədəmi, söymüyüm şah dədaa. = Söymə qul atama, söymüyüm xan ataa.
Ş

261. Şah oğluna gedif qısıla-qısıla gəzməkdənsə, irəyət oğluna get, oynuya-oynuya gəz.

262. Şeytanla şərikli buğda əkən saman biçər.


T

263. Tamahgirin qohumu olmaz.

264. Tapan tapan olseydi, çoban bəy olardı.

265. Tarlanın daşlısı, qızın saşlısı, kişinin yaşlısı.

266. Tatı tamarzı görüf əlinə bağır öfkəsi verdilər.

267. Tay kəlin boyunduruğu çiynində qalar.

268. Tez-tez gələn kül üsdə, gej-gej gələn çul üsdə. = Gündə-gündə gələn kül üsdə, ayda-ildə gələn çul üsdə.

269. Tezdəni ləngit, günortanı bərkit, axşamı tərgit.

270. Təbriz uzaxdadı: ip burda, şeytan burda.

271. Təzə binənin iti də gərək qancıx ola.

272. Tənbəl dağda qar gördü, yorğana büründü.

273. Tənbəl fikirri olar.

274. Tərəkəmə qazanar, tat yeyər, eşşəh qazanar, at yeyər.

275. Tərəkmə ya it oğrusu olar, ya at.

276. Toba toxluxdandı, üz-göz yoxluxdandı.

277. Tutun sıxınnansa, seyrəyi yaxşıdı.


U

278. Uduzan pəhləvan güləşə doymaz.

279. Uğurum olsun, Urumda olsun.

280. Usda oğlunnan şəyird olmaz.

281. Uşax yeyər, oyuna gedər,

Çoban yeyər, qoyuna gedər.

282. Utanana utancağam, yaşmağım üzdən yuxarı.

Utanmaza utanmazam, tumanım dizdən yuxarı.

283. Uzananın üsdə qar yağar.

284. Uzun kösöv əl yandırmaz.




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin