Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə242/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   238   239   240   241   242   243   244   245   ...   266
X. TAPMACALAR
1. Maydan yolnan gedirdi, üsdündə yükü, dalınnan da balası gəlirdi. Balası hıkqıldıyır yükün altında. Hıkqıldıyanda balasına deyir ki, niyə hıkqıldıyırsan. Deyir ki, ay ana, yüküm yaman ağırdı. Deyir: “Nətəri, mən hıkqıldamıram, sən hıkqıldıyırsan? Mənim yükümün əgər ikisini alıf sənin yükünün üsdünə qoysalar, ikimizin də yükümüz hələ barabar olar. Yox, sənin yükünün ikisini alıf mə­nim yükümün üsdünə qoysalar, mənim yüküm doqquz dəfə sənin­kinnən ağır olar". İndi, təyin elə, tap. Ana ulağın belində nə qədər yük varmış, bala ulağın belində nə qədər yük varmış?

Açması: Ana ulağın üsdündə yeddi, bala ulağın üsdündə isə üş kilo yük olur. Ana ulaxdan ikisin alıf bala ulağın yükünün üs­dünə qoyanda barabar olur, bala ulağın yükünün ikisin alıf ana ula­ğın üsdünə qoyanda doqquz dəfə ağır olur.


2. Ağac başında qırmızı yumurta.

(zoğal)


3. Gündüz yatar, gecə uçar,

Çox quşdardan yeyin qaçar.

(yarasa)
4. Bir quşum var tağ üsdə,

Dimdiyi yarpağ üsdə.

(badımcan)
5. On beşində ucalar, otuzunda qojalar.

(Ay)


6. Ağ sandığım açıldı, içinnən nur saçıldı.

(sünbülün açılması)


7. Qırmızı nar, hər evdə var.

(od)


8. Bazarda qara, evdə qırmızı.

(kömür)


9. Ay gedir, il gedir,

Bircə qarış yol gedir.

(beşik)
10. Mənim adım Avdıkərim,

Qavala çəkilir dərim.

(keçi)
11. O tayda bir kişi duruf,

Əlində şişi duruf.

Deyir maa bir ət ver,

Nə erkək olsun, nə dişi.

(göbələk)



12. Od yanmaz, tüsdü çıxmaz, bişən hansı xörəkdi?

(pendir)


13. Bu dərədən el getməz,

Külüng işdər, bel getməz.

Bəbir bir at minifdi,

Qarnı altdan yel getməz.

(çay)
14. İki toyux basdırmışam: biri isdi, biri soyux.

(yay, qış)


15. Bir kişinin dörd evi var: biri ya­şıldı, o biri al, biri sarıdı, o biri ağ. (fəsillər)
16. Burdan vırar qılıncı,

Bağdatda oynar ucu.

(şimşək)
17. Göydə doğular, yerdə boğular.

(yağış)


18. O nədi ki, özü var, kölgəsi yox.

(su)


19. Bir sürü atdar,

Çəməndə otdar,

Vaxdı gələndə

Dərisi çatdar.

(pambıq)
20. Bədəni yerdə, sakqalı göydə.

(turp)


21. Altı dəri, üsdü dəri,

İçində bir ovuc darı.

(əncir)
22. Evimizdə bir kişi var,

Bir şələ sakqalı var.

(süpürgə)
23. Gün çıxar gələr,

Axşam mürgülər.

(günəbaxan)
24. Səssiz göldə it hürər.

(qurbağa)


25. Yumru təkər, əllərdə gəzər.

(qaval)


26. O nədir ki, bədəni içəridə, başı çöldə?

(mismar)


27. Bir özüdü, dörd gözü.

(düymə)


28. Bir qara quşum var,

Havada uçar, qanadı yox.

(bulud)

29. Nə əli var, nə ayağı,

Qapını açar dəlisayağı.

(külək)


30. Odda yanmaz, suda batmaz,

Yazda ölər, qışda gələr.

(buz)
31. Qanadı var uçmağa,

İynəsi var sancmağa.

(arı)
32. Yer altında yolları,

Əyri-üyrü qolları,

Nə incədi belləri.

(qarışqa)


33. Balaca quyu, içində suyu

Ağcadan ağdı, sarıdan sarı.

(yumurta)
34.Balaca bakqal, nə versəm udar. (ağız)
35. Bir güzgüm var qapalı,

Dörd qırağı saçaxlı.

(göz)
36. Ay gedər, il gedər,

Bircə qarış yol gedər.

(qapı)
37. Bir balaca sandıxca,

İçi dolu ağ mıxca.

(kibrit qutusu)
38. Balaca quyu, pıkqıldar suyu.

(samovar)


39. Deyə bilməz sözünü,

Tez yandırar özünü.

(qovurğa)
40. Üzük aldım, qaşı yox,

Təpə gördüm, daşı yox.

O nədir ki, ağlıyır,

Gözlərinin yaşı yox.

(kamança)
41. Ağzı birdi, dili min

Gah belə deyir, gah elə.

(qələm)
42. Qapağı ikidi, yarpağı min.

(kitab)


43. Bir gün biri, bir gün biri,

Nə ölüdü, nə diri.

(ürək)
44. Tağ atmaz, kölgə tutmaz,

Yer altda nə yemişdi.

(donbalan)
45. Böyün bir kətdi gördüm,

Kətdanı kətdə gördüm.

Yirmi dörd ulduzu

Dörd ayın altda gördüm.

(atın nal və mıxı)

46. Getdi buyrux, gəldi buyrux,

Əridi qazan, qaldı quyrux.

(çarıx və ayaq)


47. Əlli-altmış yaşında hələ də de­­yir uşağam, genə də deyir uşağam.

(ilan)


48. Hajılar haja gedər,

Cəhd edər gejə gedər.

Bir yumurta içində

Yüz əlli cücə gedər.

(hörümçək yumurtası)
49. Vay! Papağım göydə qaldı.

(qoz)


50. Ağ atımı nalladım,

İstanbula yolladım.

(təyyarə)
51. Uzun-uzun uzanar,

Özünə köynək qazanar.

(oxlov)
52. Nə yerdədir, nə gördə.

Nə evdədi, nə çöldə.

(pəncərə)
53. Səfalı bəy xəstədi,

Zənciri qəfəsdədi.

Nə yerdədi, nə göydə,

Çərxi-fələk üstədi.

(Əzrayıl)
54. Yer altında sarı biz.

(kök)


55. Bizdən sizə diyiri qoz.

(siçan)


56. Hini hinicə, burnu əyricə.

(noxud)


57. Hürü Hürünü dindirir,

Hürü Pərini dindirir.

Bir budaxda beş alma,

Bir-birini dindirir.

(saz)
58. Bir atım var, minmək olmaz,

Bir qamçım var, sürmək olmaz.

(yel)


59. Nədəndi, ha nədəndi?

Əsili gülbədəndi.

Ağaşda bir çırax yanır,

Gör piltəsi nədəndi?

(ay)
60. Sarıca dığa yer qazar.

(damcı)


61. Ay naxırçı, dur gedək.

Naxırı sür gedək.

Səksən səkkiz qapıya

Bir kilidi vır, gedək.

(......)

62. Dağdan gəlir dağ kimi,

Qolları budax kimi.

Əyildi su işməyə

Bəyirdi oğlax kimi.

(mancanaq)


63. O nədi ki, hər şeyin qarnın yırtanda ölür, bının qarnın yır­tan­da dirilir.

(ocaq)


64. O nədi ki, toxumsuz bitər?

(dombalan)

65. Daş dambıldar,

Su gumbuldar,

Heyva çalır,

Nar oynar.

(samovar)

66. Mırğızı, bəyi xan durğuzu.

(nəcis)


67. O kimdi damım üsdə?

Toz tökər camım üsdə.

Aşımı şor eylədi,

Gözümü kor eylədi.

(tüstü)
68. O nədi ki, dəymişi ajı olar, kalı şirin?

(uşax)


69. Gedən getmə, işim var,

Zərgərdə gümüşüm var.

Ağzı bağlı otaxda

Gözü bağlı quşum var.

(baramaqurdu)





Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin