28. MƏHƏMMƏD PEYĞƏMBƏRİN DOĞULUŞU
Yazılmışdı kitaba ki, Məhəmməd adında bir şəxs gələjəh, dünyanın yiyəsi o olajax. Oğlan uşağı doğulan kimi hadıxlara pul verif öldürürmüşdər, qalırmış qız uşağı. Günnərin bir günü bir qojanı Fironun getdiyi yolda bir ağajdan asıflar ki, bir belə hadıxlar uşaxları qırır, analar ağlar qalır. Səbətə qoyuf asdıxları qoja deyifdi:
– Şah sağ olsun, ayağıı saxla, söz deyim. Mən dünya görmüş adamam, daa yeriyə bilmirəm, məni səbətə qoyuf gətirif yolun ağzınnan asıflar ki, sənnən danışım. Sən şahsan, sən savab eləməhdənsə, günah qazanırsan. Bir belə oğlan uşağı qırdırırsan, analar ağlıyır, belə olmaz. Biz dünyanı tutuf durmuyajağıx. Bax, mən qojayam, ölüm axdarıram. Hamı öləjəhdi, yerində də qalan ayrısı olajax. Gəl sən bu daşı ətəyinnən tök, günah qazanma.
Bunun sözünü eşidif elan vurdurur, daa uşax qırılmıyajax, mamalar arxayın olsun. Bu olannan sora bu Məhəmməd dünyaya gəlif. Yazılmışdı ki, Məhəmməd adında bir şəxs gələjəh, dünyanın yiyəsi o olajax. Onnan sora nənəsi də ölür, dədəsi də, qalır yetim. Bunu maması saxlıyır. Döşü quru arvad var imiş, bir döşüün südü kəsilmişmiş, biri qalmışmış. Aparıf ona ki, səə nə qədər desən, pul verəjeyih, bu, yetimdi, bunu saxla. O süd gələn döşünü verir, nağayrır, almır. O qurumuş döşünü verən təki gördü bunu aldı, çağa da, qırxlıx çağa, qurthaqurt bunu əmdi. Əmənnən sora deer, Allah bunun urzasını verdi. Böyüyür, on dörd yaşına çatır.
Camaatı qıran Firon ölür. Onun Xədicə addı arvadı varıydı, yaşdı. Deyir pərdə enərmiş, pərdəən dalınnan danışarmışdar, bir-birinin üzünü görməzmişdər. Pərdəən dalınnan deyif ki, mən imam övladı deyiləm, həm də yaşım sənnən tutmaz. [Məhəmməd pey-ğəmbər] deyir: "Qəbulumdu". Fironun arvadı Xədicə xanımın kəbi-nini özünə kəsdirir. Onnan da təh bircə dənə Fatmeyi-Zəhra olur.
Dostları ilə paylaş: |