29. GAVURUN PEŞMANÇILIĞI
Məhəmməd əleyhsalam hər gün məscidə gedəndə bir gavurun, buna inanmıyan qadının qapısınnan keçirmiş. Hər keçəndə o qadın vedrədə nə qədər çirhli su var, bu kişinin üsdünə atırmış. Ha bir dəfə atıfdı, kişi heş nə demiyif, ha iki dəfə zibil atıfdı kişinin dalıynan, kişi heş nə demiyifdi. Axır bir gün qadın xəsdələnir. Qurban olduğum deyir:
– Buna gedif dəyəjəm ey, bunun halını, əhvalını xəbər alajam.
Gedir qapını açır, görür hə, arvad zıq-zıq zıkqıldıyır.
– Ay xala, saa nolufdu?
– Bəs belə, azarramışam.
Bu arvad elədiyi əməldən ohqədər peşman oluf ki… Deyif:
– Ay haray, gündə bunun üsdünə çirhli su atırdım.
Dostları ilə paylaş: |