42. TÜK GƏTİRƏN ADAM
Biri tük gətirir başdan-ayağa, hər yanı olur tük. Gedir qurban olduğum Musa peyğəmbərnən dilləşir, Allah-taladan şəfa isdiyir.
Deyir:
– Get denən ki, dünyada nə mındar şey var yesin.
Dünyada mındar şey yoxdu. Gedir, uzax olsun, tısbağanı da yeyir, nə var yeyir, bının tükü tökülmür. Bı gedirmiş Musa peyğəmbərnən dilləşməyə ki, saa qurban olum, Allah-talaya dinən, bəs nətər oldu, dünyada nə mındar şey var yedim, tüküm tökülmədi? Bı gəlir görür ki, irəlidə gözəl-göyçəh bir gəlin təndir çörəyini bişirif töküf bəridən ayna. Bına təklif eliyir. Bı gətirir bına bir belə çörəh verir. Bı bir belə çörəyi yeyəndə, – bı Allaha agahdı axı, – görür kü, başdan-ayağa tükü töküldü. Bu olur anadangəlmə. Bı gedir deyir:
– Nətər oldu ki, dünyada nə mındar şey ki var, yedim, tüküm tökülmədi, bir gözəl-göyçəh gəlin maa bir belə çörəh verdi, yedim, tüküm töküldü?
Deyir:
– Əlindəki çörəyi sıx görüm.
Sıxan kimi bınnan başdıyır zina tökülməyə. Ona göra kı, bütün Məhəmməd ümməti həmişə gərəh təmizdiyi qana, hər şeyin salavatın verə. O əlindəki çörəyi sıxanda zina tökülür, mındardı, yanı qadın mındar-mındar xəmiri qatırmış, qüsullanmamış, qüsulun verməmiş. Bizim şəriyətimiz var axı. Hər şeyə gərəh salavat verəsən. Bilmirsənsə, üzuu tut qıvlıya tərəf, suyu başınnan tök, denən: "Allah, bildiyim bıdı". O saa bəsdi.
Dostları ilə paylaş: |