Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə68/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   64   65   66   67   68   69   70   71   ...   266
67. MİR SƏDİ AĞA
I mətn

Şəxsən mənim öz qonşumun oğlu qoz ağacınnan yıxılıf ağır zərbə alıf, dili tutulmuşdu. Onun atası cibinə üş maat pul qoyur, bir balaca kisə də qoz yığır Mir Sədi ağanın yanına getməh üçün. Yolda kişi fikirrəşir ki, mənim nəzirim azdı. Utanıf o nəzirnən Mir Sədi ağanın yanına getməyə. Bu fikirnən o cibindəki pulu da, bir kisə cəvizi də qoyur yolda bir daşın altına. Elə pulsuz gedir Mir Sədi ağanın ocağına. Kişi həyətə girən kimi Mir Sədi ağa bunu yanına çağırır. Deyir ki, nəzirin çoxu, azı olmaz, nəyə görə sən fikrii dəyişib o nəziri daşın altda gizdəmisən? Kişi yerində mat qalır bunun bu sözünə ki, bu hardan bildi ki, bu nəziri daşın altda gizdiyif. Kişini qəbul eliyir, ona tapşırır ki, bir də belə eləmə. Orda kişinin oğluna dua yazır. Duanı götürüf evə gəlir. Görür ki, oğlu oturuf ayleynən, uşaxnan danışır, oluf həmənki adam. Bunu öz gözümnən görmüşəm.

II mətn

Xannıx* kəndində iki qardaş varmış. Böyüh qardaş Mir Sədi ağa­nın ojağını ziyarət eliyir, bir seyid kimi, bir ojax kimi onu ta­nıyır, ona itaat eliyir. Kiçih qardaş isə dinsiz olur. Bu, Allaha, pey­ğəmbərə inanmır, olara itaat eləmir. May ayının ortalarında Qu­bat­dı­nın Bərgüşad çayı həddən artıx aşıf daşır, yernən-göynən belə. Həmin o Xannıxdakı böyüh qardaş Mir Sədi ağaya bir qoyun nəzir demişmiş. Qardaşını çağırır, ona deyir ki, gəl mənə köməh elə. Bir qoyunu Mir Sədi ağanın ojağına aparıram. Çayı keşməh də çox dəhşətdi, mümkün dəyil. Balaca qardaş bir təhər yola gəlir. Qoyunu götürüf Mirrər** kəndinin qabağına, çayın qırağına gedillər. Həmin gün Mir Sədi ağa bilir ki, o iki qardaş olara gəlməlidi. Mir Sədi ağa çayın o tərəfinnən əl eliyir ki, özüzü vırın çaya, keçin bəri, qorx­mu­yun. İki qardaş qoyunun hərəsi bir buynuzunnan tutuf özdərini çaya vırıllar. Sərbəst çayı keçif o tərəfə çıxıllar. Kiçih qardaş bu boy­da çayda heş qüvvə hiss eləmir. Elə bil ki, bir arxı keçif getdilər.



Kiçih qardaş böyüh qardaşına deyir ki, mən inandım, amma az inandım. Mir Sədi ağanın qapısına gedəjeyih, amma bir şərtim var. Biz həyətə girən kimi Mir Sədi ağa əyər bilsə ürəyimnən nə keçir, onda ona inanajam, inam gətirəjəm ki, ojaxdı, seyitdi. Biz orda olar­kən Mir Sədi toyuxların içərisinnən qara toyuğun birini tu­tuf kəsif mənə yedirtsə, onda bilərəm ki, Mir Sədi ağa möcüzəlidi. İki qardaş Mir Sədi ağanın həyətinə girən kimi Mir Sədi ağa arvadı Saranı çağı­rır yanına, tapşırır ki, həyətdə gəzən qara toyuğun birini tutun, kəsif bişirin, verin o cavan oğlana. Onun ürəyi onu isdiyir. Bını deyəndə cavan oğlan – balaca qardaş ta birdəfəlih inanır, iman gətirir.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin