Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə70/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   66   67   68   69   70   71   72   73   ...   266
69. MİR HƏMZƏ NİGARİ
Mir Həmzə Nigari özü çələbilər məktəbində* dərs alıfdı. İki il təhsilini çələbilərdə alıf. Soralar məktəbi Türkiyədə qutarıf, gəlif Qarabağa. Çələbilər məktəbində də işdiyif. Təriqət başçısı oluf. Nəqşibəndi oluf. O vaxdın mollalarına, qazılarına çoxlu həcvlər yazıfdı. Ona görə də İbrahim xan bına qiyabi ölüm hökmü çıxarıf. Ona görə də gizdi yaşamağa məcbur olufdu.

Bir dəfə Qubatdıda onu bir kəntdə gülləyə basıflar. Onun Şirvanda, Qazax bölgəsində böyüh hörməti olufdu. Nə hörmətnən yanaşıflarsa ona Şirvanda yanaşıflar. Şıx İsmayıl Sıracəddinnən dərs alıf Kürdəmirdə, Ağdaşda da dərs alıfdı. Soradan bına ölüm hökmü verilib, yazığa. Məhəmmət Çələbi əfəndi bının usdatdarınnandı, məllimlərinnəndi. Gedif İbrahim xanın yanına, deyif: “Niyə belə? Bı da Fatmanın, Əlinin törəmələrinnəndi. Təriqət başçısıdı”. İbrahim xan bına deyir: “Birincisi, maa həcv yazıfdı. İkincisi, zikrin o qəbul edilməz formalarını yayıfdı”. Bı deyif ki, onun mən də əleyhinəyəm. O, mənim boynuma. Ona bizim zonada icazə verilmiyif. O, Qazax­da, Borçalıda geniş yayılıfdı.

Nəysə, bını – Mir Həmzə Nigarini Səfər bəy addı birisi bir də­fə az qalıf ki, gülləynən öldürsün. Bilmiyifdi, şıkqıltı gəlif. İsdiyif atsın, bının tazısı imkan vermiyif güllə atsın. Tazı tüfəngi bının əlinnən salıf. Deyif nəysə burda bir şey var. Gedif görüf Mir Həmzədi. Bir qalın kolluğa girif. Deyif:

– Burda niyə gizdənmisən?

Deyif:

– Bəs məni bı Mirrərin, Dəmirçilərin mollaları gülləyə basıf­lar deyənə gəlif burda gizdənmişəm.



Aparıf evinə qonax. Bir ay bını evində qonax saxlıyıf. Sora bını aparıf Dərələyəz tərəfə yaylağa. Yayı yaylaxda qalıf. Ta yay­laxdan qayıtmağa on beş gün qalmış bını özlərinnən aparıflar Vedi­yə. Çələbilərin o Abbasqulu bəygilnən çox qədim, böyüh yaxınnığı, dosduğu oluf. Bılar Abbasqulu bəyin babası, atasıgildə qonax qalıflar. Onu sonra aparıf Arazdan keçiriflər o taya.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin