Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə80/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   76   77   78   79   80   81   82   83   ...   266
74. QARA PİRİM
Şah oğlu Şah Abbas gəlir şah bulağına. Deyif, gedin orda Qara Pirim deyilən ölüya var. Əgər helədisə, onnan işiiz yoxdu, yox, əgər yalandısa, onu qaratikanda yandırajam. Qara Pirimə ayan olur da. Bir şələ qaratikanı vurur yavaya, düşür yola. Bu dört-beş kilometr gedənnən sora atdılarnan rastdaşır. Bunnan soruşullar:

– Dayı, hara gedirsən?

Deyir:

– Kannan gəlif məkana gedirəm.

Deyir:

– Orda bir kişi var, belə adda, tanıyırsan?

Deyir:

– Tanı, mənəm, bil, mənəm.

Bular başa düşmür bu nə deməhdi. Bular yola düşüf gedillər. Şah Abbasa deyiflər ki, sizi gözdüyən var. Deyif:

– Gəlsin.

Deyif:

– Sən kimsən?

Deyir:

Qara Pirim deyilən kişi mənəm, gəlmişəm.

– Mən sənin dalınca atdı göndərdim.

Deyir:


– Hə, qabağımnan keşdi getdi.

Şah Abbas deyir:

– Eşitmişəm sən bilənsən da, ölüyasan, qüdrət sahibisən.

Gətirir bir dənə inək, qırmızı inək. İnək də boğaz imiş. Deyir:

– Deyə bilərsənmi bu inəyin balası nə rəngdədi, erkəhdi, dişidi, nətərdi?

Deyir:


Qabaxca sən de, şıx oğlusan da, sora mən deyərəm.

Şah Abbas deyir ki, inəyin balası erkəhdi, özü də başında təpəli var. Qara Pirim gülüf. Deyir:

– Düzdü, erkəhliyinə erkəhdi, rəngi də qırmızı, amma təpəl döylü. Quyruğuun ucudu, gəlif duruf alnında, səə elə gəlir.

Şah Abbas buna qəzəflənif. İnəyin başını kəsif qarnın yarıllar ki, həqiqətən də, balanın quyruğu ağdı, amma təpəl döylü. Yəni heylə güjdü ölüya oluf.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin