Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə81/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   77   78   79   80   81   82   83   84   ...   266
75. SEYİD YƏHYA
I mətn

Quduz it dalıyanı onun yanına aparırdılar. Uşağa deyir ki, iy­nə­ni gətirin. Gətirillər iynəni. Barmağına sancırdı iynəni, qan çıxırdı. O qanı quduz it dalıyan insana çəkirdi.

Deyirdi:

– Get, heş-zad olmaz.

O, bizim kətçi oluf, özü də qüvvətdi seyid oluf. Sovet höku­məti gələndə bu köçüf gəlif Bərdəyə. Qorxuf da, yerini dəyişif ki, tanıyan olmasın. Bunnan əlaqədar olarax Bərdədə yaşıyıf. Amma kəndə gəlirdi da. Qohumları hamısı kəntdə idi.

Şəxsən onun bir atını oğurradılar. Atı gəzmədi. Seyid Bərdədə olanda oğurruyuflar. Bir nəfər buna deyifdi ki, Seyid, deyillər atın oğurranıf? Deyir:

– Yox, seyidin atını oğurramazdar. Yəqin kimsə ehtiyacı olufdu aparıfdı.

– Bəs Seyid, nətəri aparıf, heş gətirmir.

Deyir:

– Gətirəjək, mındar heyvandı, yeməli deyil ha. Gətirəjəh. Yəqin işi-zadı var da.



O at aparanın başına hava gəlir. Cavan oğlan idi. Onu o yer ol­mur müalicəyə aparmasınnar. Sora baxıcıya baxdırıllar. Baxıcı deyər ki, bu, nəysə Seyidin malına toxunuf. Tapın Seyidi, özünü apa­rın onun yanına ziyarət eləsin. Ziyarətə gedir. Həyətə girəndə bir on metr getmiş artıq bu sərbəst olur. Ayılıf atasını, anasını tanı­yır. Gəlif ziyarət eliyənnən sora yalvarıf-yaxarıf, bəs günahlarım­nan кeç.

Deyif:


– Hə, yaxşı, keçirəm.

Öləndə vəsi eləmişdi ki, məni aparın öz camaatımın içində dəfn eliyin, üsdümə də daş qoymuyun. Qəbrimi də qorumuyun, it­sin batsın. Deyiflər, olmaz axı. Heyvan-zad gəlif keçir qəbirsdan­nığın içinnən. Onda demişdi ki, hasar çəkin, balaca qapı qoyun. Heylə də elədilər.


II mətn

Yəhya babanın atını oğurruyuflar. Seyid məllim deyif ki, baba, bilmirsən, sənin atını kim aparıf?

Deyif:

– Bilirəm.

– Gedif gətirim?

Deyif:


– Bala, getməh lazım döyül. Deyərsən, gətirər, gətirər, gətirməzsə, onun sağ gözü bədəninə baxajaxdı.

Bu gedif deyir. Aradan bir az keçir, bunu (at oğrusunu – top.) tutullar. Tutullar, gedir türməyə. Aradan bir neçə il keşmişdi. Mən traktorda işdiyirdim, əlli beşdən qabax. Getmişdim evə. Mənnən böyüh qardaşım vardı. Dedim:

– Qardaş, yuxarı məhlədə kimin dəvəsi var ki?

Deyir:


– Dəvə döyül ey o. Səlimi tanıyırsan? Türmədə dəli oluf, gətirif tulluyuflar evinə.

Dediyi günə düşdü. Onnan sora öldü.


76. SEYİD ƏMRAH
Seyid Əmirah olur, onun ojağında maral da gəlif sağılırmış. Çox sınaxlı bir ojax oluf. Sora o kişinin gözdəri tutulur. Bunun gəlini varmış. Gəlin qatığ eliyif yığıntı çalxıyır*. Kişinin də gözdəri görmürmüş. Oğlu meşəyə gedir alaçıx çubuğu kəsməyə. Deyir:

– Ay gəlin, bəridən quymağ iyi gəlir.

Qızdar quymax bişirir. Yağı töküf quymax bişirir. Deyir:

– A kişi, quymax nədi?

Kişinin də gözdəri görmür axı. Daa fikirrəşmir ki, zalım qızı, bu ojaxdı. Bunnan niyə saxlıyırsan? Quymax bişirirsən, buna da ver. Gətirir kişinin qabağına qatıx-çörəh qoyanda kişi çörəyi yemir, ayana itəliyir. İlahi nətər eliyirsə, həmin dəyqə kişinin gözdəri açılır. Oğlu gəlir ki, atasının gözdəri açılıb. Oğlu gətirdiyi çubuğu düşürür, fikirrəşir ki, səhər gedib yenə gətirsin. Deyir:

– Ay oğul, narahat olma, səhər getmiyəssən.

Deyir:

– Ata, niyə?



Deyir:

– Yox, səhər getmiyəssən. Getsən də, qayıdajaxsan.

Atasının sözünə baxmır, səhər cütü yüklüyür. Bu vaxt hay düşür ki, gəlin öldü. Dedi:

– Ay oğul, sənə demədim getmə.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin