Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə82/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   78   79   80   81   82   83   84   85   ...   266
77. ŞIX ƏHMƏD BABA
Bizim kəntdə (Laçın rayonunun Lolabarı kəndi – top.) bir kişi var idi. Mənim yaşımnan yenə qabax oluf. Şıx Əhməd kişi deyil­lərmiş. Çox alicənab adammış. Çox camaat adamı imiş. Özü də şıx imiş. Nə deyirmişsə, düz olurmuş. Bu kəndin camaatının hamısı, qonşu kəntdərin hamısı ona inanırmışdar. Dediyi də düz olurmuş. Ya­yın yaylığında çıxırmış dağın başına, buna inanmıyan adamlar görür­müş ayağında qar gəlir. Elə bir dağ imiş, kətdən görükən yer imiş da, qar-zad yox imiş. Çıxırmış ora, enirmiş, buna inanmıyan adamlar görürmüşdər ayağı yarıya qədər qardı. Sora ona inanır­mışdar. O kişi çox alicənab adam imiş. Bizim camaatımızın hamısı onu yaxşı kişi kimi tanıyırdılar. Xəncəri ağzı üsdə qoyarmış, çıxıf onun üsdündə ayağı yalın oynarmış camaatın gözü qabağında. Xən­cər onun ayağını kəsməzmiş. Heylə Allah adamı idi. Onun uşaxla­rına, nəvələrinə, nəticələrinə də kim toxunsa, ziyanını çəkər. Hə, heylə bir adammış o kişi. Dağın başında onun piri var idi. O kişi qışda da ora çıxırdı. Halbuki qışda ora çıxmax mümkün döyüldü. Amma qış olsun, yay olsun, elə gün olmurdu ki, o kişi üş dəfə ora çıxıf enmiyə. Biz gedirdih onun pirinə. Heyvan-zad aparıf kəsirdih. Mən özüm də getmişəm ora. Düzdü, yaxınnığında su-zad yox idi. Amma yerin özü yaxşı yer idi. Elə həqiqətən pirə oxşuyan yer idi. Dağın başında qəbir var. Bəlkə də onun özünün qəbri imiş, amma mən eşitməmişəm.
78. ƏLİ BULAĞI
Söyüd ağacı var imiş. Onu yerə taxıf, atını bağlıyıf, çıxıf o qayanı çapıf. İndi Əli bulağı deyirih ey. Ora ziyarətə gedirih. Bu boy­da qaya uçuf, qaya uçanda yerə düşməsin deyə əlini verif qaba­ğa. O boyda daşı Əli saxlıyıf əliynən. Əlinin də pəncələri, barmax­ları ordadı. Qayıdıf ordan çıxıf, o suynan dəsdəmaz alıf. Çapıf qoyduğu qayanın da başı düzəngahdı. Onun iki dizdərinin də yeri, əllərinin, barmaxlarının da yeri, alnının da yeri, namaz qıldığı yer də ordadı. Həmişə qara örtühlü gedirih, namaz qılırıx, nəzir deyirih. Fətir bişir apar, xörək bişir apar, nə bilim, qənd al, peçenye al, bir sumkanı dolduruf onu orda özümüznən hərriyirih, ordan qaytarıf paylıya-paylıya gəlif çıxırdıx öyümüzün içinə.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin