Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə83/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   79   80   81   82   83   84   85   86   ...   266
79. MAZAN NƏNƏ
I mətn

Pir Stansiya Xələfli kəndindən təxminən 4-5 kilometr aralıda dağın zirvəsinə gedən yolda, ən sonuncu dərədə yerləşir. Pir adam boyundan yuxarı dairəvi şəkildə dağ daşları ilə hasara alınmış, qapı da qoyulmuşdur. İçəridə isə Mazan nənə basdırılmışdır. Bu pirə, adətən, erkək qoyun, dana, xo­ruz və s. heyvanlar qurban deyilir. Pirə əvvəlcə gərək çöldən, saat is­ti­qa­mətində üç dəfə fırlan­dıq­dan sonra daxil olasan. İçəridə məzarın ətrafına üç dəfə dövrə vurur­san. Bu zaman pirin daşların­dan öpülür, müəyyən niyyətlər deyilir, nəzirlər qoyulur. Əvvəlcə gələnlər tərə­fin­dən qoyulan nəzir­lər götürülür. Əgər çörəh götürü­lürsə, evə gətirilir və bütün ailə üzvüləri həmin çörəhdən bir tikə kəsib yeyirlər. Pirə gətirilən qurbanı da çöl tərəfdən pirin ətrafına fırladırsan. Bu pir ərazidə məşhur olduğu üçün yaxın-uzaq yerlərdən bura ziyarətgaha gələnlər çox olub.


II mətn

Deyillər bir qadın oluf, gedif kündə eliyif. Paltar qazanı qoyuf ki, paltar yuya, çörəh sala. Sürfəni açıf, kündəni eliyif yığıf ora, qayı­dıf çörəh salıf. Deyiflər:

– Evin yıxılmasın, – Mazan nənədi adı, – bilirsən, qənimlər gəlif çıxıflar.

Orda deyif:

– Allah, özün bilən yaxşıdı, mən neyniyə bilərəm.

Orda Allah Mazan nənəni qayba çəkir. Amba kündələri də daş oluf, oxlavı da, dörd ayağı da, sajı da.

Vayennilər gəlirmiş axşam vaxdı, onun nəyi var yığıf aparıl­lar töküllər Araza ki, bura gəlif yığıncax eləməsinnər. Səhər gəlif görül­lərmiş kündə də yerindədi, saj da, oxlav da – hamısı yer­bə­yerindədi.

Hajı Qaraman özü deyif ki, mənim övladım ora ziyarata gedə bilər, amma ayrı yerə icaza vermirəm gedə. Hajı Qaraman babam deyirmiş ki, o qadın kəsik* qadın olduğuna görə, hər cuma mən gedirəm onun görüşünə. O da bizim sinif kimi nəcabət yiyəsidi.

Onun bir dənə kündəsin götürən olufdu. Qayıdan baş qayadan uçufdu.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin