82. QARQIŞLAQ PİRİ*
Qarqışdax piri indiyətən iki dəfə dağılmışmış. Bu da üçüncü dəfə oldu, üçüncü dəfə dağıldı. Özü də Qarqışdax dəyil, Qarı qışdaxdı, qoja qışdaxdı, qarı qışdaxdı. Onun əvliyası çoxdu. Onun çil ağacı da varıdı. Onun kalafalığı** da çoxudu. Bir yol canım qurban olan Fatma nənənin kündələri qalanda – o əsrdə də dağıdıflar, bir yol da onnan sora dağıdıflar, bir də indi dağıldı. Bu üçüncü dağınıxdı. Orda illaf*** peyğəmbərrər, ojaxlar oluf. Fatma nənənin əlində kündə olanda gavır gəlif başının üsdünü kəsif. Fatma nənə deyif:
– Allah, mənim kündələrimi daş elə, gavıra qismət eləmə.
Fərhad (söyləyicinin oğlu – top.) da çox görüf. Balacası balaca, yekəsi yekə daş olmuşdu. Bir belə duağı**** var. Oxlavı vardı, o da daş olmuşdu. Gedirdih ziyarət eliyirdih, çırax yandırırdıx, toyux hərriyif gətirirdih. Böyüh ojax idi, böyüh pir idi.
Dostları ilə paylaş: |