Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə89/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   85   86   87   88   89   90   91   92   ...   266
87. SEYİD HEYDƏR AĞA
I mətn

Seyid Heydər Sarı baba seyitdərinnəndi. Seyid Heydər ağa, qardaşı Seyid Əli qışda gəlif burda qışdıyırmışdar, yazda da gedirmişdər dağa. Otuz səkgizinci ildə ustav qoyulur. Hər kəsə beş qoyun, bir inək, bir də balasını saxlamağa icazə verilir. Onnan sora olar dağa gedə bilmiyiflər, qalıflar burda.

Bir dəfə mən bu kişinin dükanına gəldim. Bunun dükanı onun (Seyid Heydər ağanın – top.) evinə bitişih idi. Təsadüfən bu kişi qapını aşdı, ordan (Seyid Heydər ağanın məhləsindən – top.) nəysə verəsi oldu. Baxdım gördüm ki, evin büşkəyində iki xaral buğda var. Gördüm ki, hər xaralın üsdündə bir ilan qıvrılıf, bax belə yatıf. Kişidən soruşdum:

– Əşi, bu nədi belə? Bu ilannardan qorxmursan?

Dedi:

– Yox, bu ilannar adama dəymir ki. Seyid Heydər ağanın malına qaroul çəkir.


II mətn

Seyid Heydər ağanın yeznəsi qalxoz sədri idi. Bunu mənim əmim oğlu var, Sabir məllim, o danışırdı. Deyir, yayda su qıtdığı idi, indiki kimi artezan yoxuydu. Deməli, kişi pambığın qırağıynan gəldiyi yerdə görür pambığ yanır. Deyir:



– Sənin yeznən qalxoz sədridi, pambıx da burda yanır. Sən də de­yir­sən mən beləyəm. Bu pambığı suvarmax lazımdı, bir kəraməti gösdər.

Minacat çəkir, papağın tulluyur göyə. Deyir:

– Mən gedirəm, siz özüzə bir yer tapın.

O evə gəlincə and olsun Allaha, leysan tökdü.


III mətn

Biri yolnan gedirmiş atdı. Görür beş-altı qoyun var ağılda. Düşür qoyunun birin alır atın qujağına, aparır kəsir. Gejədi də. Nə­nəsini durğuzur ki, dur bunu qourma elə, yeyəjəm. Yeyir ətin­nən, yatır. Yata bilir? İlan yapışır boğazınnan, qışqırır ayılır. Bir də ya­tır. Bir də bu qaydada ilan bunu qoymur yatmağa. Nənəsi bunun çığırtısına dözə bilmir. Deyir:

– Ay bala, sən nağarmısan, neynəmisən? Sən yuxuda nə görürsən?

Deyir:


– İlannar məni boğur, öldürür.

Deyir:


– Bu heyvanı hardan gətmisən?

Deyir:


– Ay nənə, yolun qırağınnan, filan kəntdən gətmişəm.

Deyir:


– Ə, sən bilirsən kimin heyvanın gətmisən? Seyid Heydərin heyvanını gətmisən. Tərpən get, o kişidən halallığın al.

Atnan gəlir, kişiyə hal-qəziyəni danışır. Deyir:

– Get, qorxma, halal elədim sənə.

Onnan sora gedir rahatdanır.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin