Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə94/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   90   91   92   93   94   95   96   97   ...   266
94. YAL PİRİ
Qadın qəbri idi. Döyüşdə Əmirəlmöminin nəslindən kimsə ölüb, basdırıblar ora. Üsdünü örtməzdilər. Deyərdilər belə buyrub­lar. Qıraqlarına daşlar düzmüşdülər.

Bir çolax arvad vardı bizdə, Gülsənəm arvad. Kəntdə yay ayla­rında quraxlıx olurdu. On gün, iyirmi gün yağış yağmırdı. O vaxt ağ­bir­çəklər, ağsakqallar deyərdilər ki, Gülsənəm, get. Gülsə­nəm çimirdi, gedirdi həmin piri ziyarət edirdi, ordan bir dənə daş götürürdü, gətirirdi atırdı kəhrizin gözünə. İki gün, üş gün yağış yağırdı. Sora Gülsənəm gələrdi, həmin daşı götürüb aparardı qoyardı yerinə.

Kənd uşağı idik, gələrdik kəhrizə. Hava da çox isdi idi. Bizim kəntdə də göl yox, çimməyə yer yox. Gəlirdik kəhrizə, ayaxları­mızı soyunurdux, girirdih kəhrizə. Kəhrizin için təmizdiyirdik ki, təmiz olsun. Bilməmişik, içində iri daşdarı götürmüşük tullamışıx aşağı böyürtkannığa. Təsəvvür elə ki, yağış başdadı, duman başda­dı. Bir gün, iki gün, üş gün, dörd gün... Hamı düşdü Gülsənəm arva­dın üstünə ki, get o daşı tap, apar qoy yerinə. Gülsənəm arvad gəldi axşama qədər orda axtardı, tapammadı. Onu qısnamışdılar. Axırı biz dedik ki, için­dəki daşları tullamışıx böyürtkannığa. Kişi­lər də töküldülər, böyürkan­nığı bişdilər ki, Gülsənəm arvad o daşı tapsın. Daa deyəmmərəm həmin daşı tapdı, başqa bir daşı tapdı, apardı ora yerinə qoydu, yağış kəsdi. Səkgiz-on gün bizdə çox dumannı, çiskinni günnər oldu.

Gülsənəm arvad kəndin yeganə çolağı idi. Deyirdilər Allah-tala birinci bunun duasını eşidir. Ona görə kimin nə imkanı vardı, birinci ona kömək eliyirdi. Hətta pirə ziyarətə gedəndə Gülsənəm arvadı özdəriynən götürürdülər ki, hamıdan sora o pirdəki nəzir-niyazı götürsün, özünə pal-paltar alsın.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin