Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə97/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   93   94   95   96   97   98   99   100   ...   266
99. ŞIX ATA
I mətn

Şıx Ataya get niyyət elə. Şıx Ata uşax paylıyırdı. Birinin uşağı olmuyanda gedif niyyət eliyirdi, gələn ilə uşağı olurdu.

Dağlarda yağış oynuyuf gedəndə üş yerə bölünürdü. Birini Şıx ata götürürdü, birini Gordu baba, birini də Hajı Qaraman öz kəfşənnərinə yağdırırdılar. Olar da heylə yağışı bölürdülər.

II mətn

Adi bir heyvanı xəsdəlik tutanda aparıf Şıx ata pirinə dolan­dırırdıx. O dolandırmağnan da heyvanın xəsdəliyi keçif gedirdi. Adam xəsdə olanda da gedif orda qurban kəsər, sağalarmış.


100. PİR AVID
Pir Avıd piri yağış paylıyırdı. Niyyət elə get, o günü yağış tökürdü. Quraxlığ olanda gedif çırağı yandırıf deyirdilər:

– Ya Pir Avıd baba, yağış gəti.


101. FATMA NƏNƏ
Canım qurban, o Fatma nənə o taynan danışırmış. Danışanda Araz qıjıldıyırmış, qoymurmuş səs eşidilməyə. Qayıdıf deyif ki, səni görüm lal axasan. Onnan sohra həmən yerdə Araz başdıyıf lal axmağa. Xudafərin düzündədi həmən yer.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin