14. SÜLEYMANA QALMAYAN DÜNYA
I mətn
Süleyman peyğəmbər hələ aylə qurmamışdı. Başqa bir ölkəyə bir illik səfərə çıxmışdı. Səfərdə ikən bunun qabağına gözəl bir qız çıxır. Bu qızı görəndə elə o saat vurulur ona. Qəlbində deyir: “Səfərimi başa vurum, qayıdanda bu qızla aylə qurajam”.
Səfərini bir ilə, iki ilə, beş ilə, nəysə, başa vuruf qayıdanda həmən yolu gəlir. Həmən yerdən keçəndə, deyir, bu boylanır, ora-bura baxır, axtarır. Bunun qabağına bir qarı çıxır, qoja qarı. Deyir:
– Oğlum, nəysə elə bil itirmisən, axtarırsan?
Deyir:
– Ay ana, heş-zad, elə-belə baxıram.
Deyir:
– Yox, nəysə sən gəzirsən?
Deyir:
– Hə, mən filan vaxdı burdan keçəndə bir qız gördüm. Vurulmuşam ona. Onnan aylə qurajam. Qərar vermişəm ki, aylə qurum. Onu gəzirəm, görüm bir də görə bilərəmmi.
Deyir:
– Gəzmə, oğlum, o qız mənəm. Mən bu dünyayam, – deyir, – bu dünya. Qocalıram, yenidən cavanlaşıram. Əgər sən mənə vurulmusansa, çıx kəntdən bir kilometr get. Yenərsən bir dərə var, o dərədə mənə uyannarın halına bax.
Bu, deyir, kətdən çıxır, görür ki, bir dərin dərə var. Dərəyə yenəndə görür ki, üş dənə insan, pəhlivan cəsədi var, bir dənə ənbiz, qızıl topası var. Aralıya baxır, görür uzaxda bir dəvə otduyur. Fikirrəşir ki, ilahi, bu nə səhnədi? Qıraxda bir dəvə, burda üş pəhlivan yatır, bir topa qızıl, bir mejməyi də aş var. Fikirrəşir, bu nə səhnədi, bu nə oyundu. Bu belə olufdu.
Bu üş pəhlivan haranısa qarət eliyifdilər, bu dəvəni yüklüyüfdülər. Dəvənin üsdündə bu pulu, bu qızılı gətirifdilər, bir dərədə töküfdülər. Qərar verifdilər ki, bölsünnər. Bölmək zamanı ikisi bir oluf, biri bir. Fikirrəşillər ki, neynəyək bu yoldaşı öldürəh, bu ikimizin olsun. Ajmışdılar, deyir. Yoldaşı deyir ki, bunu bölə bilmijeyih. Yeməh tapax yeyəh, sora gənə burdadı da, bölərih. Bu yoldaşdardan birini ikisi göndərir ki, kəndə get yeməh gətir, yeyəh, onnan sora böləh. Bu gedir kəndə yeməh gətirməyə. Bu ikisi fikirrəşir ki, o gələndə nağarsınnar ki, onu öldürsünnər, bu qızıl buların ikisi arasında bölünsün. O yeməyə gedən adam fikirrəşir ki, nağarsın, nətər eləsin bu ikisini öldürsün, qızıl buna qalsın. Həyat belədi ey. Fikirrəşəndə həyat başdan-ayağa dərtdi, qəmdi.
Bəli, bu gedir aş bişirtdirir, üş nəfərrik, bir mejməyi. O vaxdı mejmada qoyallarmış. Hələ bir sini də var. Bir mejməyi aş, üsdü belə çolpalı-filanlı gətirir. Həmən dəvəni minif getmişdi. Dəvənin üsdündə gətirir. Gələndə yolda qərar verir ki, yeməyə zəhər qatsın. Olar yesinnər ölsünnər, qızıl qalsın buna. Bunnar qərar verir ki, gələn kimi onu vuruf öldürsünnər, sora yeməyi yeyif qızılı bölsünnər. Belə də olur.
Bu, aş qujağında gəlir. Dəvədən düşür, elə yeməyi alıf yerə qoyanda bunu daşnanmı, hansı alətnənsə vuruf öldürüllər. Deer hə, bunnan qutardıx. Yeməyimizi yeyəh, bölgümüzü böləh. Bu ikisi də aşı yeyir, bular da burda ölür. Dəvə qalır yiyəsiz, həmən dəvə. Yiyəsiz dəvədi, boş səhrada gedif otduyur. Mejməyidə qalıf yemək. Pəhlivannar ölüf, qızıl da qalıf ortalıxda. Odu ki, deyir, halına bax, dünyaya uyannarın halına bax. Dünyaya uyannarın aqibəti budu ey. Axırı heşdi. Nə var bu dünyada qalan şeydi. Bunu başa düşənnər, qanannar, hiss eliyənnər mənimsiyiflər, amma azdı da. İsdər-isdəməz həyat elə şeydi ki, cəlb eliyir ey, qüvvə var ey, cəlbedici qüvvə. Kimsə ehtiyac üzünnən axtarır, bu cinayəti deyirəm ha, kimsə şöhrət üzünnən axtarır. Hər ikisinin aqibəti eynidi.
II mətn
Süleyman peyğəmbər üş yüz il yaşamışdı. Gedirdi bir yerə. Getdi gördü ki, yolda bir gəlin oturuf ki, gözəlliyi dünyanı alladır. Dedi ki, mən saa nə verim ki, qayıdanda səni alım. Dedi:
– Barmağındakı üzüyü ver.
Barmağınnan üzüyü çıxardanda gəlin dedi ki, orda daşın dalında boxça var, apar at ora. Apardı atdı, getdi getdiyi yerə. O üzük onun barmağında getsə ora, üş yüz il də yazılajeydi o üzüyün üsdünə. Gəlif yaşıyajeydi.
Qayıdanda gördü ki, bu gəlinin yerində bir qarı oturuf, qarı dünyanı alıf ağzına, əl-ayax dağ kimi oluf, bir yekə qara qarıdı. Peyğəmbər dedi ki, burdakı zənən nejə oldu? Dedi ki, o adam mənəm. Dedi:
– Onda üzüyümü qaytar.
Dedi:
– Atdığın daşın dalındadı, get götü.
Getdi, baxdı, gördü ki, burda üş minnən artıx üzük var. Dedi:
– Axı mən üzüyümü tapa bilmirəm.
Dedi:
– Tapa da bilməzsən. Sənin kimi Süleymannar çox gəlif gedif.
Süleyman peyğəmbər soruşdu ki, bəs sən niyə belə oldun?
Dedi:
– Gedəndə dünyan işıxlıydı, indi dünyan qarannıxdı. Sən allandın. Gərəh üzüyü çıxarmıyeydin. Üzüh barmağında olseydi, ömrün yazılajeydi. İndi sənin dünyan qarannıxdı, ölüm haqq-hesabdı.
Süleyman peyğəmbər dedi:
– Ya Allah-tala, axı mənim uşaxlarım körpədi.
Allah-tala dedi:
– Get dur dəryanın qırağında. Çəliyi vır suya, bir ağ yol açılajax. – Çəliyini vurdu, bir ağ yol açıldı. – Get dəryanın ortasına, orda qabağaa bir qara daş çıxajax. Çəliyınnan vır, o daş sınajax. O daşın içində ağ qurdun ağzına göy yarpax verən Allah sənin uşaxları qırmıyajax ha.
Əzizim başa qaldı,
Biçinçi başa qaldı.
Bu Süleyman mülküdü,
Bunda kim başa qaldı?
Üş yüz il yaşıyan Süleyman peyğəmbərə qalmıyan dünya kimə qaldı?
Dostları ilə paylaş: |