24. BU NƏ QƏŞƏNG MOSKVİÇDİ
“Pobeda”nın təzə çıxan vaxdıymış. Bir nəfər rayonnan Siriyə “Pobeda” ilə qonax gedir. Hə, gedillər, kəntdə saxlıyır maşını. Bı siriylinin biri gəlir durur maşının yanında, başdıyır oxuyur maşının üsdünü: "Po-be-da". Qayıdıf deyir ki, ayə, başaa dönüm, bı nə qəşəh masqvişdi.
25. MƏNİMKİ DƏ NOLDADI
Deyir bir gün maşınnan icra katibi, nə bilim, isbalkom, raykom gedillər Siriyə. Kəntdə də bir baməzə kişi varmış. Bılar gedillər bının qəbuluna ki, bəs bı kişi hamıya həmişə hazırcavab oluf. Bı kişini də rayonda tanıyan varmış dana. Yolnan bılar getdihləri yerdə, meşə kənarıynan maşınnan gedirmişdər, görüllər ki, bı kişi ulağı yühlü gəlir. Raykoma deyillər ki, həmən baməzə kişi, hazırcavab kişi gəlir. Bı deyir:
– Ə, ona bir bəlqəmə atajam. Görüm, cavab verə biləjəhmi?
Maşını saxlıyıflar, kişiyə deyiflər ki, a kişi, benzinimiz qutarıf. Bəlkə, bir az benzinin ola. Kişi tez ulağın quyruğunu qaldırır, deyir:
– Paho, mənki də noldadı e.
Dostları ilə paylaş: |