46. BU GÜNÜN QABAĞINDA QAR DURAR?
Qış düşmüşdü, qar basmışdı, kəl, öküz, keşmiş vaxdın sözüdü. Hə. Birinin otu qutarır. Hələ yaz gəlmiyif, ot çıxmıyıf. Heyvan qalır aj. Durur gedir əmisi oğlunu, dayısı oğlunu, qardaşını – hamısını yığır bir yerə. Deyir ki, ə, mənim malım qırılajax, sizin də otuuz çoxdu. Camaat hamısı sizi qınıyajax ki, bax, hərəniz bircə şələ ot verseydiz, onun heyvanı yaza çıxardı. Köməhlih eləmədiniz, adamlığınız çatmır, filan-beşman. Bax, bu töhmətin altınnan çıxa bilmiyəjəhsiz. Mənə ot verin bu heyvanıma verim, qırılmasın, çıxsın yaza. Deyillər ki, şərt kəsəh. Ot verəjeyih. Nə qədər özümüzə çatır, bir heylə verəjeyih, çıxsın yaza sənin heyvanın. Amma şərtimiz budu ki, biz isdəmirih o otu sənnən. Biz otu sənnən isdəmijeyih. Amma bu şərtnən ki, öz heyvanına ot yığgınan. Qış gələndə başdama dilənməyə.
Deyir indi yay gəlifdi, ot çalınır. Artırmada həmən ot dilənən palazı saldırıf, döşəyin üsdündə uzanıf. Camaat gedir ot çalmağa. Məən kimi, odey, oturuf. Birdən biri deyir ki, ə, bu tənbəl elə oturuf evdə gənə. Qışda gənə gəlif zəhləmizi tökəjəh ki, ot ver, ot ver. Gedəh onu da durğuzax, cəhənnəmə, getsin özünə ot yığsın da. İndi gəlillər. Birinin çiynində yava, birində dəhrə, birində, nə bilim, çalma. Belə qalxır oturur ki, hara gedirsiz, ə. Deyir ki, dur gedəh dana, qış gəlir ey, qar yağajax. Gedəh ot çalax.
Deyir:
– Ə, nə düşüncəsiz adamlarsız ey siz. Ə, bu günün qabağında qar durar?
Hə, bax, belə. Beləsi də var.
Dostları ilə paylaş: |