53. GÜNÜ GÜNORTADAN QAYTARAN
I mətn
Süleyman peyğəmbərin ağ atı oluf. Bı at da Allah tərəfinnən gəlifmiş. Onu da çox isdiyirmiş. Bir vaxt başını qaldıranda görür ki, namazın vaxdınnan keçif. Allaha dua eliyir ki, ey Allah, o atı sən göndərdin, – ağ atıymış, – mənim də başım qarışdı namazın vaxdı keşdi. Günü günortadan qaytar. Günü günortadan bir Süleyman peyğəmbər qaytarıf, bir də Cənabi Əmir qaytarıf. Onnan sora Allah-tala əmr eliyif, gün qayıdıf. Süleyman peyğəmbərə görə qayıdıf.
Əli də görür bir adam yaman bikef gedir. Deyir:
– Ə, noluf?
Deyir:
– Ə, mənim boynumu şah sabah vırdırajax. Mənim bı qədər borcum var, borcu da düzəldə bilməmişəm. Bu gün də gün keçif, sabah mənim boynumu vırdırajax.
Əli hökm eliyir, Allaha deyir:
– Ey Allah-tala, günü günortadan qaytar.
Əli bı kişiyə pul verir. Kişi də aparır borcunu qaytarır. Onüçün deyir, günü günortadan qaytaran, sayılı, dilənçini borcdan qurtaran. Əli bı kişinin pulunu qaytarır, günü də günortadan qaytarır.
II mətn
Deyir o günü günortadan qaytaran, sayılı borcdan qutaran Allah dadaa yetsin. Bı sayılı borcdan bıdı ki, Allah lənət eləmişə sayıl boşduymuş. Bı dördüncü imam İmam Zeynalabdın yolun qırağında otumuşmuş. On iki imamımız var da. Dördüncü imamımız İmam Zeynalabdındı. İmam Zeynalabdın zəlil imiş də. Yolun qırağında oturmuşmuş. Oturanda görüf ki, – axı bı ceyran ağlıyan olur, – Allah lənət eləmiş sayıl ceyranı götürüf gedir, ceyranın üş balası qalır. İmam Zeynalabdın görür kü, bı ceyran elə ağlıyır, elə ağlıyır. Qayıdır bı sayıla deyir:
– Sayıl, o ceyranı buraxginən, onun balaları ağlıyır.
Deyir:
– Yox, buraxmaram. Aparıram verəm Allah lənət eləmişə, mənim borcumu üzsün.
Deyir:
– Saa deyirəm, onu aş, burax. Niyə buraxmırsan?
Deyir:
– Buraxmaram, səndə nə var ki, maa nə verərsən?
İmam Zeynalabdın müsdəriymiş da, yolun qırağında otumuşmuş. Bı da tanımır axı. İmam Zeynalabdın bına deyir:
– Sayıl, ətəyii aç.
Ətəyini açır. Ətəyini açanda belə yeri süpürür tökür bının ətəyinə, olur ləli-cəvahir. Sohra deyir ki, di ceyranı aş, burax da. Açır, buraxır. Onunçün deyir ki, borcdunu borcdan qurtaran. O ceyranın balaların qoymur yetim qala. Onu İmam Zeynalabdın buraxır.
Günü günortadan qaytaran da belədi da. O canım qurban olduğum Əli deyir, gün əyilənəcən dava elijəm. Allah günü accana belə əyir. Gün günortadan qayıtmır ha, bir acca əyilir. O da bı deməhdi.
Bını axunda sual veriflər, bilmiyif. Onu hər adam bilmir axı.
Dostları ilə paylaş: |