11. KİŞİLƏRİN SANCISI
Keşmişdə belə bir şərait varmış ki, hamilə qadın doğuş vaxdı ağrı çəkəndə onun əri də ağrı çəkərmiş. Onda kişi bilirmiş ki, hə, həqiqətən bının özünnəndi də.
Bir gün bəyin arvadı ağrı çəkəndə bəyin özü ağrı çəkmir. Bəyin də Qara qul adında bir qulu varmış. Bəy deyir ki, ay xanım, axı mən heç ağrı çəkmirəm. Sən ağrı çəkirsən, sancı verirsən axı. Deyir:
– Bəy sağ olsun, o küncdə eşələnən Qara qulu görürsənmi nə sancı çəkir? Uşağ onnandı.
Onnan sohra Allah-tala bını yığışdırıf ki, faş olmasın da. Yəni uşax başqa kişidən olanda bını kişi özü bilməsin.
Dostları ilə paylaş: |