Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,22 Mb.
səhifə8/15
tarix27.12.2017
ölçüsü1,22 Mb.
#36096
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Ключевые слова: возрастная поэзия, современный, азербайджанский ашуги, Турция
Məsələnin qoyuluşu: Vücudnamələrin ən yeni örnəklərinin üzə çıxarıl­ması, bu örnəklərin klassik nümunələrlə müqayisəsi və səciyyəvi xüsusiyyət­lərinin müəyyənləşdirilməsi.

İşin məqsədi: Müəllifli və müəllifsiz ən yeni vücudnamə örnəklərinin araşdırılması, forma və məzmun baxımından təhlilə cəlb edilməsi.
Giriş: Modern vücudnamələrlə bağlı bu məqaləmizdə son dövrlərdə top­la­dı­ğımız müəllifi məlum olmayan nümunələr və çağdaş şairlərin ən yeni bu cür po­eziya örnəkləri üzərində təhlil aparacağıq. Həmin nümunələr Azərbaycan və türk dillərindədir. Bu şeirlərin çoxu sərbəst vəzndədir. Nəsr formasında olan nü­mu­nələr də diqqəti cəlb edir. Bu vücudnamələrdə insanın yaş mərhələləri daha çox günlük sosial, mənəvi problemlərin fonunda təsvir edilir.

İnsanın həyat fəlsəfəsi, varlıq problemi, ömür yolu hər zaman olduğu kimi, çağdaş dönəmdə də ədəbiyyatın əsas mövzularından biri kimi yer al­maq­da­dır. Həyat yolları, ömrün müxtəlif mərhələləri ayrı-ayrı geniş həcmli ro­man­la­rın möv­zusu olduğu kimi, lakonik əsərlərin də məzmununu təşkil edə bilər. Bu ba­xımdan, vücudnamələr həcmindən asılı olmayaraq, insanın ömür yolunu da­ha çox mənzum şəkildə əks etdirən həyat salnamələri kimi diqqəti cəlb edir. Təd­qiqatlarımızda klassik və çağdaş (və ya modern) olaraq təsnif etdiyimiz vü­cud­namələr arasında məzmun baxımından fərqlər nəzərə çarpır. Əhməd Yəsəvidən başlayan ənənə sonradan ayrı-ayrı türk xalqlarının yaradıcılığında əsr­lər boyu, demək olar ki, eyni mövzu və forma qəlibləri əsasında davam et­di­rilir. Hətta bir çox vücudnamələr arasında variantlıq sadəcə müxtəlif türk dil­lərində yazılması səviyyəsində, bəzilərində isə möhürbənddə müəllifin adı­nın dəyişdirilməsi şəklində özünü göstərir. Mövzu baxımından bənzərlik pa­ra­lel olaraq poetik formanın quruluşunda da müşahidə olunur. Qoşma, gəraylı kimi şeir şəkilləri klassik vücudnamələrin əsas poetik qəlibidir. XXI əsrdə ya­ra­dılan vücudnamə örnəklərini “modern” adlandırmağımızın səbəbi isə həmin qəlib­lərdən müəyyən dərəcədə uzaqlaşaraq, sərbəst şeir formasında, eləcə də nəsr­lə və yeni məzmunla yüklənmiş vücudnamələrə rast gəlməyimizdir. Təbii ki, klassik vücudnamələrdə gördüyümüz bir yaşından yüz yaşına kimi ömür yo­lunun müqəyyən təşbehlərlə ifadəsi də artıq modern vücudnamələrin sə­ciy­yə­vi xüsusiyyətlərindən sayılmır. Məqalələrimizdən birində təhlilə cəlb et­di­yi­miz Ömər Eken, Cahan Uluişıq kimi türkiyəli şairlərin vücudnamələri də sər­bəst şeir formasında olmaqla yanaşı, daha çox çağdaş insanın yaşla bağlı dü­şün­cələrini, bu kontekstdə həmçinin gündəlik qayğılarını, sosial-mənəvi prob­lem­lərini əks etdirir. (Bu barədə geniş məlumat üçün bax: E.Məmmədova. Mo­dern Vücud­namə Örnəkləri və Özəllikləri. Şərq filologiyası məsələləri, Bakı, 2013, 456-466). Bu məqaləmizdə isə Tahir Talıb­lının “Vücudnamə” ad­lan­­dırdığı şerini və müəl­lifləri bəlli olmayan, daha çox vir­tual aləmdən top­la­dı­ğımız ömürlə bağlı düşüncələri əks etdirən modern vücud­namə örnəklərindən bəhs edəcəyik.



  1. Tahir Talıblının “Vücudnamə” şeirinin məzmunu və janrı haqqında

Tahir Talıblı çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair­lər­dəndir. Onun yaradıcılığında mövzumuz baxımından diqqətimizi cəlb edən “Qur­du qəmgin, quşu qərib” adlı şeir kitabına daxil etdiyi “Vücudnamə” adlı şeiridir:

Su kimi torpağa hopduq

Atadan, anadan qopduq

Bu dünyada nədən qorxduq

Sözdən, Allahdan savayı.

Hər gün günü-günə çəkdik

Çəkəmmədik, yenə çəkdik

Dərdin önündə nə çəkdik,

Nə çəkdik, ahdan savayı?

Beləcə ömrü bitirdik

Əmri yerinə yetirdik,

Gəldik, gördük, nə götürdük



Quru günahdan savayı?!

Bu şeirdə klassik vücudnamələrin məzmun anlayışından sadəcə “atadan-anadan qopub” dünyaya gəlmə və “ömrü bitirmə” vardır. Əslində de­mək olar ki, həm klassik, həm müasir, həm də modern vücudnamə ör­nək­lə­rin­də əvvəldən axıra qədər olmasa da, mütləq müəyyən yaş mərhələsinin bədii təs­virinə rast gəlirik. Bu örnəkdə isə yaşlar dilə gətirilmədən ömür yolu la­ko­nik şəkildə xülasə edilir. Amma üstüörtülü şəkildə də olsa, insanın yaradılma pro­sesi ilə bağlı Quran ayələrinin izlərini görə bilərik2. Şeir həcm etibarilə qısa ol­sa da, məna dərinliyi ilə seçilir. “Atadan-anadan qopma” insan vücudunun for­malaşmasında valideyn­lə­rinin rolunu ifadə etdiyi kimi, yer üzündə onlarsız tən­halığı da bildirməkdədir. Növbəti misrada qorxudan bəhs edilməsi də yer üzünə “atılan”3 insan övladının ilk qəmindən və gələcək taleyinə qəm­lən­mə­sin­dən xəbər verir. Təbii ki, burada Füzulinin: “Ol dəm ki, bu xakdanə düşdü, Halını bilib fəğanə düşdü”, - (2005:45) misralarının da təsirini görmək müm­kün­dür. Əslində fani dünyada qorxunun sadəcə Allah və sözdən, yəni Allah kə­lamından, Qurandan olması da şair tərəfindən etiraf edilir və ilahi varlığa bağ­lılıq, eləcə də klassik vücud­namə­lərlə məzmun əlaqəsi beləcə ifadə olunur. Yu­xarıda qeyd etdiyimiz kimi, klassik vücudnamələrdə ta bir yaşdan yüz yaşa ki­mi təsvir edilən ömür yolu Tahir Talıb­lının qələmində sadəcə “Hər gün günü-günə çəkdik” misrası ilə dilə gətirilir. Tək bir misrada frazeoloji vahidlə ömür yolunu xülasə edən şair şeirin davamında bəzən yaşamaq mümkün ol­ma­dıqda da yaşanıldığını bildirir. “Dərdin önündə nə çəkdik, Nə çəkdik, ahdan savayı?” – misraları isə ağır mənəvi-sosial problemlərin varlığı qarşısında in­san dözümünü ifadə etdiyi kimi aşağıdakı bayatıdan izlər də daşıyaraq ruhun bu dünyadakı seyrini yada salmaqdadır:



Əzizim, baxıb gedər,

Hər gələn baxıb gedər.

Bu dünya qəm pəncərəsi,

Hər gələn baxıb gedər.

Beləcə, günü-günə çəkməklə ömrü bitirdiyini deyən şair çağdaş in­sa­nın mə­nəvi böhranlarından geniş şəkildə bəhs etməsə də, özgələşmə problemi ilə üz-üzə qalan bəşər övladının əslində klassik vücudnamələrdə deyildiyi ki­mi, Əzrayıl gə­lincə ömrünün sona çatmasına, Allahın əmri olan ölümə4 baş əy­məsinə işarə edir.

Şeirin sonu isə ünlü mütəsəvvüf Mövlananın “Xamdım, bişdim, yandım” fikrini xatırlatmaqla yanaşı, ruhun dövranını da xülasə etməkdədir:

Gəldik5, gördük, nə götürdük

Quru günahdan savayı?!

Beləliklə, dünyaya gəlişini və gedişini klassik vücudnamələrdən fərqli ola­raq, geniş təsvirlərlə deyil, amma Qurandan, folklordan, təsəvvüfdən izlər da­şıyan misralarla izah etməyə çalışan müəllif günah anlayışı ilə axirət dün­ya­sı­na da işarə edir. Günah sözünün “quru” epiteti ilə verilməsində niyyət isə, mad­di olaraq insanın yığdıqlarının bu dünyada qaldığını, fani dünyada ötüb-ke­çici həvəslər üçün günah qazanmamağı tövsiyə etməkdir. Bu baxımdan Aşıq Alının:



Gəşt eylədim, bu dünyanı dolandım,

Əllini aşırdım, yüzə nə qaldı?

Ayaq getdi, əl gətirdi, diş yedi,

Baxmaqdan savayı gözə nə qaldı? (2006: 34) –

misralarının ruhunda qələmə alınan bu vücudnamə ölümlü dünyada maddi ne­mət­lərə tamah salmamağı nəsihət edən klassik didaktik-nəsihətamiz bu cür şeirlərlə səsləşir.

Beləliklə, müəllifin özünün vücudnamə adlandırdığı bu şeir əslində janrın struktur tələblərindən uzaq olsa da, məzmun baxımından müəyyən də­rə­cə­də klassik örnəklərlə üst-üstə düşür.


  1. Dialoq-vücudnamə örnəyi

Modern vücudnamələr arasında ata ilə övlad arasında mükalimə şək­lin­də qurulan bir maraqlı nümunə də diqqəti cəlb edir. Həmin nümunədə yeni do­ğulmuş qız körpəsi ilə valideyn qayğısını öz üzərində hiss edən gənc atanın ömür mərhələləri dilə gətirilir. Bu nümunə anonimdir və nəsrlədir, daha çox öv­lad-valideyn münasibətlərini ifadə edir:

0 yaşında

Baba :

Ne kadar da güzel. Şimdi bu küçücük şey benim kızım mı...?

Gözleri de bana ne kadar çok benziyor...

Kızı :

Bu gözlerini benden hiç ayırmayan adam babam olsa gerek...

Əlli beş yaşa qədər bu şəkildə atanın qız övladı ilə bağlı müxtəlif qay­ğı­la­rı­nı və düşüncələrini əks etdirən bu nümunədə valideynin körpəsi ilə birlikdə yaş sə­ciyyəsi verilir. Təbii ki, burada əsas diqqət körpənin üzərində cəmləşir və onun uşaqlıq, yeniyetməlik, gənclik yaşlarını, daha sonra evlilik həyatını, ana ol­ma­sını təsvir edən yaş mərhələləri vücudnamədə yer alır. Təbii ki, hər yaşın da özü­nün gətirdiyi qayğılar və valideynin narahatlığı, iki nəsil arasında zidd dün­ya­görüş kimi məsələlərə də toxunulur:



10 yaşında

Baba :

Gittikçe yaramaz oluyor, kime çekti bu kız...?

Kızı :

Ben babama aşığım...

Büyüyünce babam gibi erkekle evlenecegim...

Babam bu ay harçlığımı arttırır mı...?

15 yaşında

Baba :

Ne kadar da çabuk büyüdü...

Eve de gittikçe geç kalmaya başladı, bu gidişle başına kötü bir şey ge­lecek... Sanırım daha sert konuşmalıyım...

Kızı :

Babam yüzünden arkadaşlarımla istediğim kadar vakit geçiremiyorum...

Bana baskı uygulamasından nefret ediyorum...

Ne zaman özgür olacağım...?

Əslində, daxili monoloq şəklində qurulan bu vücudnamədə müəyyən yaş mər­hələsindən sonra artıq övlad atası ilə bağlı qayğılarını dilə gətirir, onun yaş­lan­masından, səhhəti ilə bağlı problemlərdən ötrü narahat olmağa başlayır. Get­dik­cə mənəvi baxımdan təzad yaşayan valideynlə övlad arasındakı uçurum daha da dərinləşir, ata qızının onu bəyənmədiyini hiss edir:



40 yaşında

Baba :

Kızım, benim entellektüel düzeyimi yeterli bulmuyor...

Ona göre çağın gerisinde düşünüyormuşum...

Oysa küçükken derslerine hep ben yardım ederdim...

Anlayamadığı bütün problemleri bana sorardı...

Şimdi beni beğenmiyor...

Bir daha onunla asla politik tartışmalara girmeyecegim...

Kızı :

Babam giderek daha da çocuk gibi davranıyor...

Sürekli bir şeylerden yakınıyor...

Gerçi son zamanlarda sağlığı da iyi değil ama...

Ya ona bir şey olursa...?

Zaten hiçbir zaman dilediği gibi bir evlat da olamadım...

Əslində, klassik vücudnamələrdə də artıq qocalıq, ahıllıq yaşına daxil olan in­sanın övladı, oğul-uşağı tərəfindən qınaq yeri, gülüş hədəfi olması, hətta bəzən san­ki bu dünyada artıqlıq etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir6. Bu da nə­sil­lər arasında ziddiyyətdən qaynaqlanan problemlərlə bağlıdır. Lakin təəssüf ki, valideyni itirdikdən sonra övlad onun yoxluğunu görüb, dəyərini daha yaxşı an­lamağa başlayır, sonrakı peşmançılıq isə faydasız qalır. Təhlilə cəlb etdiyimiz vü­cudnamənin sonunda da özünün əlli yaşında atasını itirən qız peşmançılığını ifadə edir:



55 yaşında

Kadın :

Sen gideli, seni daha iyi anlıyorum babacığım...

Keşke seni hiç üzmeseydim demeyeceğim,

Çünkü "keşke"lerin hiçbir şeyi değiştiremeyeceğini biliyorum....

Yine de beni duyuyorsan, lütfen seni

üzdüğüm her gün için çok, ama çok pişman olduğumu bil olur mu?

Digər vücudnamələr kimi, bu nümunənin də sonluğunda həyat və varlıq, mənəvi məsələlərlə bağlı ibrətamiz bir hissənin verilməsi diqqətəlayiqdir. Gö­ründüyü kimi, artıq dialoq tamamilə monoloqa çevrilir, ata həyatda olmadığı üçün sadəcə öz-özünə peşmançılığını bildirən qadının fikirləri səsləndirilir.





  1. Bəzi anonim vücudnamələrin ənənəvi xüsusiyyətləri

Qeyd etdiyimiz kimi, bu məqaləmizdə daha çox internet səhifələrindən əldə etdiyimiz anonim vücudnamələr üzərində təhlil aparacağıq. Yuxarıdakı vü­cud­­namənin sonluğuna uyğun olan daha bir lakonik örnəkdə də on səkkiz-yet­miş yaşlar arasında insanoğlunun səhvləri və peşmançılıqları ifadə edilir:

18- inde guzelliğe bakarsın.

25- inde aşka kanarsın.

30- unda mantık katarsın.

35- de uyum ararsın.

40- ında yalnız kalırsın.

50- de yorulursun.

60- ında yalnızlığına hemdem ararsın.

70- inde kaybettiklerine yanarsın.

Əslində, bu örnəkdə klassik vücudnamələrdə olduğu kimi, gənclik ya­şın­dan qocalığa qədər ümumi həyat təsvirləri vardır. On səkkiz yaşlı gənc gözəllik, otuz yaşlı insan isə artıq məntiqi sevgi arayışındadır. Ümumiyyətlə, bu örnəkdə çox qısa təsvirlərlə xülasə edilən insan ömrü hər yaşın öz xarakterik özəlliyini sə­ciyyələndirir.

Digər belə bir kiçik həcmli vücudnamədə yenə də ümumi vəsflərlə bəşər övladının yaşlar üzrə xarakteristik səciyyəsi verilir:

İnsanoğlu;

9 ay 10 güne kadar ağlamaz

10 yaşına kadar sevimli yaramaz

20 yaşında gençliğinin kıymetini anlamaz

30 yaşında yaşar, ama parası olmaz

40 yaşında anlar ki, parasız olmaz

50 yaşında yolun yarısı kaygılanmaz

60 yaşında sağı solu belli olmaz

70 yaşında pek işe yaramaz

80 yaşında duymaz anlamaz

90 yaşına kadar muhtemelen yaşamaz

100 yaşında tarih olur unutulmaz

Yalnız, istisnalar kaideyi bozmaz!

Təbii ki, bu vücudnamə forma və məzmun baxımından ənənəni davam etdirən bir örnəkdir.

Bu tip lakonik vücudnamələrdən birisində isə xalq arasında qəlibləşmiş söz və ifadələr, frazeoloji vahidlər rəqəmlərlə birlikdə verilərək, həm vaxt məh­fu­munu ifadə edir, həm də müəyyən ibrətamiz məna daşıyır. “Həyatın ri­ya­ziy­ya­tı (matematiği)” adlandırılan bu anonim örnəkdə 0-10 arası rəqəmlərlə əslində həm ömrün bir anı, həm də yaş mərhələləri təsvir edilir:

0-dan başlarsın yaşamaya

1 bakmışsın girivermiş hayatına

2-de bir özlersin

3- günlük ayrılık ölüm gibi gelir

4- gözle beklersin

5- dakika bile yeter sana, görmek istersin illa

6- üstü insandır belki

7- kat göklerde hissettirir kendini

8- köşesindedir mutluluktan

9- doğurursun beklemekten

Çünkü

10-u çok seversin.

Göründüyü kimi, bu vücudnamədə müasir türk dilində işlədilən rəqəmlərlə bağlı olan frazeoloji vahidlər (mutluluktan sekkiz köşe olmaz, dört gözle bek­le­mek, yedi kat göklerde olmak, dokuz doğurmak və s.) məntiqi ardıcıllıqla dü­zü­lə­rək, söz oyununa xidmət edir. Beləliklə, sevən bir insanın qəlbinin iztirab, təş­viş və həyəcanı maraqlı quruluşda təqdim edilir.

Modern vücudnamələr arasında tərcümeyi-hal səciyyəsi daşıyan örnəklərə də təsadüf edirik. Bu cür vücudnamələrdən birisi də Mustafa Kamal Atatürkə həsr olunmuş, onun ömür yolunu yeddi yaşından qırx iki yaşına qədər təsvir edən kiçik həcmli bir nümunədir.


  1. Qız uşaqlarının ana bətnində öldürülməsi ilə bağlı vücudnamələr

Müasir dövrdə hələ ana bətnində olan körpənin cinsinin müəyyən edilə bi­lin­məsi bir çox hallarda oğlan övladı istəyən ailənin öz qızlarının qatillərinə çev­ril­məsinə səbəb olur. Hələ dünyaya göz açmamış körpələrin bu şəkildə qətlinin küt­ləviləşməsi müxtəlif tibbi, psixoloji, demoqrafik problemlərə səbəb olduğu kimi, cəmiyyət tərəfindən də bu hadisə birmənalı qarşılanmır. Adətən, insan öv­la­dının ana bətnindən qəbir evinə kimi formalaşmasını və yaşayışını mərhələlər üzrə təsvir edən vücudnamələrin də artıq bu baxımdan mövzusu dəyişməkdədir. Uşağın ana bətnindən alınmasına qarşı etiraz kimi səslənən həmin mətnlərdə na­kam qalmış qız ömürlərindən bəhs edilir, onların analarına şikayətləri dilə gə­ti­ri­lir. Bu mövzuda həm nəzmlə, həm də nəsrlə qələmə alınmış bir neçə mətn əli­miz­də olsa da, bunlardan sadəcə biri ana bətnindəki körpənin yarandığı gündən öl­dürüldüyü ana qədər duyğu və düşüncələrini əks etdirir. “Ana bətnindəki kör­pə­nin gündəliyi” başlığını daşıyan bu nümunədə körpənin yaranma tarixinə dair belə bir qeyd verilir: “5 oktyabr: Bu gün var edildim. Buradayam. Varım. Mü­dhiş bir duyğu bu. Var olduğumu hələ anam və atam bilmir. Bir alma çə­yi­r­də­yin­dən belə kiçiyəm. Amma nə də olsa, mən mənəm. Varam ya! Bu mənə bəs­di. Hələ bədənim tam formalaşmayıb, üzüm yox amma, varlığımı və mə­n­li­yi­mi hiss edə bilirəm. Bir qız olacağam və baharda çiçəkləri sevəcəyəm”. Bahar ilin fəsillərinin başlanğıcı olduğu kimi, klassik və müasir poeziyada, həmçinin vü­cud­namələrdə də insan ömrünün ilkin mərhələsini simvolizə edən bir mər­hə­lə­dir7. Yeni formalaşan qız körpəsinin daha anasının bətnində tumurcuq kimi for­ma­laşması və sevinci nümunənin əvvəlində bahar təravətini yada salır.

Mətnin daha sonrakı bölümlərində həmin qızın eyni duyğularla sevgi dolu mo­noloqu ilə qarşılaşırıq: “23 oktyabr: Heç görə bilmədiyim bir əl ağızımı for­ma­laşdırmağa başladı. Dodaqlarımda onun toxunuşunu hiss edirəm. Bu "əl"in toxunduğu yerlər dodağım damağım olur. Düşünün, bir il sonra bu əlin to­xun­du­ğu yerdə təbəssümlər açacaq, güləcəyəm. Dodağımdan və dilimdən sözlər tö­kü­ləcək. Hər halda əvvəl "Ana!" deyəcəyəm. Ana, eşidirsənmi məni? Səninlə da­nı­şacağam. Sənə güləcəyəm. Kimlərəsə görə hələ daha var deyiləmmiş. Necə olar? Varam və təbəssüm edəcək dodaqlarım da olmaq üzrədi axı. Həm bir çö­rək qırıntısı nə qədər kiçik olursa olsun, yenə çörəkdir. Elə deyilmi, ana? Ah bir da­nışa bilsəm!” Qeyd edək ki, klassik vücudnamələr arasında da rüşeymin ana bət­nindəki inkişafından bəhs edən nümunələrə rast gəlirik. Bu baxımdan, aşa­ğı­da­kı qoşma-vücudnamələri örnək olaraq göstərə bilərik.

Aşıq Mədəd:

Əsli bəni-adəmin vəsmin söyləyim,

Ata vücudundan gəldim anaya.

Ana bətnində qan oldum durdum,

Anam həmlə oldu, qaldım vədaya.
Üç ayda bir mələk oldu müqərrar,

Düzdülər əzamı eylədi təyyar,

Ətdən, qandan, sudan mən tapdım qərar,

Sanasan qəvvasam, düşdüm dəryaya8.
Anonim bir vücudnamədən:

Ana rahmine düşmüş bir köpüktür

Kırk günden sonra damarlar dizilir

Parmaklar eller ayaklar seçilir

Dokuz ay on üç günde meydana gelir

(Atun, 2002: 222)

Aşıq Saleh:

Atadan gəldim anaya,

Bir qətrə qana döndüm.

Yatdım ana bətnində,

Beş ayında cana döndüm.
Sanadılar ayım, günüm,

Qərar tapdı sür-sümüyüm,

Sərasər insana döndüm,

Zülmətdən dünyaya döndüm.

(Pirsultanlı, 2006: 106-108)

Tilim xan:

Yetməzdim dünyanın ixtilatınə,

Heç qadir deyildim zahir, batinə,

Atadan gəldim mən ana bətnınə,

Mülhəq oldum əvvəl qanə yetişdim.



Ta qırx gün olunca bir cəsəd oldum,

Aralandım qandan nik-o bəd oldum,

Sər-o pa-və bədən sahib yəd oldum,

İntizar- zindəganə yetişdim.



Rəng tökdü bir mələk ustuvar oldum,

Cismim təkamula çatdı, var oldum,

Üç yüz altmış altı piy, damar oldum,

Dörd yüz qırx dörd ustuxanə yetişdim.



Nəqş bənd eylədi bu cansiz təni,

Biysəmən gövhəri qıldı səməni,

Gecə gündüz pərvəriş etdi məni,

Dörd ay on gün geçdi,canə yetişdim.



Nəqş bənd eylədi yetirdi canə,

Göbəyimdən çəkdim bəs ab-o danə,

Bənzətdi bir parça əti insanə,

Qəd-o qamət şövkət, şanə yetişdim9.

Bu klassik örnəklərdə də təsvir edildiyi kimi, hər gün bir əzası formalaşan, mis­qal-misqal böyüyən körpənin sevincinin həddi-hüdudu yoxdur: “2 noyabr: Hər gün bir az daha böyüyürəm. Qollarım və qılçalarım da formalaşmağa baş­la­dı. Hələ bir böyüsün qollarım, bax necə qucaqlayacağam səni, anam. Bu ayaq­larım da tamam formalaşsın, birlikdə çiçəkli bağçamızda gəzərik. Bəlkə, bir­likdə məktəbə gedərik. 12 noyabr: Ah bəli, bunlar, bunlar nə qədər sevimli və ki­çik şeylər. Aman Allahım, barmaqlarım da çıxmağa başladı. Bunlarla çiçək yı­ğa­cağam, anamın əlini tutacağam, qələm tutacağam. Bəlkə də gözəl bir şeir ya­za­cağam. Anam, oradasanmı? Əllərimi əllərinin arasına qoymaq üçün səbir­siz­lə­nirəm”. Klassik vücudnamələrdə ana bətnində rüşeymin inkişafının təs­vi­rin­dən sonra bu dünyaya gəlişi və həyat yolu illər üzrə təsvir edilir. Bu modern ör­nək­də isə bu cür təsvir yoxdur. Çünki üç aylığında olarkən bətindən xaric edilən kö­rpə qaranlıq məkanından bu işıqlı dünyaya göz açmaq fürsətini tapa bilmir. Vü­cudnamənin sonluğu da çox kədərli notlarla bitir, ana bətnində ikən məhv edilən qızın fəryadları dilə gətirilir: “24 dekabr: Qulaqlarım daha yaxşı eşidir ar­tıq. Anam, sənin ürəyinin səsini eşidirəm. Mənim ürəyimin döyüntüsünü də sən eşidə bilirsənmi? Hətta səsini belə tanıya bilirəm. Səsin nə qədər şirin, heç eşit­mədiyim bir şeydi bu, gözəl və sağlam bir qız olacağam. Qollarında ya­ta­ca­ğam, üzünə baxacağam, o şirin səsini dinləyəcəyəm. Mənim üçün layla da söy­lə­yə­cəksənmi, ana? Sən də mənin üçün darıxırsan mütləq, Məni qoxlayacaqsan.. Çox sevəcəksən, elə deyilmi?28 dekabr: Ana burada qəribə nəsə olur.Həkim bacı niyə qəmli baxır belə... Sən ağrı çəkən kimisən. Ürək səslərin dəyişdi... Sus­dun. Mənimlə niyə danışmırsan, ana? Ana, Ana, Anam, üzümdə soyuq bir şey hiss edirəm. Ana, üzümü parçalayırlar... Ana bir şey et, Ana, qolumu çəkirlər, ana, canım ağrıyır, ana... Ana, ayaqlarımı parçalayır bu şey, ana... Məni sənə bağ­layan damarı qopardılar ana, Ana ürəyimi parçalayırlar, Anam, Anam, Ana, Ann, An.............” Beləliklə, klassik vücudnamələrdə Əzrayıl əgər ömrün ən ahıl vaxt­larında çəngəlini salıb insanın canını alırdısa, modern örnəkdə ağ geyimli hə­kimlər bu rolu daşıyırlar.



İşin elmi nəticəsi: Yekun olaraq deyə bilərik ki, XXI əsrdə yaradılmış bu modern örnəklər əsasən, sərbəst formada, mənsur şeir şəklində və ya nəsr for­ma­sın­da olan nümunələr kimi diqqəti cəlb edir. Artıq klassik vücudnamələr forma ba­xımından tamamilə dəyişmiş vəziyyətdədir. Eləcə də məzmun baxımından modern örnəklər çağdaş insanın həyatı ilə bağlı ən müxtəlif problemləri əks et­dir­məyə yönəlmişdir. Bəzi nümunələrdə klassik ənənədən gələn məzmun özünü qo­ruyub saxlasa da, artıq əsrlər boyu qəlib söz və ifadələrlə insanoğlunun ya­şa­mı­nın təsvirini verən nümunələrin mövzusunda çeşidlilik özünü göstərir.

İşin elmi yeniliyi: İlk dəfə olaraq Tahir Talıblının vücudnaməsi elmi təh­lilə cəlb olunmaqla yanaşı, müxtəlif türk xalqlarının yaradıcılıq örnəkləri olan ən yeni və aktual problemləri əks etdirən müəyyən nümunələr əsasında araş­­dırma aparılması.

İşin tətbiqi əhəmiyyəti: Məqalənin elmi yeniliklərindən türk xalqları folklo­runun araşdırılması ilə bağlı aparılan tədqiqatlarda istifadə oluna bilər.
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin