Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,19 Mb.
səhifə9/14
tarix21.05.2018
ölçüsü1,19 Mb.
#51111
1   ...   6   7   8   9   10   11   12   13   14

QAYNAQLAR

1. Babayev L. Yazıq nə yeyib ki // “Kənd həyatı” qəzeti (Zəngilan), 23 sentyabr

1989

2. Bayramova M. Ədalətli bölğü // “Kənd həyatı” qəzeti (Zəngilan), 28 may 1992



3. Qarı hiyləsi, gəlin kələyi // “Kənd həyatı” qəzeti (Zəngilan), 17may 1980

4. Quldur olasan, özü də belə // “Kənd həyatı” qəzeti (Zəngilan), 5 oktyabr 1991.

5. Mahir xəttat // “Kənd həyatı” qəzeti (Zəngilan), 5 okyabr 1991

6. Mollanın savab işi // “Kənd həyatı” qəzeti (Zəngilan), 29 yanvar 1992

7. Koroğlu daşı / söyləyəni Zərifə nənə // “Kənd həyatı” qəzeti (Zəngilan), 23 sentyabr 1989
Sevinc ƏLİYEVA

AMEA Folklor İnstitutu, elmi işçi

sevincaliyeva80@rambler.ru
ALLEQORİYADAN SİMVOLA: TƏMSİL JANRI
Xülasə

Məqalədə təmsil janrının başlıca xüsusiyyətləri olan alleqoriya və sim­vol­laşma məsələsi elmi-nəzəri cəhətdən araşdırılmış, mövzuya yeni aspektdən ya­naşılmışdır. Eləcə də heyvanlar haqqında nağıllarda simvollaşmış anlayışlar nü­munələr əsasında izah edilmişdir. Və həmçinin simvol haqqında görkəmli alimlərin elmi-nəzəri fikirlərinə diqqət yetirilmişdir.



Açar sözlər: alleqoriya, simvol. heyvanlar haqqında nağıllar, təmsillər, yazılı ədəbiyyat, şifahi ədəbiyyat, mifologiya

FROM ALLEGORY TO A SYMBOL: FABLE GENRE

Summary

In the article the main features of fable allegory and symbolation from scien­tific-thematic point of view are investigated. At the same time the sym­bo­la­tion meanings dealing with the tales about animals are explained on the base of samples. Here is also paid attention to the scientific-thematic thoughts of fa­mo­us scientists dealing with the symbol.



Key words: allegory, symbol, tales dealing with the animals, fables, written literature, oral literature, mythology



ОТ АЛЛЕГОРИИ К СИМВОЛУ: ЖАНР БАСНЯ

Резюме

В статье с научно-теоретической точки зрения были исследованы ос­­но­вные особенности жанра басня – аллегория и символизация, к проб­ле­ме был сделан совершенно новый подход. А также на основе образцов бы­ли проа­нализированы символы-понятия в сказках о животных. Автор так­же привлек внимание к научно-теоретическим мыслям выдающихся уче­ных о символе.



Ключевые слова: аллегория, символ, сказки о животных, басня, пись­менная литература, устная литература, мифология
Təmsil janrının başlıca xüsusiyyətlərindən biri alleqoriya, digəri də sim­vollaşmadır ki, bu iki özəllik janrın yarandığı tarixdən bugünə qədər davam et­mək­dədir. Alleqoriya (istiarə) və simvol yoxdursa təmsil də yoxdur. Beləliklə, təm­sillərin ən əsas janr özünəməxsusluğundan birini təbii ki, alleqoriya təşkil edir. Yunan sözü olan alleqoriya – başqa cür deyirəm mənasına gəlir. Alleqoriya poetik fiqur kimi ən sadə mənası ilə fikrin üstüörtülü deyilişidir. O, məcazın bir növü olub hər hansı bir mücərrəd fikri, məfhumu, ideyanı, anlayışı konkret pred­met və ya hadisənin köməyi ilə təsvir etməkdir. Geniş mənada orta əsr Şərq ədə­biyyatının bir növü alleqorik məzmunludur. Alleqoriyanın əsaslandığı bədii ifa­də vasitələri rəmz, kinayə, təşxis, məcaz kimi xarakterizə edilə bilər. Həm qə­dim, həm orta əsr, həm də romantizm dönəmində alleqoriya bədii əsərlərin əsas poetik fiquru olmuşdur. Buna baxmayaraq hər dövrün alleqoriyaya öz mü­na­si­bəti olmuşdur. Belə ki, orta əsrlərdə didaktik məzmunu ilə seçilən təmsillər klas­sizm dönəmində yunan miflərindən aldığı obrazları alleqoriya vasitəsi ilə sim­vo­la çevirmişdir. Romantizm ədəbiyyatında isə alleqoriyanın məzmun və sahəsinin daraldığını görürük. O, daha çox bədii ifadə vasitəsi kimi istifadə olunur. XX əs­rin tənqidi realistləri alleqoriyadan təqiblərdən qorunmaq, fikir və düşüncələrini üstüörtülü deməklə senzuradan yayınmaq məqsədi üçün istifadə edirdilər.

Ancaq başlıca məzmunu alleqorik olan təmsillər bəlli zamanlarda, bəlli məqsədlə yazılmışdır. Xüsusən orta əsr türk və farsdilli ədəbiyyatda təmsildən didaktika məqsədi ilə yararlanmışlar. Məsələn Cəlaləddin Ruminin təmsilləri buna parlaq örnəkdir. Ancaq bu didaktik əsərlərdə bir də tənqid var. Məsələn, Məhəmməd Füzulinin "Bəngü Badə" əsərində lovğalıq və özündən razılıq ifşa edilir. Alleqoriya bədii sözün obrazlı, məcazi deyimidir. Təmsillərdə al­le­qo­ri­ya­nın köməyi ilə mücərrəd anlayış və fikirlər konkret heyvan, quş, balıq, cansız əş­yalar vasitəsi ilə əyaniləşir. Həm qərb, həm də şərq ədəbiyyatında, o cümlədən Azərbaycan ədəbiyyatında məcazın bir növü olan alleqoriyadan fikri sapdırma, yayındırma məqsədi ilə istifadə edirlər. Təmsil janrının əsasını təşkil edən al­le­qoriya, simvol, məcaz haqqında Azərbaycan ədəbiyyatşünaslığında ayrıca təd­qi­qat aparılmadığından onların təmsillərdəki rolunu tam aydınlaşdırmaq mümkün deyildir. Hər halda alleqoriya sadəcə təmsillərə xas xüsusiyyət olmayıb yazılı ədəbiyyatın digər janrlarında, incəsənətdə də özünü göstərir. Ancaq qeyd etmək lazımdır ki, alleqoriyadan daha çox təmsillərdə, satirik əsərlərdə istifadə edilir. Hətta bəzi ədəbiyyatşünaslar təmsili elə alleqoriya adlandırırlar (1). Ona görə də təmsillərdə sü­jet-kom­po­zi­si­ya da­xi­lin­də or­ta­ya çı­xan bir çox poetik ifadələr alle­qo­ri­ya vasitəsi ilə ey­ham­lı, üs­tü­ör­tü­lü-giz­li şəkildə ger­çək­ləş­di­rir.

Alleqoriyadan hətta yeni dövr təmsillərində də istifadə edilmişdir. Belə ki, üç minə yaxın təmsili ilə XX əsrin ən böyük təmsil ustası adını qazanmış Hikmət Ziya öz əsərlərində həyatın, cəmiyyətin daxilində və ən əsası da in­san­la­rın yaşa­yışında nəzərə çarpan nöqsanların, qüsurların böyük bir hissəsi öz əksini tap­mışdır. Hikmət Ziya orijinal təmsil anlayışı ilə ədəbiyyata yeni təmsil nü­mu­nələri, məsələn zərb-məsəl təmsillər, təmsil-ittihamnamə, təmsil-bəraət, təmsil-ironiya, təmsil-hökm, təmsil-xəbərdarlıq və s. gətirmişdir. Onun olduqca qısa, yığcam təmsillərdən istifadə etməsi və dəyişik mövzulara, həm də formaca yeni bir üsulla müraciət etməsi maraq doğurur. Məsələn, Hikmət Ziya "Sözlər, hərf­lər, rəqəmlər və işarələr haqqında", "Zərb-məsəl təmsillər", "Başdan eləmək üçün xasiyyət­namələr", "Qarğış təmsillər", "Yeni ilin telefon söhbətlərindən" və s. buna misal ola bilər. Bu təmsillər ənənəvi təmsil janrının və alleqoriyanın yeni formasıdır:

Bir romanı sıxdılar,

çıxartdılar suyunu.

Gördülər selə düşən

hekayə olduğunu.

Və ya:


Pişik bığına baxıb,

Danışdı kişilikdən.

Siçana xoruzlanıb,

Qorxdu, qaçdı küçükdən (2; 27, 143).

Təmsillərin janr özəlliklərindən biri də onun simvola əsaslanması, ob­raz­ların simvollaşması məsələsidir. Simvol geniş anlayış olub həm yazılı ədə­biy­ya­tın ayrı-ayrı janrlarında, həm də şifahi xalq ədəbiyyatında vardır. Simvolların mənası əsərin bədii quruluşundan ayrılmazdır. Hər hansı bir obrazın, hadisənin simvol­laşması həmin əşyanın təbiəti ilə bağlıdır. Təmsillər bu cəhətdən spesifik özəlliyə malikdir. Simvolik işarələrdən və simvolizmdən maddi və mənəvi mə­dəniyyət nümunələrində istidafə edən qədim misirlilər, şumerlər, romalılar, çin­lilər və digərləri də yararlanmışlar. Türk xalqlarının təmsillərində də al­le­qo­rizm­lə bərabər simvollardan istifadə mühüm yer tutmuşdur. Bunu həm Nizami Gən­cəvinin, həm Cəlaləddin Ruminin təmsillərində, Füzulinin alleqorik poe­ma­la­rın­da, həm Seyid Əzim Şirvanidə, həm Sabirdə, həm də XX əsrin təmsil yazan mü­əlliflərində görmək mümkündür. Belə ki, Azərbaycan təmsil ədəbiyyatında bay­quş və qarğa uğursuzluğun, donuz natəmizliyin, aslan cəsarətin, it və at sə­da­qə­tin, bülbül aşiqin, gül məşuqun, dəvə ağırbaşlığın, tülkü hiyləgərliyin, dovşan qorxaqlığın və digər heyvanlar da müvafiq şəkildə bəzi qavramların simvoluna çevrilmişdir.

Xüsusən Nizami Gəncəvinin təmsillərində çoxsaylı, müxtəlif, rəngarəng əfsanələr simvollaşaraq müəyyən ictimai məzmun qazanmışdır. Onun “Bülbül ilə qızılquş” dastan-təmsili bu cəhətdən spesifikdir. Burada xalqın danışan dili, dərdinin tərcümanı bülbül obrazında simvollaşmışdır. Bülbül danışmağın, qı­zıl­quş susmağın simvoludur. Şair bülbülün dili ilə qızılquşa belə deyir:

“Cəh-cəhi var hər quşun, çıxarmırsan səs niyə?

Niyə üstün olmusan sən quşlardan bəs niyə?

Azad nəfəs alsan da, dilin bağlı həmişə,

Heyran qoyan deyildir səsin ağlı həmişə.”

Təmsil-dastanda qızıquşun cavabı da susmağın yaşamaq üçün faydalı ol­duğunu göstərir, ancaq bu zəmanə ilə barışmaq, kiməsə şərik olmaq, kiminsə dərdini demək mənasına gəlməz:

“Cavab verdi qızılquş: “Dinlə, bacar susmağı,

Susmağımı görərək inlə, bacar susmağı.

Zirəklikdən almaram heç bir sirri dilimə

Yüz iş görsəm, yenə də gəlməz biri dilimə.

... Ötməkdən dilin yara, bağrın al qan olubdur

Yemin qurd-quş olubdur, yerin tikan olubdur.” (3; 151-152).

Bu son misralarda danışmaqla susmağın fərqi Nizami dünyagörüşü ilə simvolik şəkildə açılmışdır.

Əslində miflərdən gələn simvolik xüsusiyyət bir çox heyvanlar haqqında nağıllara da keçmişdir (4). Bu özəllik qaynağını heyvanlar haqqında nağıllardan alan təmsillərdə poetik elementə çevrilmiş, hətta təmsil janrının başlıca xü­su­siy­yəti olmuşdur. Heyvanlar haqqında nağıllarda simvollaşmış anlayışlara misal olaraq “Qızılquş və gürzə” nağılını göstərmək mümkündür.

“Qızılquş gözəl bir çəməndə gəzirdi, birdən gürzə onu gördü və dedi:

– Qızılquş, gəl dost olaq.

Qızılquş dedi:

– Bizim dostluğumuz tutmaz, çünki sən həmişə əyri durursan. Bir də mənlə dost olmaqda məqsədin nədir?

Gürzə:


– Sənlə dost olub göyə çıxmaq, oradan yerə baxmaq istəyirəm.

Qızılquş gürzəni caynağına alıb göyə qaldırdı. Göydə gördü ki, gürzə başını onun qanadının altına uzadıb, onu çalmaq istəyir.

Yenə də inanmayıb soruşdu:

– Neynirsən?

Gürzə onu azdırmağa çalışdı, harda olduğunu unutmuşdu, axı mərəzi tut­muşdu.

Dedi:


– Heç, başım gicəlləndi, gözüm qaraldı. Sizlər həmişə göydəsiniz, burdan yerlərə necə ürək eyləyib baxırsınız?

Qızılquş onun şirin dilinə aldanmadı, caynaqlarını araladı. Gürzə yerə düşdü, qıvrılıb açıla-açıla dümdüz düzəldi, öldü.

Qızılquş onun dalınca şığıyıb dedi:

– Bax, mən dostluğu belə düz görmək istəyirəm.” (5; 62-63).

Nağılda iki mənfəətpərəst dost bir-birini öldürmək istəyir. Nağılın məz­munundan çıxarılan nəticə dostluqda düz olmaqdır.

Məhz simvollaşma dərəcəsinin güclü xüsusiyyətinə görədir ki, təmsillər həm antik ədəbiyyatda, həm klassik şərq ədəbiyyatında, həm də orta əsr Avropa intibah mədəniyyətində formasının gözəlliyi, şeiriyyətinin poetikliyi ilə deyil, pedaqoji və polemik özəlliyi ilə önə çıxmışdır. Təbii ki, göstərməklə tərbiyə et­mək, eybəcərlikləri yox etmək bütün zamanlarda pedaqoji fəaliyyətin başlıca xüsusiyyəti olmuşdur. Simvolika XIX əsr romantik ədəbiyyatında bir sənət nü­munəsinə çevrilmiş, bu əsrdə yazılan təmsillərdə də obrazlaşmaya yol açan təm­təraqlı üslubun yaranmasına səbəb olmuşdur. Bu xüsusiyyəti K.Əliyev Azər­bay­can romantizmi haqqındakı qiymətli kitabında aşağıdakı kimi dəyərləndirir: “Əfsanəvi və əsatiri obrazlara, onların simvolikasına maraq Azərbaycan ro­man­tiklərinin yaradıcılığında xüsusi yer tutur. Bunun başlıca səbəbi isə romantizmin özündən, onun özünəməxsus “fantastika”sından irəli gəlirdi. Fikri daha zəngin boyalarla, dahaçılğın ehtiraslı formada, daha təmtəraqlı şəkildə vermək arzusu romantiklər üçün istər-istəməz əfsanə və əsatirlərə qayıtmaq qapılarını geniş açırdı” (6; 160). Azərbaycan romantizminin bu özəlliyi təmsil ədəbiyyatına tə­sirsiz ötüşməsə də təmsillərdə əfsanə və əsatir obrazlarından istifadə edilmədi.

Təmsillərin simvolik keyfiyyəti dəyişməsə də XX əsrdən başlayaraq mövzu və forması xeyli dərəcədə dəyişmiş, yeniləşmiş oldu. Belə ki, mövzu rən­garəngliyi, hərf, yazı, səs, şeir, roman, telefon, qeybət, balta, fikir, düşüncə, iki­üzlülük, yaltaqlıq, inamsızlıq, buqələmlik və s. kimi yeni təmsil obrazları ya­ran­dı, yeni simvollar ortaya çıxdı.

Yuxarıda da deyildiyi kimi təmsillərin ən başlıca janr özünəməxsusluğu təbii ki, onun simvolik olmasıdır. Rəmz, misal, timsal, işarə, eyham, kinayə mə­na­larını verən simvol hər hansı bir qayəni, fikri ifadə etmək üçün o sahə üçün qəbul edilmiş ortaq termindir. Təmsillər oxuyanları təsəvvür etməyə, göz önünə gətir­məyə, canlandırmağa, bir sözlə misal göstərməklə bənzətməyə təşviq et­di­yindən simvollaşmış obrazlar bütün hallarda yaxşı qavranılır. Məsələn, ayı de­dikdə hər kəs qaba və axmaq bir heyvan anlayır, eyni ilə qaba insana da ayı de­yilir, dovşan dedikdə qorxaqlıq, zərərsiz heyvan və ya bu xislətdə insan qəsd edilir. Bir sözlə, təmsil janrının əsas özəlliyi olan simvollaşdırma ilə oxucu heç bir çətinlik çəkmədən qarşısındakının sadəcə ad çəkməklə nə demək istədiyini anlayır.

O halda simvol bir anlayışın, bir düşüncənin, bir varlığın, bir əşyanın hər kəs və ya bir qrup tərəfindən qəbul edilmiş işarələridir, demək mümkündür. Ge­niş mənada bütün qavramlar, anlayışlar əslində simvolikdir, şərti xarakter da­şı­yır. Elə buna görə də təmsillərin dərininə oxunması onların rəqəm, rəng, forma, canlı, cansız, dini, ədəbi, sənət, siyasi, dövlət, elmi, ezoterik, yol, əsgəri və s. formalarda mövcud olduğunu, bunların obrazlarda gizləndiyini göstərir. Təm­sil­lərin də obrazlar sistemi bu mənada simvolikdir, çünki geniş mənada harada ob­razlı ifadə, bədii dil varsa orada simvol vardır. Anlamı gildən düzəldilmiş və iki parça şəklində qırılmış qabı birləşdirmək və ya pay etmək ola simvol məcazi mənada eyni anlamın iki ayrı təmsilini bir-biri ilə əlaqələndirən bütövə deyilir. Təbii ki, zamanla simvol, mənası gizli olan anlayışlara verilən ad olmuşdur. Simvol işarə elmində (semiotikada) məna ifadə edən bir təmsil, bir təsvirdir. Be­ləliklə, simvol beş duyğu üzvü ilə qavranılan, görünən real aləmdən gö­rün­mə­yən aləmlərin kəşf edilməsini təmin edir. Simvolların mənaları bir-biri içində ərimə və ya qarışaraq deyil, üst-üstə qoyulma tərzindədir. O halda görünən ün­sürlə görünməyən ünsür bir bütöv əmələ gətirir və biri olmadan digərini an­la­maq mümkün deyildir (7; 20). Bütün bu özəlliklərinə görə G.F.Creuzer simvolu “şəkil və varlıq arasında, ya da ifadə ilə fikir arasında” vasitə kimi izah edir (7; 20). Əslində bu xüsusiyyət simvolizmin elə özüdür.

Simvolların əsas xüsusiyyətlərindən biri, bəlkə də birincisi onun çox­mə­nalı, çoxfunksiyalı olmasıdır. Çoxmənalılıq tamamilə izah edilə bilmədiyindən təmsillərdə obrazların əsl mənası bilinsə də qalan mənalarının hamısını bilmək mümkün olmur. Hər kəs simvolun bir və ya bir neçə mənasını bilir, qalan mə­na­ları açmaq hazırlıqdan, simvolun dünyasına girməkdən asılıdır. Həm də sim­vol­lar tarixi zaman içində dəyişə bildiyi üçün onun anlamı da dəyişir. Çox­funk­si­ya­lılıq da tarixiliklə, ədəbi proseslərlə, ədəbi cərəyanlarla bağlıdır və təmsillərin tarixi də buna parlaq misaldır.

Simvollara yeni məna yükləyən elm xadimlərindən biri də S.Freud oldu. Təbii ki, simvollarla bağlı S.Freudün Edip kompleksi baxımından izahı sonradan başqa bir psixoanalitik Carl Gustav Jungun kolektiv şüuraltı deyilən bəşəri müş­tərək yaddaş nəzəriyyəsinə görə daha da irəli aparıldı və simvola psixoloji anlam yükləndi. Başqa bir araşdırmaçı Leslie Whitea görə isə simvol keçmişdən bu­gü­nə qədər bütün insanlıq tarixini özündə yaşadır. Bəlkə də bu cəhətinə görədir ki, təmsillərin başlıca keyfiyyəti olan simvollar bəzən alleqoriya ilə də qa­rış­dı­rıl­mışdır. Belə ki, bu iki anlayış aralarındakı uyğunluqlarına, işarəvi olmalarına görə eynidir. Ancaq təmsillərdə alleqoriya simvoldan daha çox özəllik qa­zan­mışdır.

Buna baxmayaraq simvollara mifologiyada və xüsusən də heyvanlar haq­qında nağıllarda da rast gəlinir. Özəlliklə bəzi mətləblərin gizlədilməsi, hey­van­ların simvollaşması, xarakterlərin bu simvollara görə davranışları, hərəkətləri heyvanlar haqqında nağıllarda başlıca ünsürdür. Başqa cür demək mümkünsə “Simvolik obrazlar şəbəkəsini təşkil edən təbiət obrazları və mifoloji obrazlar Azərbaycan romantizminin spesifik cəhətlərini, onun poetikasının özünə­məx­sus­luqlarını meydana çıxarmağın əsas vasitələrindən biridir” (6; 174). Simvollar bəsit formada hər hansı bir anlamı izah etməklə qalmır, həm də anlamı giz­lə­mə­yə xidmət edir. Ona görə də simvollar sadəcə olaraq bədii ədəbiyyatda, mi­fo­lo­giyada, nağıllarda deyil, eyni zamanda ezoterik bilgilərdə də mühüm yer tutur. Burada onun əsas funksiyası inisiasiyadan keçməyənlərdən, başqa cür desək avamlardan gizli bilgiləri saxlamaqdır. Burada əsas məsələ öyrənməyi yasaq edilənlərdən – bunlar həddi-buluğa çatmamış uşaqlar, qadınlar, doğmalara bağlı cahil insanlar, gizli biliyi daşıya bilməyənlər, onu qoruya bilməyənlər, sirri baş­qasına açanlar və s. inisiasiya asimvollarının mənasını saxlamaqdır.



Ancaq inisiyasiyadan keçənlərə aydın olan, məlum olan bəzi gizli tutulan bilgilər daha asan, sadə və bəsit bir formada teatr, inanc, ritual vasitəsi ilə xalqa çatdırılır. Bunlardan biri heyvanlar haqqında nağıllardırsa, digəri də təmsillərdir. Simvolik hekayələr – miflər və heyvanlar haqqında nağıllar vasitəsi ilə bir çox ezoterik məlumatlar avam xalqa da çatdırılır. Bu hekayələr xalqın başa düşə bi­ləcəyi bir dillə, bir məzmunla nəql olunur. Heyvanlar haqqında nağıllarda hey­van, quş, bitki, cansız əşya vasitəsi ilə söylənən mətləblərdə sirr kimi saxlanan biliyin sadə xalqa öyrədilməsi ilə qarşılaşırıq. Məqsəd xalqı sirli olanlarla tanış etməkdir. Başqa cür desək, təmsil, əslində sadə xalqa heyvanların simvollaşmış obrazları ilə gizli olanları çatdırmaqdan ibarətdir. Bundan başqa təmsillərdə əv­vəldən axıra kimi simvolik olan obrazlar bir çox funksiyalarda çıxış edirlər. Şair və yazıçılar, xüsusən də acgözlüklə, hiyləgərliklə, axmaqlıqla, yaltaqlıqla bağlı yazdıqları bir çox təmsillərdə tülkü, ayı, çaqqal, qurd kimi alleqorik obrazlardan klişeləşmiş simvol kimi istifadə etmişlər.

Bir əsas məsələ də iki anlayış arasında uyğunluğu bildirən simvolların bir çox halda alleqoriya, istiarə, məcaz, işarə, fetiş və s. ilə sinonim kimi iş­lə­dil­məsidir. Təmsil də bir janr kimi görünənlərlə, bunlar heyvanlar, quşlar, balıqlar, bitkilər, cansız əşyalar, mücərrəd qavramlar ola bilir, görünməyənlər, bunlar da obrazların yaratdığı simvolik dünyadır, arasında əlaqə yaratdığından simvolik və alleqorikdir. Təkcə heyvan obrazlarının özü o qədər alleqorikləşmiş və sim­vol­laşmışdır ki, onların adlarının çəkilməsi, xatırlanması insanda müəyyən as­so­s­i­a­siya yaradır. Ona görə də simvolik obrazları çox vaxt xəyali, bəzən də fantastik obrazlar adlandırırlar ki, bu terminlər arasında da müəyyən fərq vardır. Xəyali və fantastik obrazlar məlum olduğu kimi rəmzləşmiş obrazlar deyildir, onlar daha çox mif, nağıl mətnlərində özünü göstərir.

İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq heyvanlar haqqında nağıllarda və təmsillərdə obrazların simvollaşması məsələsi sistemli olaraq öy­rə­nilmiş, eləcə də alleqoriya və simvollaşmanın təmsillərdə və heyvanlar haqqında nağıl­lardakı rolu müxtəlif yönlərdən şərh edilmişdir.

İşin elmi nəticəsi. Və beləliklə, mifoloji hekayələrdə, heyvanlar haqqında nağıllarda simvollaşma və qismən də al­le­qo­ri­ya olsa da bu təmsillərdəki qədər açıq və aydın deyildir. Alleqoriya və simvol bir-birini tamamlayan iki poetik fiqur olmaqla təmsillərin ən əsas özəlliyi hesab edilir. Təmsillər heyvan miflə­rindən və heyvanlar haqqında nağıllardan yaransa da həm alleqoriya, həm də simvol nağılların başlıca özəlliyi olmaqdan uzaqdır.

İşin tətbiqi əhəmiyyəti. Məqalədə ilk dəfə olaraq nağıl və təmsillərdə simvollaşma ilə bağlı irəli sürülən bir sıra təhlil və prinsiplər, çıxarılan nəticələr gələcəkdə meydana çıxa biləcək bu tip mövzular üçün faydalı ola bilər.



QAYNAQLAR


  1. Əsatirlər, əfsanələr və rəvayətlər Tərtib edənlər: A.Acaloğlu, C.Bəydili. Bakı, Şərq-qərb, 2005

  2. Hikmət Ziya, Təmsillər. Bakı, Yazıçı, 1982

  3. Nizami Gəncəvi, Sirlər xəzinəsi. Bakı, Yazıçı, 1981

  4. Bax. Мелетинский Е.М. Герой волшебной сказки. Происхождение образа. Москва, Наука, 1958

  5. Pirsultanlı S.P. Azərbaycan ağız ədəbiyyatı. Bakı, 2012

  6. Əliyev K. Azərbaycan romantizminin poetikası. Bakı, Elm, 2002

  7. R. Alleau, De la nature des symboles, Paris, Pont-Royal, 1964



Gülsümxanım HASILOVA

AMEA Folklor İnstitutu,böyük elmi işçi,

gulsumxanim@rambler.ru
ƏZİZƏ CƏFƏRZADƏNİN BƏDİİ NƏSRİNDƏ BAYATI MƏTNLƏRİ
Xülasə

Bu məqalədə Xalq yazıçısı Əzizə Cəfərzadənin bədii yaradıcılığında Azər­­bay­­canın folklor janrı olan bayatıdan istifadənin müxtəlif məsələlərindən bəhs edi­lir. Ə.Cəfərzadənin öz yaradıcılığında bayatılara yer verməsinin bir sə­bə­bi də onun öz folklorşünaslıq fəaliyyətində bayatıların toplanması və tədqi­qi­nə verdiyi də­yərlə bağlıdır. Yazıçı-alim bayatı dünyasından heç vaxt ayrı düş­mə­di. Bayatı onun üçün həm elmi, həm də bədii yaradıcılığında estetik qida mən­bəyi və əlavə ya­radıcılıq potensialı olaraq qaldı.

Açar sözlər: Əzizə Cəfərzadə, bayatı, yazıçı, mətn, roman, folklor, alim
BAYATI TEXTS IN A.JAFARZADEH PROSE

Summary

The article deals with the different problems of using Azerbaijan folklore genre ─ bayati (quatrain) in the literary creativity of national writer, scientist A.Jafarzadeh. One reason of using bayati in A.Jafarzadeh’s creativity deals with her paying attention to collectioning and studying bayati in folklore-study activity. Writer-scientist never was far from bayati (quatrain) world. Bayati was an additional creativity potential in her scientific and literary creativity.



Key words: Aziza Jafarzadeh, bayati, writer, text, novel, folklore
ТЕКСТЫ БАЯТЫ В ХУДОЖЕСТВЕННОЙ ПРОЗЕ АЗИЗЫ ДЖАФАРЗАДЕ

Резюме

В статье рассматриваются различные вопросы использования азер­байд­жанс­кого фольклорного жанра баяты в художественном творчестве на­род­ной писательницы, ученой А. Джафарзаде. Причиной использования баяты, А. Джафарзаде в своем художественном творчестве, является та вы­со­кая оценка их собиранию и исследованию в своей фолкьлорной дея­тель­ности. Писательница, ученая никогда не отдалялась от мира баяты. Баяты ос­талась для неё как эстетическим источником музы, так и до­пол­ни­тель­ным творческим потенциалом в её научном и художественном творчестве.



Ключевые слова: Азиза Джафарзаде, баяты, писатель, текст, роман, фольклор, ученый
Ə.Cəfərzadənin bədii yaradıcılığında folklor poetikasından bayatılardan geniş istifadə olunması, ədəbiyyatın bəlli tarixi mərhələsində nəsrin tipologiya və janr imkanlarının genişlənməsi ilə bağlıdır. Belə ki, “80-ci illər Azərbaycan romanı tarixində keyfiyyətcə yeni bir mərhələdir. Bu mərhələdə Azərbaycan romanı janrın milli və dünya ədəbiyyatındakı ən yaxşı ənənələrdən müvəf­fə­qiyyətlə bəhrələnməklə bərabər ideya-tematik və bədii sənətkarlıq baxımından xeyli inkişaf etmişdir” (11, 130).

Ə.Cəfərzadə bədii irsinin böyük bir hissəsinin roman yaradıcılığına bağlı olduğunu nəzərə alsaq, nəsrdə “yeniləşmənin “əsas prinsiplərinin onun yaradı­cı­lığında da əks olunduğu şəksizdir. Keçmişə müraciət, müəyyən tarixi şəx­siy­yət­lə­rin yaşadığı dövrün sosial-siyasi mühitində bioqrafiyasında verilməsi ta­rixi-bioqrafik romanı ənənəvi xüsusiyyətlərindən uzaqlaşır. Tarixi mövzuya mü­nasi­bət­də müəyyən sənədlilik prinsipləri qorunsa da, yazıçı sərbəstliyi, fakt, əh­va­lat­lara yaradıcı, emosional münasibətlərin dominantlığı daha çox diqqəti cəlb edir. Eyni bədii-estetik məcrada müəllif mövqeyinin aydınlaşması uyğun ha­şiyə, epi­qraf və s. bədii elementlərlə həyata keçirilir. Tarixilik, müasir hə­qi­qət­lərin keç­miş hadisələri əsasında bədii tədqiqat mərkəzinə çəkilməsi, xarakter bü­tövlü­yü­nün təqdimin bir çox hallarda folklor örnəklərin əsasında aparılır. Ə.Cəfərza­dənin romanları, ayrı-ayrı povest və hekayələrində bayatıların məzmun-simvolik qatının təhkiyəyə qoşulması əsərlərə əlavə emosional poetik rən­garənglik gətirir.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin