Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,23 Mb.
səhifə4/14
tarix24.05.2018
ölçüsü1,23 Mb.
#51169
1   2   3   4   5   6   7   8   9   ...   14

QAYNAQLAR

  1. Aptullah Battal. İbnü-Mühenna lûğati. İstanbul: Devlet Matbaası, 1934

  2. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007

  3. Azərbaycan dilinin izahlı lüğəti, I-IV, Bakı: Elm, 1964-1987

  4. Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud” (Tarixi, coğrafi, tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni). Bakı: Elm, 1999

  5. Derleme Sözlügü, XI, U-Z. Ankara:Ankara Üniversitesi Basımevi, 1993

  6. Древнетюркский словарь. Лен.: Наука, 1969

  7. Ergin M. Dedem Korkut Kitabı. Giriş – Metin – Faksemele. Ankara: Türk Tarix Kurumu Basımevi, I c, 1958; II c, 1963

  8. Ergin M. Orhun Abideleri. İstanbul: Boğaziçi Yayınları, 2000

  9. Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitab-əl-idrak li-lisan əl-ətrak ( Türk dillərini dərketmə kitabı), Bakı: Azərnəşr, 1992

  10. Hacıyev A. Dədə Qorqud sözünün cazibəsində. Dədə Qorqud (Elmi-ədəbi toplu), 2004, I, s. 3-19

  11. Gökyay O.Ş. Dedem Korkutun Kitabı. İstanbul: Kabalcı Yayınevi, 2006

  12. Kaşğari M. Divani luğat-it-türk. I-IV c, (Tərcümə edən və nəşrə hazırlayan: R,Əsgər), Bakı: Ozan, 2006

  13. Kitabi-Dədə Qorqud (tərtib edən: Araslı H.) Bakı: Gənclik, 1978

  14. Kitabi-Dədə Qorqud (Tərtib, transkripsiya, sadələşdirilmiş variant və mü­qəd­dimə F.Zeynalov və S.Əlizadənindir). Bakı: Yazıçı, 1988

  15. Киргизско-русский словарь. Составитель К.К.Юдахин. М.: Советская энциклопедия, в 2-х т, 1965

  16. Книга моего Деда Коркута. Перевод В.В.Бартольда, издатели: В.М. Жирмунский, А.Н. Кононов. Баку: YNE “XXI”, 1999

  17. Пекарский Э.К. Словарь якутского языка, т. I-III, М., 1958

  18. Радлов В.В. Опыть словаря тюркских наречий, т.I-IV. С.-Пб.,1889-1911

  19. Sertkaya O.F. Dede Korkut Kitabının Drezden Nüshasının “Giriş” Bölümü. İstanbul, Ötüken, 2006

  20. Севортян Э.В. Этимологический словарь тюркских языков (обще­тюрк­ские и межтюркские основы на гласные). М.: Наука, 1974

  21. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı: Maarif, 1993

  22. Tarama Sözlügü. I-VI, Ankara: Türk Tarih Kurumu Basımevi, 1996

  23. Tekin T. Dede Korkut Hikayelerinde Bazi Düzeltmeler. / Türk Dili Araştırmaları Yıllığı Bülleteni 1982-1983, Ankara, 1986

  24. Tekin T. Orhun Türkcesi Grameri. İstanbul, 2003

  25. Tezcan S., Boeschoten H. Dede Korkut Oğuznameleri. İstanbul:YKY, 2001

  26. Tezcan S. Dede Korkut Oğuznameleri Üzerine Notlar, İstanbul:YKY, 2001

  27. Tulum M. “Dede Korkut Oğuznameleri üzerine notlar”a notlarla katkılar-I. // Türk Dili ve Edebiyatı Bölümü Dergisi, XXX, 2001-2003, İstanbul, 2003, 517-538

  28. Этимологический словарь тюркских языков. Общетюркские и меж­тюрк­ские лексические основы на буквы “K”, “Қ”. М.: Языки русской культуры, 1997

Afaq Xürrəm qızı RAMAZANOVA

AMEA Folklor İnstitutu,

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

afaqramazanova@yahoo.com
STITH THOMPSONUN MOTIF INDEX-ı və

ARZU-QƏMBƏR” DASTANI


Xülasə

“Arzu-Qəmbər” dastanı türk epik ənənəsində özünəməxsus yerlərdən biri olan dastandır. Bu folk­lor mətni “Bayatılı dastan” kimi azərbaycanlılar arasında geniş yayılmış, digər türk xalq­la­rında isə nağıl, halk hikayesi şəklində mövcud olmuşdur. Bu dastan geniş coğrafi ərazilərdə məskunlaşmış türk toplumları – azərbaycanlılar, türklər, ürkmənlər, noğaylar, qaqauzlar, Krım türkləri, karaim­lər və b. arasında geniş yayılmışdır. Məqalədə “Arzu-Qəmbər" dastanının motiv gös­təricisi müəyyən edilmiş, Stith Thompsonun Motif İndex-i əsasında motivlər təs­nif edilmişdir.



Açar sözlər: “Arzu-Qəmbər”, dastan, sevgi, motiv index
Motif İndex of Stith Thompson and “Arzu-Gamber”

Abstract

“Arzu-Gamber” is one of the favorite eposes and having a special place in Turk epic tradition. This folklore text introduced as “bayatili dastan” (the epos with quatrains) among Azerbaijanians is presented as “hikaye” (tale), “masal” (story), “halk hikayesi” (folk tale) in other nations. It is interesting that being not very large this epos is still living nowadays among all Oghuz Turks such as – Azerbaijanians, Turkish, Gagauz, Turkmen, Turkmens from Kerkuk, Nogays, Crimea Tatars, even Urums and other Turk nations. More than forty variants of this epos have been collected from Turk nations by us.



Key words: “Arzu-Gamber”, folk tale, love, motif index

Stith Thompson Motif Index и дастан «Арзу и Гамбер»

Резюме

«Арзу-Камбер» является одним из самых любимых эпосов и обладает осо­бым местом в тюркской эпической традиции. Этот фольклорный текст, пред­ставленный как «эпос с четверостишиями» среди азербайджанцев пред­став­лен как «hikaye» (повествование), «мasal» (сказка), «halk hikayesi” (на­родная сказка) у других тюркских племен. Интересен тот факт, что, этот дастан по-прежнему живет среди всех тюрков-огузов, таких как – азер­байд­жанцы, турки, гагаузы, туркмены, туркманы, а также ногайцев, крымских татар, уру­мов и других тюркских народов. Нами было собрано бо­лее сорока вариантов этого эпоса. В статье были определены основные мо­тивы дастана «Арзу-Камбер».



Ключевые слова: «Арзу-Камбер», дастан, любовь, индекс мотив

“Arzu-Qəmbər” dastanının motiv göstəricisinin araşdırılması is­ti­qa­mə­tin­də ilk tədqiqat türkiyəli alim Yusuf Poyrazoğlu tərəfindən 1982-ci ildə apa­rıl­mış­dır. Y.Poyrazoğlu “Arzu-Qəmbər” dastanının struktur baxımından təhlilini apar­mış və əldə etdiyi variantları qarşılaşdırmışdır. Bu əsərdə “Arzu-Qəmbər” doq­quz epizodda incələnmişdir.

Prof. Ali Berat Alptekinin motiv yapısını incələdiyi 70 dastan (türk tə­bi­rin­cə – halk hikayesi) içərisində özünün topladığı “Arzu-Qəmbər” də vardır.

Nəhayət, “Arzu-Qəmbər” dastanındakı motivlərin ən mükəmməl analizi 1987-ci ildə prof.Esma Şimşek tərəfındən aparılmışdır. Türkiyənin Elazığ Uni­ver­sitetində hazırlanan “Arzu ile Kamber hikayesi üzerinde mukayeseli araş­tır­ma” adlı yüksək lisans tezində (namizədlik dissertasiyasında) dastanın 12 fərqli mət­ni analiz edilmişdir. Bunlardan biri daşbasma, ikisi əlyazma, səkkizi toplama (Ru­mıniya, Kərkük variantları ile birlikdə) və biri Radlovun topladığı Tobol mətnidir. Esma Şimşek dastanın variantlarını struktur baxımından qarşı­laş­dır­mış, epizodlara görə incələmiş və motiv yapısını təsbit etmişdir.

Bizim tərəfimizdən “Arzu-Qəmbər” dastanının Azərbaycan, Güney Azər­baycan, İraq-türkman, özbək, türkmən, Krım-tatar, noğay, qaqauz, karaim, urum və b. variantları bir yerə toplanmış və motiv yapısı baxımından incələnmişdir.

Bu incələnmə Stith Thompson metodu əsasında aparılmışdır. Bildiyimiz kimi, Stith Thompson altı cildlik “Motif-index of folk-literature” əsərində dünya folk­lorşünaslığında yer alan motivləri qruplara (23 qrupa) ayırmışdır. Qeyd edək ki, bu təsnifatda milli folklor motivləri nəzərə alınmamışdır. Bu səbəbdən A.B.Alp­tekin, E.Şimşek Motif İndex`de tapılmayan və milli motiv kimi qəbul edi­lə bilən bəzı motivləri (T) başlığı ilə təsnifatlarına daxil etmişlər.



Bizim motiv yapısı baxımından analiz etdiyimiz “Arzu-Qəmbər” mətnləri bunlardır:

Daş.1 – “Hikayeyi-Kerem”in kənarına dərc olunmuş, 1287 (H) tarixli nüsxə; Əl­yaz.1 - əl­yaz­ma nüsxə, Afyon Gedik Ahmet Paşa Kütüphanesi, 18118 nöm­rə­li əlyazma; Əlyaz.2. – əlyazma nüs­xə, Ankara Milli Kütüphanesi, A/2360 nöm­rə­li əlyazma; Əlyaz.3. – əlyazma nüsxə, Ankara Milli kütübhane, yazmalar kol­lek­­syonu, cüng, 06 Mil.Yz.cönk 100; Türk.1 - toplama, Elazığ, 1973, topla­yan Ha­­di Nevruz, söyləyən - informator – Halide Nevruz; Türk.2. - Türk folk­loru dər­­gisi, 1984, Elazığ, toplayan – Ali Berat Alptekin, söyləyən-informator – Nuri Riz­vanoğlu; Türk.3. – toplama, Elazığ, 1987, toplayan-Esma Şimşek, söy­ləyən-in­formator – Ömer Çavuş; Türkman - 1973, Cengiz Ketene tərəfindən İraqın Da­quq nahiyəsindən İmam Zeynalabdin köyündən Semih Bayatlıdan toplanıb. 1990-cı ildə Ankarada nəşr olunmuş “Kerkük halk edebiyatından seç­meler” ki­ta­bında dərc edilmişdir. Tob. - bu mətn Radlov tərəfindən toplanmış və “Proben der Volkslittratur der turkischen Stamme Südsibirien” (“Образцы на­­род­ной литературы тюркских племен, живущих в Южной Сибири и Джун­гарс­кой степи”) kitabında dərc edilmişdir. Rum. – Rumıniyadakı “Arzu-Qəm­bər” tədqiqatçı Mehmet Ali Ekrem sayəsində elm aləminə məlum olmuş­dur. Bu təd­qiqatçı Dobruca türkləri arasında dastanın yaşadığını qeyd etmiş, Kos­ten­ce­den üç variant (bu variantlar toplayıcı tərəfindən toplandığı ərazilərə uyğun ola­raq – Korçeşme variantı, Karakuyusu variantı, Malçova variantı adlan­dı­rıl­mış­dır) toplamışdır. 1981-85-ci illər arası Buxarestdə “Tepegöz” və “Bülbül sesi” ki­tablarında çap edilmişdir. Rum.1 – “Tepegoz” və Rum.2. –“Bülbül sesi” ki­tab­larındakı variantdır. Az.1. – Dastanın Azərbaycan variantının ən məhsuldar top­layıcısı prof. S.Paşayev hesab oluna bilər. O, uzun illər dastanın 4 variantını top­lamış və 1999-cu ildə bir kitabda nəşr etdirmişdir. İstidafə etdiyimiz Şamaxı va­riantı da bu kitabdandır. Noğ. – toplama, - toplayan M.K.Milıx, söyləyən-in­for­mator Sabançıyeva Tatuv. Özb. – 1972-ci ildə Daşkənddə çıxan “Узбекские на­родные сказки. В двух томах” (Ташкент, Издательство Института Ли­те­ра­туры и Искусства им. Гафур Гулома) kitabının birinci cildinin 86-103-cü sə­hifələrində “Орзиджон и Камбарджон” adlı nağıl öz əksini tapmışdır. Bu, “Arzu-Qəmbər” dastanının özbək versiyasıdır. Özbəklərdə bu dastanın həm das­tan, həm də nağıl variantlarının mövcudluğu özbək folklorşünasları tərəfindən təs­diqlənsə də, təəssüf ki, özbəkcə nə dastan, nə də nağıl variantı qorunub sax­lan­mamışdır. Özbəklərin “Arzu – Qəmbər” mətni məhz bu tərcümə sayəsində qo­runa bilmişdir. Tərcümə S.Palastrov tərəfindən edilmiş, mətn isə nağılçı (naq­qal) Xusanbay Rasulov tərəfindən söylənmişdir. Türkmen –Türkmənistanda bu das­tanın ardıcıl tədqiqatçısı prof. Amangül Durdiyeva olmuşdur. Dastanın türk­mən variantının ilk çapı da onun adı ilə bağlıdır. Prof. A.Durdiyeva Türk­mə­nis­tan Milli Elmlər Akademiyasında “Arzu Qəmbər”in 8 nüsxəsini əldə etmiş, on­la­rın təsvirini vermişdir. Bu nüsxələrdən biri professorun özü tərəfindən 1996-cı il­də qissəçi Abadan Durdiyevadan toplanmışdır. Qaq. Tədqiqata cəlb etdiyimiz qa­qauz variantı “Qarip Qamber” adı altında prof. Lyubov Çimpoeş tərəfindən top­lanmış və 1988-ci ildə “Literatura okumakları” dərsliyinə salınmışdır. U/türk. Urumların ən davamlı tədqiqatçısı Aleksandr Qarkavets uzun illər on­la­rın dili, mədəniyyəti folkloru barədə tədqiqatlar aparmış və 1999-cu ildə Alma-atada “Urumi Priazovya” adlı möhtəşəm bir tədqiqat işi ortaya qoymuşdur. Bi­zim istifadə etdiyimiz variant da bu kitabdandır. Kar/t. “Arzu-Qəmbər” das­ta­nı­nın ən maraqlı və orijinal əlyazması, zənnimizcə, karaim türklərinin folklor yad­da­şında qorunmuş “Arzu-Qəmbər”dir. Bu əlyazma tərəfimizdən karaim türk­lə­ri­nin görkəmli ziyalısı, musiqişünas, karaim musiqi folklorunun tədqiqatçısı, hal-ha­zırda İsraildə mühacirət həyatı yaşayan Abraham Kefelidən əldə edilmişdir. Bil­diyimiz kimi, karaimlərin istər folkloru, istərsə də yazılı ədəbiyyatı barədə il­kin məlumat, habelə örnəklər bu türk xalqına xas “majuma” (fikrimizcə, “məcmu”, “məcmuə” ərəb sözlərindən olub, toplanmış, yığılmış, külliyyat, kol­lek­siya mənalarını verir) adlanan cünglərdə qorunmuşdur. Abraham Kefelinin əlində olan Trişkan Mordexay majumasında “Arzu-Qənbər” dastanından olan poetik parçalar vardır.

A. MYTHOLOGICAL MOTIFS (mifoloji motivlər)

(“Arzu-Qəmbər”də örnəklərinə rastlanmamışdır)



  1. ANIMALS (heyvanlar)

B211.1.3. Speaking horse (danışan at)

Əlyaz.2. – Qəmbər, atlara şeir oxuyunca onlar başlarını qaldırıb dinləyirlər.

B401 Helpful horse (yardımçı at)



Urum/t. Qəmbərin atının adı Düldüldür.

C.TABU (Tabu-yasaq)

C300 – C399. Looking tabu (baxma yasağı)

C332. Tabu: looking around (ətrafa baxma yasağı)

Türk.1.Arzu, Qəmbəri belinə alıb sudan keçirərkən ətrafına baxmamasını tapşırır.

C400 – C499. Speaking tabu (danışma yasağı)



Türk.2. – Qəmbər, dayısının yanında şeir söylərkən heç kəsin danışmamasını tapşırır.

C420. Tabu: uttering secrets (sirlərin açıqlanma yasağı)



Türk.2. – Bir-birini qardaş zənn edən Arzu ile Qəmbər, daha sonra qardaş olmadıqlarını öyrənirlər.

C422. Tabu: revealing identity of certain person (müəyyən adamların sirlərinin açıqlama yasağı)



Əlyaz.1. Əlyaz.2. Daşb. Türk.1. Türk.2.- Arzu ilə Qəmbər qardaş olmadıqlarını öyrənməzlər.

C423. Tabu: revealing the marvelous (qeyri-adiliklərin ifşa edilməsi)



Əlyaz.1. Daşb. Türk.1. Türk.2.Türk.3. – Qəhrəmanların qardaş olmadıqları anladılır.

C700 – C899. Miscellaneous tabus (çeşidli yasaqlar)



Türk.2. – İstəmədiyi adamla evlənən Arzu, ərinin yanına yaxınlaşmasını yasaqlayır

C750. Time tabus (zaman tabusu)

C751. Tabu: doing thing at certain time (bəlli zamanlarda bəzi şeyləri etmə yasağı)

Əlyaz.2. Türk.2. - Arzunun evləndiyi adam öldüyü zaman qırx gün içərisində qara paltardan başqa paltar geyinməyi yasaq edilir

C755. Tabu: doing thing during certain time (İşləri müəyyən zamanda görmə yasağı)



Əlyaz.1.Əlyaz.2. Türk.1.Türk.2. Arzu, toyunun ola bilməsi üçün, oğlan evindən qırx gün möhlət istər

  1. MAGİC (Tilsim –sehr)

D100 – D199. Transformation: man to animal (insanın heyvana dönməsi)

D150. Transformation: man to bird (insanın quşa dönməsi)

D154. 2. Transformation: man to pigeon (insanın göyərçinə dönməsi)

Daşb.Türk.2. - Arzu ilə Qəmbər, məzara gömüldükdən sonra iki göyərçinə dönüb üçüb gedirlər

D900 – D1299. Kinds of magic objects (sehrli nəsnələrin növləri)

D940. Magic forest (sehrli meşə)

D950 Magic tree (sehrli ağac)



Əlyaz.1.Əlyaz.2. Türk.2. Türkman. Rum.1. Qarı iki məzarın arasında qaratikan kolu kimi bitər D975. Magic flowers (sehrli çiçəklər)

Əlyaz.1.Əlyaz.2. Türk.2.Rum.1. - İki aşiqin məzarında ağ gül bitər.

D981. Magic friuts (sehrli meyvə)

D981.1 Magic apple (sehrli alma)

Türk.1.Türk.2. Rum.1. – Övladı olmayan ailə, dərvişin verdiyi almanı yeyərək övlad sahibi olur

D1069. Magic clothers (sehrli paltar)

D1069.1 Magic handkerchief (sehrli yaylıq)

Türk.2. Rum.1. – Dərvişin verdiyi yaylıq sehr yaradır

D1074. Magic bracelet (sehrli bilərzik)



Əlyaz.1. Əlyaz.2. Daşb. Türk.1. Türk.2. Tobol. Noğay. Rum.1. Rum.2. Qaq. Kar. Urum.t. Azərb. – Qəmbərlə Arzunun sevgilərinin simvolu olan sehrli bir bilərzik vardır.

D1133. Magic house (sehrli ev)



Əlyaz.2. Daşb. Türk.2. - Arzu ilə Qəmbər, eyni anda suya tullanaraq orada zühur edən evdə qovuşurlar

D1209. Miscellaneous utensils and implements (müxtəlif nəsnələr)

D1209.2.  Magic saddle (sehrli yəhər)

Əlyaz.2. Daşb. Türk.2. Türkmən. Qəmbərin bədduası ilə Arzunu üzəngi, yəhər, duvaq və kəməri sıxar

D1242. Magic fluid (sehrli maye)

D1242.1. Magic water (sehrli su)

Əlyaz.1. Türk.2. Rum.1. Araz bəy qarını üç dəfə suya atar, su qəbul etməyərək qarını çölə atar

D1244. Magic salve (ointment). Sehrli maye

(M/M)D1249. Sehrli tüpürcək

Daşb. Arzu, Qəmbərin ağzına tüpürüncə Qəmbər, şairlik istedadı qazanır

D1905.2 Apple divided and eaten as love charm (Bölünüb məhəbbət sehri olaraq yeyilən alma)



Türk.2. Türk.1. Rum.1. Noğay. Dərvişin verdiyi almalar yeyilincə Arzu ilə Qəmbər dünyaya gəlir

E.THE DEAD (ölüm)

E419.6 Lovers buried apart found in one grave each morning (eyni bölgədə ölən sevgililər eyni məzarda basdırırlar)



Türk.1. Türk.2. Rum.1. İki aşiq (Arzu ilə Qəmbər) bir-birlərinə qovuşmadan ölürlər. Ona görə də aşiqlər eyni məzara basdırırlar

F.  MARVELS (qeyri-adiliklər)

F566.  Celibate peoples (subay insanlar)



Əlyaz.1. Qəmbərin dincəımək üçün bağçasına getdiyi adamın qırx qızından heç biri evlənməmişdir.

F770. Extraordinary buildings and furnishings (qeyri-adi binalar və əşyalar)



Rum.1. Arzunun atasının Məkkədən aldığı hədiyyələrdə “Arızla Kamber” yazılır

F771. Castle of unusual material (Qeyri-adi qala (saray, ev))



Daşb. Əlyaz.1. Aşiqlər, suyun ortasında zühur edən evdə qovuşurlar

Arzu ilə Qəmbər, iki tərəfdən suya tullanaraq, ortada zühur edən evdə qovuşurlar.



G.OGRES (divlər)

G210. Form of witch (cadugər qarının görünüşü)

G210.0.1. Cadugər qarının görünüşü.



Əlyaz.1. Cadugər, əlində qamçısı ilə küpə minərək göy üzündə dolaşır.

G211. Witch in animal form (heyvan cildinə girmiş cadugər)



Əlyaz.1. Əqrəbə bənzəyən cadugər Arzu ilə Qəmbərin yollarını kəsərək qardaş olmadıqlarını söylər.

G241.  Witch rides (minən cadugər)

(M/M) G241.4.5. Witch rides on whale (küpə minən cadugər)

Əlyaz.1.Türk.3. Qarı, göy üzündə küpündə dolaşır.

H. TESTS (sınaqlar)

H80. Identification by tokens (işarə ilə tanıma)



Daşb. Əlyaz.1. Türk.1. Türk.2. Türk.3. Türkman. Azərb. Arzunun bilərzi­yin­də “Arzı-Kamber” yazılıb.

H620.The unsolved problem: enigmatic ending of tale (tapmaca)



Daşb. Əlyaz.1.Türk.3. Qəmbər, nəzmlə Arzuya tapmacalar söyləyir. Dayısı, Qəmbər, üç adını bir şeirdə söylərsə dayısı olduğuna inanacakdır.

H 1233.6.1. Horse helper on quest (macəralarda yardımcı at)



Daşb.Əlyaz.1.Əlyaz.2.Türk.3. Arzunu gəlin aparan at, Qəmbərdən başqasını yaxına buraxmaz.

J.THE WISE AND THE FOOLISH (Ağıllılar və axmaqlar)

J155. Wisdom (knowledge) from women (qadından öyrənilən ağıl)

J155.4. Wife as adviser (qadının nəsihəti)

Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.2. Türk.3. Türkman. Rum.1. Noğay. Özbək. Türkmən. Qaq. Karaim. Tobol. Azərb. Arzu, Qəmbərə yemeyinin zəhərli olduğunu söylər.

K. DECEPTIONS (Aldatmalar)

K2015 Child adopted by rich man in order to get rid of him (övlad sahibi olma)



Əlyaz.2. Quldurların basqınından sağ qurtaran Qəmbəri Divan Ağası, övladlığa qəbul edər.

K2110.Slanders (iftira etmək)



Türk.2. Noğay. Azərb. Arzu gəlin gedərkən, Qəmbər onun hamilə olduğuna, qız olmadığına dair iftira edir.

K2293. Treacherous old woman (xain yaşlı qadın)



Əlyaz.1. Əlyaz.2. Türk.1. Türk.3. Türkman. Rum.1. Azərb. Qarı Arzunun öldüyünü söylər, onları ayırmağa söz verər, Arzunun anası ilə birlikdə, Qəmbəri yox etmək üçün müxtəlif yollara baş vurur, Arzu ilə Qəmbərin bir-birinə yaxın basdırılan cəsədlərini ayırır.

L. REVERSAL OF FORTUNE (taleyin tərs dönmesi)

L 111.1 Exile returns and succeeds (qürbətə gediş və dönüş)



Daşb. Əlyaz.1. Əlyaz.2. Rum.1. Qəmbər, bir müddət dağlarda dolaşdıqdan sonra Arzunun toyuna gedər.

M. ORDAINING THE FUTURE (gələcəyin təyini)

M411. Deliverer of curse (bədduanın çin olması)

(M/M) M411.3. Qoca qarının bədduası ilə aşiq olma.

Əlyaz.2. Rum.1. Qarı “bir-birinizə aşiq olun, mən də sizi ayırım” deyə and içir.

M430. Curses on persons (şəxslərin bədduası)



Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.1. Türk.2. Türk 3. Türkmən. Rum.1. Qəmbər, qarı və digər qəhrəmanlar bəddua edirlər

N. CHANCE AND FATE (şans (fürsət) və tale)

N120. Determination of luck or fate (Şans ya da taleyin təyini)

N122.0.1. The choice of roads (yolların seçimi)

Türk.3. Arzu ilə Qəmbər, yolların ikiyə ayrıldığı yerdə, hansı uzundur deyə sözləşərək ayrı-ayrı yollardan gedirlər.

N825.1. Childless old couple adopt hero (övlad sahibi olmayan qəhrəmanlar)



Əlyaz.2. Türkman. Rum.1. Qəhrəmanın övladı yoxdur.

N825.2.  Old man helper (yardımcı yaşlı adam)



Əlyaz.2. Rum.1. Arzunun müəllimi, Qəmbər də onu sevsin deyə bilərziyinə sehr yazar. Övladı olmayan adam, yuxusunda gördüyü qocanın işarə etdiyi ağacdan alma yeyərək övlad sahibi olur.

N844.  Dervish as helper (yardımcı dərviş)



Əlyaz.2. Türk.1. Qəhrəmanlara dərviş (pir-i Fani) yardım edər.

(M/M)N844.4. Yardımçı Xızır



Əlyaz.1. Əlyaz.2. Hz. Xızır, suda boğulmaqda olan Qəmbər ilə atını qurtarır.

(M/M)N848.0.1. Yardımçı müqəddəs adam

(M/M)N848.0.1..1 Həzrət Əli

Türkmən. Qəhrəmana Həzrət Əli yardım edər.

P. SOCIETY (cəmiyyət)

P10. Kings (krallar)



Türk.2. Türkman. Övladı olmayan bir padşah və vəziri vardır. Arzu, başqa birinə verilincə Qəmbər, yardım üçün dövrün padşahına müraciət edər.

P12. Character of kings (kralların xarakterləri)



Əlyaz.1.Rüstəm şah – yardımsevərdir, Qəmbərə qırx əsgər verir.

P40. Princesses (padşahın qızları)



Əlyaz.1.Türk.2. Dərvişin verdiyi almanı yeyən padşahın bir qızı dünyaya gəlir, Rüstəm şahın üç qızı vardır.

(M/M) P43. Hoca (müəllim)



Əlyaz.1.Hocanın yazdığı sehrli bilərzik ilə Qəmbər, Arzuya aşiq olur.

P110.Royal ministers (Kralın vəziri)



Türk.1. Padşah vəziri ilə bərabər, dərdinə çarə axtarmaq üçün qürbətə gedər

P150.Rich men (zəngin adam)

P152 Varlı adam (bəzirgan)

Daşb. Qəmbərin atası çox varlı biridir.

P230.Parents and children (Valideyn və övladları)

P 233. Father and son (ata və oğlu)

Əlyaz.2. Qəhrəmanın altı aylıq “Qəmbər” adında bir oğlu var­dır.

P234 Father and daughter (ata və qızları)



Əlyaz.1. Türkman. Qəmbərin baxçasında oturduğu adamın qırx qızı vardır.

P251.6.1. Three brothers (üç qardaş)



Türk.1.Arzunun evləndiyi adam üç qardaşdır.

P282 Stepmother (ögey ana)



Daşb.Əlyaz.1.Türk.1.Türk.2.Türk.3.Türkman.Rum.1.Azerb. Arzunun anası, qızını Qəmbərə verməmək üçün müxtəlif yollara əl atır.

P475.  Robber (quldurlar)



Daşb.Əlyaz.1.Əlyaz.2. Qəhrəmanlar müxtəlif yerlərdə quldurların basqınına uğrayırlar.

P681 Mourning customs (yas adətləri)



Daşb. Əlyaz.1. Əlyaz.2.Türk.3.Azərb. Qəhrəmanlar kimsə ölüncə qara geyib yas tuturlar

Q. REWARDS AND PUNISHMENTS (Mükafat və cəzalar)

Q10.Deeds rewarded (mükafatlandırılmış işlər)



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin