XV
NДĞMДLДR, MДRSİYДLДR
HAXIŞTALAR
O tay, bu tay bərxana, haxışta
Getmərəm mən yad xana, haxışta.
Əhməd xanın qoşunu, haxışta
Kəsib bulax başını, haxışta.
Adlı üzük, can barmax, haxışta
Keşdi sinəmə qarmax, haxışta
O qızı yaddar apardı, haxışta
Mənə qaldı yad almax, haxışta
Oğlan, adın Talıbdı, haxışta
Gün dağları alıpdı, haxışta.
Verdiyin qızıl üzük, haxışta
Barmağımda qalıbdı, haxışta.
Ağ alma, qızıl alma, haxışta
Nimçəyə düzül alma, haxışta.
Çirkin al əsli olsun, haxışta
Bədəsil gözəl alma, haxışta.
İrəvanın yolu haça, haxışta
Sığal çəkdim ipək saça, haxışta.
Qurban olum mən yara, haxışta
O gəlir qaça-qaça, haxışta.
İrəvanın yolunda, haxışta
Gül açaydı qolunda, haxışta.
Qızıl sahat olaydım, haxışta
Mən yarımın qolunda, haxışta.
O tayda quzu gördüm, haxışta
Tükü qırmızı gördüm, haxışta.
Açıb cənnət qapısın, haxışta
Sevdiyim qızı gördüm, haxışta.
O taydan ox atdılar, haxışta
Yaylığınnan tutdular, haxışta.
On iki tüfəy, bir alma, haxışta
Yara sapand tutdular, haxışta.
Ağdır üzüyün qaşı, haxışta
Yandı ürəyim başı, haxışta.
Adını deyə bilmərəm, haxışta
Cahannarın yoldaşı, haxışta.
YA MƏNİM SƏBRİMİ VER, YA DA SEVGİMİ
Dərya qırağında tihdirdim hamam,
Oxudum sözümü, elədim tamam.
Adın qurbanıyam, on iki imam,
Ya mənim səbrimi ver, ya da sevgimi.
Dərya qırağında tihdirdim kümbəz,
Adımı qoydular, vallah, genə də bilməz.
Adın qurbanıyam, gözə görünməz,
Mənim səbrimi ver, ya da sevgimi.
BİR OTAQ TİKDİRDİM, TAMAMI KAŞI
Bir otax tihdidim,
Tamamı kaşı.
Bir usda gətidim,
Olufdu naşı.
Bir oğlan səvmişəm,
Sevda yar başı.
Bir otax tihdidim,
Tamamı şüşə.
Bir usda gətidim,
Tuta gümüşə.
Bir oğlan səvmişəm,
Atdana-düşə.
Bir otax tihdidim,
Tamamı buxarı.
Bir usda gətidim,
Çəkə yuxarı.
Bir oğlan səvmişəm,
Qara çuxalı.
KEÇƏÇİ NƏĞMƏSİ*
Bükmə-bükmə qoy dursun,
Keçəçi təpik vursun.
Hallac baxıf qudursun,
Toppuzu göydə vursun.
Hey, hey, hey,
Hey, hey, hey.
Kilim, gəbə yükdədi,
Gözlərin gədikdədi,
Dönüb geri baxsana,
Sevdiyin yar bizdədi.
Hey, hey, hey,
Hey, hey, hey.
Qarabağın nalçası,
Döşənibdi xalçası,
Bir gözəl qız sevmişəm,
Qızıl gülün xonçası.
Hey, hey, hey,
Hey, hey, hey.
İMAMLAR HAQQINDA
Ərəb atdandı, qoç iyiddər meydanda,
Müxənnət sərinnən* tökülən qandı.
Birinci imamım Şahi-Mərdandı,
İkinci imamı xəbər al, deyim.
Atını minəndə yel kimi əsər,
Yetirib kafirin boynunu kəsər,
İkinci imamım İmami Həsən,
Üçüncü imamı xəbər al, deyim.
Oxudum Quranı, açıldı zehnim,
Yezitdər əlində dağıldı beynim.
Üçüncü imamım, ya İmam Söyün,
Dördüncü imamı xəbər al, deyim.
Bahar oldu, dağlar geyindi abidin,
Din içində bəslədik hami din.
Dördüncü imamım Zeynalı Abidin,
Beşinci imamı xəbər al, deyim.
= Addarı ağırdı, gözdəri mayıl,
Müşkülə düşmüsən, Mövlanı çağır.
Dördüncü imamım Zeynal Abidin,
Beşinci imamımı xəbər al, deyim.
İmama gedən geyinər ağı,
İmamlar gəzər behişdi bağı.
Beşinci imamım Məhəmməd Bağır,
Altıncı imamı xəbər al, deyim.
Yedik, yedik dünya malın, bıdadıx,
Dadımıza yetə on iki imam, bir o xalıx.
Altıncı imamım Cəfəri Sadıx,
Yedinci imamı xəbər al, deyim.
Dilimdə əzbərimdi, könlümdə yazım,
Ola ki, ağa, biz də durax qabağında Mir Kazım.
Yeddinci imamım Museyi Kazım,
Səkkizinci imamı xəbər al, deyim.
= Davat qələm gətir, adını yazım,
Allahın adıdı həməşə Əzim.
Yeddinci imamım Müseyi Kazım,
Səkkizinci imamı xəbər al, deyim.
Namazı qıl, qoyma qala qəza,
Məşşər günü sənə verəllər cəza.
Səkgizinci imamım İmamı Rıza,
Dokquzuncu imamı xəbər al, deyim.
İmama gedən geyinər ağı,
İmamlar gəzər behişdi bağı.
Dokquzuncu imamım Məhəmmət Tağı,
Onuncu imamı xəbər al, deyim.
Müşgüllər üsdü, saqidi-saqi,
Çəkəndə Zülfüqarı dörd bölər dağı.
Onuncu imamım Əliyən Nağı,
On birinci imamı xəbər al, deyim.
= Şahi Mərdan kövsər üsdə saqidir,
Onların gəzdiyi cənnət baqidir,
On birinci imamım Əliyən Naqidir,
On ikinci imamımı xəbər al, deyim.
Səhər-səhər əs barı,
Gözünü rağıb əvinnən kəs barı.
On birinci imamım Həsən Əsgəri,
On ikinci imamı xəbər al, deyim.
= Səhər-səhər, badi yellər, əs barı,
Sözüm budur ilahidən kəs barı.
Onuncu imamım Əbül Həsən Əsgarı,
On birinci imamımı xəbər al, deyim.
Dağların başına gəlibdi duman,
Misginin gözünnən getmədi duman.
Əzəli Şahi-Mərdandı, sonuncu Mehdi Sahibi-zaman,
Tay da varsa, xəbər al, deyim.
= Müsəmbə dağını bürüdü duman
Müşgülün yolunnan getməz heş güman.
On ikinci İmamım Mehdiyi-Sahibzaman.
On biri oğluydu, biri atası,
Nurnan dolu olur butası.
Mağrubnan maşruğa gedər sadası,
Dillərdə deyilir Mərd Murtuzəli.
* * *
Der, ərəb atımdı, Qoçəli meydanım,
Məhəmməd cövhərinnən tökülən qandı,
Birinci imamımızın adı Şahı-Mərdandı,
İkinci imamımızın adın xəvər alın, deyim.
Der, atını minəndə yel kimi əsər,
Tərpənəndə gavırın boynunu kəsər.
İkinci imamımızın adı İmami Həsəndi,
Üçüncü imamımızın adın xəvər alın, deyim.
Der, oxudum Quranı, açıldı zehnim,
............................................................
Üçüncü imamımızın adı İmami Hüseyndi,
Dördüncü imamımızın adın xəvər alın, deyim.
Bağlar geyər qara abidin,
Din içində din bəslədi abidin.
Dördüncü imamımızın adı İmami Zeynalabidin,
Beşinci imamımızın adın xəvər alın, deyim.
Der, qaşların aydı, gözdərin mayıf,
Müşgül işə düşdün o bir mevlamı çağır.
Beşinci imamımızın adı İmami Məmmədbağırdı,
Altıncı imamımızın adın xəvər alın, deyim.
Der, üsdünə yığılıf neçə min qazı,
Dünya malınnan qazanmısan azajıx.
Altıncı imammızın adı İmami Cəfəri Sadıx,
Yeddinci imammızın adın xəvər alın, deyim.
Der, Allahımızın min bir adı var,
Olardan biri ismi-əzəmdi,
Yeddinci imamımızın adı İmami Müseyi-Kazımdı,
Səkkizinci imamımızın adın xəvər alın, deyim.
Der, gülüm, namazını qıl, qoyma keşsin,
Bil ki, şəriyətdə verəllər cəzanı.
Səkkizinci imammızın adı İmami Qərib İmamrzadı,
Doqquzuncu imammızın adın xəvər alın, deyim.
Der, imama gedəndə deyərlər ağı,
Sinəmə çəkiflər düyünnən, dağı.
Doqquzuncu imamımızın adı İmami Məhəmməd Taqı,
Onuncu imamımızın adın xəvər alın, deyim.
Der, savah-savah badi-səba, əs barı,
Olların qolunda olan gumannarı kəs barı,
Onuncu imamımızın adı İmami Həsən Əsgarı,
On birinci imamımızın adın xəvər alın, deyim.
Der, müşəmbə dağların duman bürüyər,
Heş getməz qonlumnan gumanım.
On ikinci imamımızın adı İmami Mehdi Sahibi-zamandı,
Genə sozünüz varsa, xəvər alın, deyim.
CƏNABİ ƏLİ-ƏKBƏRİN SİNƏDANI
Əli-Əkbər ölümlü vaxtında babasına yalvarır:
Yaralandı ey şahı-Kərbəla,
Ölürəm, harayıma gəl, baba.
Bu günün istisi, bu ciyər susuz,
Atəşim dəmadəm edər virud.
Bədənim yaralıdı, özüm susuz,
Ölürəm, harayıma gəl, baba.
Baba, eylə Əkbəri-nakərəm,
Yola göz dikib səni gözlərəm.
Başım üsdə gəlməsən, ölərəm,
Ölürəm, harayıma gəl, baba.
O gələn qədəmlərinə afadə,
Sənə çox yetif çox əziyyətim,
Odur çox vardır xəcalətim.
Ay baba, budur əvvəl-axır zəhmətim,
Ölürəm, harayıma gəl, baba.
O gələn qədəmlərinə fəda.
Görüb o əhli-kin, baba tək məni,
Yıxıf atdan öldürəcəh məni.
Gəl, amandı kölgə tək məni,
Ölürəm harayıma gəl, baba.
O gələn qədəmlərinə fəda.
XVI
DÖZGÖLДR
XVII
UŞAQ OYUNLARI
DƏLƏDƏSMAL OYUNU
Uşaxlar halay qurup oturullar. Bir uşax da əlində dəsmal bu uşaxların arxa tərəfiynən dövrə vurur. Dövrə vura-vura gəzdihcə dəsmalı uşaxlardan birinin arxa tərəfinə atır. Uşaxların heş biri arxasına dönüp baxmamalıdı. Arxasına dəsmal atılan uşax arxıya dönmədən dəsmalın onun dalına atıldığını tapıb bəyan eləsə, dəsmal gəzdirənnən nə isdəsə, şeir, tapbaca, mahnı oynamax və s. dəsmalgəzdirən halayın içində eləməlidi. Yox, əyər, dalına dəsmal atılan, dəsmalın onun arxasına atıldığını tapbasa, dəsmal gəzdirən uşax o uşaxdan şeyir isdəsə, o uşax halayın içində şeyir deyər, mahnı isdəsə, mahnı oxuyar, oynamax isdəsə oynuyar. Oyun bu minvalla davam eliyər.
* * *
Uşaxların əllərini oynadıb deyərdilər:
Baş barmax,
Başala barmax,
Uzun hacı,
Qan turacı,
Çıkkılı bacı.
* * *
Uşağın ovcunu əl ilə qıdıxlıyıf deyillər:
Burdan bir dovşan qaşdı,
Bu gördü (baş barmax),
Bu tutdu (II barmax),
Bu bişidi (III barmax),
Bu aşıdı (IV barmax),
Çuppuluya qalmadı (çəçələ barmax).
* * *
Uşaxlar ayaxlarını bir yerə qoyur, bir-birinə vuruf oxuyullar:
Araz gəlir, lil gəlir,
İçi dolu gül gəlir.
O gülün birin üzeydim,
Saç bağıma düzeydim.
Balamın toyunda
Bir doyunca süzeydim.
Axıra qalan oyunnan çıxırdı.
* * *
Kiçik uşaxları alardılar qucaxlarına, qılçasını o üzə, bu üzə qaytarırdılar, idman formasıydı, nəydi, deyirdilər:
Sınıx qıç, hay sınıx qıç,
Aş bişiməz sınıx qıç.
Su gətiməz sınıx qıç,
Elə ki, qonşudan pay gələndə,
Şöppənəh durar sınıx qıç.
Uşağın iki qılçasını qaldırardılar yuxarı. Bını təkrar bir neçə dəfə deyif uşaxı səvərdilər.
XVIII
MÖXTДLİF ŞEİRLДR
MƏZAHİR DAŞQINNAN ŞAİR HACI
O vaxtı Məzahir Daşqın plennikdən Stalinin hökmüynən, Səməd Vurğunun köməkliyi ilə azad oluf Azərbaycana qayıdanda Qazaxlı şair Hacıynan türmə yoldaşı olublar. Altıncı kolonda bir yatıblar. Şair Hacı eşidir ki, Daşqın azadlığa gəlir, ona bir məktub yazır. Özü də şeirnən yazır:
Təxəllüsü Daşqın, adı Məzahir,
Mənim bu naməmi almamış olma.
Beynamus qohuma, yaltax dostlara,
Həcv, hədyan deyib yazmamış olma.
Məzahir Daşqın məktubu alır görür Şair Hacıdı yazan. Şeirə cavab yazır:
Aldım məktubunu, ay Şair Hacı,
Ürək ağlıyarkən gülmək çətindi.
Hər şairin dərdi elin dərdidi,
Bu sonsuz dəryanı bölmək çətindi.
Məzahir Daşqını Stalin ömürrük azaddıxdan məhrum eləmişdi. Bəzi şeylər qulağına çatmışdı Şair Hacının. Şair Hacı yazır:
Keçirdin ömrünü qürbətdə xeyli,
Odur ki, naməni yazdım gileyli.
Sənə xain çıxıf vəfasız Leyli,
Məhəbbəti qannan silməmiş olma.
Məzahir Daşqın yazır ki:
Sən mənim Leylimə demə vəfasız,
Əşqin məcarəsi olmaz vəfasız.
Bir dərdə düşmüşəm, dərdsiz, dəvasız,
Məhəbbəti qannan silmək çətindi.
Şair Hacı yazır ki:
Möhtərəm qardaşım, kamil ustadım,
Qazaxdı mahalım, Hacıdı adım.
Bəlkə öldüm, sən gələnə qalmadım,
Ölsəm, məzarıma gəlməmiş olma.
Məzahir Daşqın deyir ki:
Uğursuz illərin keşsə də mini,
Daşqın hər an görə bəxtəvər səni.
Allah göstərməsin dost matəmini,
Dostun matəminə gəlmək çətindi.
Dostları ilə paylaş: