63. AŞIQ QƏBRİ
Aşıx qəbri deyirdilər. Deyirdiər, o, Yaxşıynan sevgi imişlər. Bunnar bir-birinə qovuşa bilmiyif. Deyif:
Mən aşıx, sinə oyun
Sindirin, sinə qoyun
Yaxşını qibləsinə
Aşığı tərsinə qoyun.
O, Qubatdı rayonundadı. Onun dörd bir tərəfində daşdan dəvə, at, hər bir şey vardı. Boğazında zobu olan o ojağın üsdünə gedirdi. Üş çərşənbə günü ora gedif o torpaxdan boğazına çəkəndə zobu gedirdi. Həkəri çayının o tərəfində Aşığın qəbridi, bu tərəfində Yaxşının. Bir dənə kümbəz varıdı Sarı aşığın böyründə. İstədih onu hərrənəh, bir dənə ağsakqal kişi dedi ki, ora hərrənmə, o nəhlətdəmədi. Deyirdih:
– Niyə nəhlətdəmədi?
Deyirdi:
– Yaxşıynan Aşığı o qoymuyuf bir-birinə qovuşa.
Deyirdilər niyyətin qəbul olmaxdan ötrü gedif minərsən dəvəyə, ya minərsən ata. Elə adam olurdu nə qədər cəhd eliyirdi, o daşın belinə qalxa bilmirdi.
64. İMAMZADƏ PİRİ
I mətn
Biz o ili İmamzadada qəbrin üsdünü götürəndə* and olsun Allahın adına, o səs elə bil indiki kimi qulağımdadı. Gördüm ə, qulağıma belə bir maraxlı səs gəlir, insan səsi deyil, heyvan səsidi, çox maraxlıdı. Bı rəhmətdih Ramizə qayıtdım dedim ki, ə, vallah, bırdan elə bir maraxlı səs gəlir ki, məçit tərəfdən. Maa çox maraxlıdı. Dedi ki, sən Allah, fikrin dağınıxdı, həylə eləmə, işin də yarımçıxdı. Bir az aradan keçənnən sora gördüh, elə məçidin yanınnan bir cüt əlih gəldi, bizim altımızdan almaza-saymaza keçip getdilər bı kahıya sarı (İmamzadəni ziyarət etməyə – top.). Sora onu mən Tələtə sual verdim. Dedim o əlihlər… Dedi ki, ay Miri, səni sağ olasan, ollar neçə ildi bıra ziyarətə gəlillər, ozü də tüfəyə gəlmillər. Deyir, bax, bı qayanın divində də neçə dəfə çıxıp qabağa, isdiyiplər ollara tüfəh atsınnar, ollar gözə görünmüyüplər. Sora biz qutardıx işi, qayıdıp Göyrəbasa gələndə gördux bizim o Göyrəbasa gələn yolun üsdündəcə özdəriçün otduyullar. Bax, İmamzadada bı işdəri iki dəfə mən görmüşəm.
Bir də Göyrəbasda bı muharibənin* pis vaxdıydı. And olsun Allaha, o getdiyim ocaxlar hakqı, tüfəh elə bil küşdəydi, iki dəfə, üş dəfə əl atdım tüfəyi götürməyə, tüfəh əlimə gəlmədi. Dedim Allah, bı nə möcüzədi? Durdum çıxdım. Çıxdım gəldim Heydərin evinin yanınnan. Onda Göyrəbasda yaşayış azıdı daa. Bı Səltənətin evinin böyrünnən keşməh isdiyəndə gördüm Mir Ağa dədəmin kalafasınnan bəri bir dənə düyə əlih gəlir. Elə gözəldi, elə gözəldi, inanırsan ki, göz muncuğu kimi. Səltənətin evinin qırağında belə bir dağdağan ağacı varıydı. Gəlif o dağdağanın qabağında durdu, belə baxdı, baxdı mənə. Dedim ya rəbbim, şükür sənin kərəmaa, bı da möcüzədi, yəqin bı ziyarətdən gəlir. Əlih döndü, yendi, elə belə saymazyana getdi. Göyrəbasa gələndə Tələtgilə dedim. Tələt atdandı, oğlu atdandı ki, onu bizə niyə demədin? Dedim ə, Allah sizə lənət eləsin, mən onu gözümnən görmüşəm ki, o ziyarata gəlip. Bax, Mir Ağa dədəmin kalafasında da o möcüzəni görmüşəm.
II mətn
Ora ziyarata hər yerdən gəlirdilər. Özü də o ilan məsələsi yalan deyil, həqiqətdi. Natəmiz adamlar, ziyarət qəbul eləmiyən adamlar elə ki gəlirdilər, ordan keçəndə qapının başınnan ilan sallanırdı, onu qaytarırdı geri. İmamzadıya girən qapı varıydı e, gördüh o girəcəhdə, evin künç hissəsində ilan belə qıvrılıp, dolanıp, başını qoyup üsdünə. Qıpqırmızı ilanıdı. Yeddi qardaş deyirdilər e. Hamı baxırdı o ilana. Baxırdı, keçirdi. Bax, belə baxırdı adamların gözünün içinə, dilini belə tərpədirdi. Sora kimsə dedi ki, o ilan Cılfırda** kimisə çalıp, ziyan verip. Sora gəlip ocağa öz günahını yumağ üçün. Belə rəvayətdəri danışırdılar.
III mətn
Bizim bir bibimiz nəvəsi var – Surayanın qızı. Rəhmətdih aqamın dünyasını dəyişməyini bına Qafanda orta məhtəpdə onuncu sinifdə oxuyanda qəfildən deyiplər. O, çox havalanmışdı. Gözümnən gördüm. Üzdən irax, öz başını yolurdu, belə dağıdırdı, paltarını cırırdı. Yatırtmax olmurdu, yendirməh olmurdu. Bını götürdülər gəldilər Göyrəbasa, aparax İmamzadıya ziyarətə. Erkən apardım dədəmi, Suraya bibimi, bir də o qızı qoydum orda – Seyit Həşim Ağa tihdiyi evdə qoydum, gəldim. Dedim axşam toran çalanda ziyarət eliyərsiz. Axşam hardansa qarannıx düşəndə İmana dedim ki, dur ayağa, adama bir at tapax, gedəh İmamzadıya. Adama bir yaxşı at tutdux, yəhərredih, mindih, getdih. Hardasa saat on ikiydi, birə işdiyir, getdih gördüh dədəm bı evdə, bı qızın əyağını sarıyıplar. Dedim:
– Dədə, niyə ziyarət eləməmisız?
Dedi ki, bala, qorxdux, eliyəmmədih. Durdum tutdum bı qızın qollarınnan. Ayaxlarını atmırdı e, sürüyə-sürüyə gətirdim məçidə. İndi üş dəfə mən bını fırratdım İmamzadıya, gəldim saldım içəri. İçərdə də bını bir çətinnihnən o üç qəbrin başına fırratdığ. İkisini getdi, üçüncüyə gələndə qəbirrərin əyağında tarap uzanıp yuxuya keşdi. Yuxuya keçənnən sora bının ziyarəti qəbul olunmuş sayılırdı. Dedim ki, yatım qalım. Mən qorxmuram heş nədən. Rəhmətdih Suraya bibim dedi ki, bala, saa qurban olum, mən özum əhd eləmişəm ki, onnan orda yatım. Sora gəldilər içəri, dədəm də gəldi, Suraya bibim də. Olları qoyduğ o uşağın yanında. Biz atdandıx gəldih Göyrəbasa. Səhər bir də gördüh ki, bıdırana üsdən aşağı deyə-gülə üçü də gəlillər. Qız ayıldı, oldu anadangəlmə. Sora aylə qurdu.
65. MƏMMƏDLİ OCAĞI
Məmmətdi ocağı var, köhnə Məmmətdidə. Onu da eşitmişəm ki, çox ağır ocaxdı, inanılmış ocaxdı ha. Göyrəbasda Navrıs kişi olup. Ollar sora köçmüşdülər Gorusun Ağbılağına. O kişini Seyit yerinin başında ilan vırır. Elə bil otu biçir, yorulur. Dədəm and içirdi ki, o, belə uzanır, huşa gedir. Duranda insanda belə gərnəşmə olur da. Belə eliyəndə qolu düşür ilanın üsdünə. Düşəndə ilan bını çalır. Durur, qolunu möhkəm boğur, atı minir, ordan kəsə gedir Məmmətdi ocağına. Şahnisə arvat varıydı. Ocağa o baxırdı. Mücörrüyün o eliyirdi.
– Ay Navrıs, xeyir ola?
Deyir ki, Allah lənət eləmiş məni çaldı. Orda bir az tüpürcəhdən, torpaxdan sürtürdülər, sağalırdı gedirdi. Üsdünnən bir on-on beş dəyqə keşmişdi, ilan gəlir. Həmən ilan gəlir ocağa. Arvat qayıdır ki, Allah saa lənət eləsin, sən gecihdin, ölüm səninkidi. Bax, belə bir xətt çəkirdi, o ilanın o xətdən çıxmağa ixdiyarı yoxuydu. Ta ölüp orda məf olunca. Allahın sirridi. Bı Məmmətdi ocağının möcüzəsiydi.
66. SEYİD MƏHƏMMƏD BULAĞI
Seyit Məhəmmət bulağına böyuh inam varıydı. Orda iki adamın başına gələn hak-hesabı mən gözümnən görmüşəm. Şeyda varıydı, Camal kişinin qızıydı, Kamılın da bacısıydı. O gedir bılaxdan sənəyi doldurup gətirməyə, natəmiz gedir. Orda vırılmışdı. Vırılmax beleydi ki, havalanırdı da, başına hava gəlirdi. Gətdilər onu yıxdılar o bizim evin böyrünə. Dam evləri varıydı. Dam evində üsdündə ağlaşma qururdular. Rəhmətdih aqam gəlip baxdı, bircə dəfə əlini çəhdi, onnan da Şeyda qutardı. Orda aqam ona demişdi ki, Allah saa lənət eləsin, ora natəmiz getmisən.
Bir də Ədalət həylə oldu. O da, üzünnən irax yerə, o zibildən içiriplər, göndəriplər ki, ged ordan su gətir. O da həylə olmuşdu, havalanmışdı. Seyit Məhəmmət bılağı ağır bılaxdı. Həmən qırmızı ilannardan orda da varıdı. O ilannar adi ilan deyildi. Bıllar yeddi qardaşdılar. Mənim həyətimdə də varıydı, ama mən onnara heş vax dəyməmişdim. Çünkü o, əgər neçə ildi bırda yaşıyıp ziyannıx eləmirsə, mən ona niyə dəyməliyəm?
67. ŞIX HƏSƏN
I mətn
Anamın babası arvadına deyir ki, yeznən deyir şıxam. Şıxdısa, gəlsin bu kömbədən bir qismət o yesin. Çilə ayıdı, qar-boran vaxdı, özü də gejə. Bu durur arvada deyir ki, dur başmaxlarımı gətir. Genə maa əziyyət verdilər. O özü gəlmir ki, onu gətirən gətirir. And içirdilər, hələ kömbə ojaxdan çıxmıyıf, görüllər qapı döyüldü. Deyif:
– Uy, üsdünə od tökülməsin, Həsən kişi gəldi.
Duruf qapını açıllar, gəlir.
– Salam-məlöykü.
– Əlöykət-salam.
Döşəh qoyullar, oturur, böyrünə mütəkkə qoyullar, söykənir. Kömbəni ojaxdan çıxardıllar, gətirillər sırfaya. Bir qismət kəsir qoyur ağzına, itəliyir o tərəfə. Deyir:
– Ay aman, ay dad, bəs sən niyə yemədin?
Deyir:
– Demədiniz ki, gəlsin bir qismət götürsün. Mən də bir qismət götürdüm, da bəs elədi.
Nə mümkün eliyillər qalmır, qayıdır gedir.
II mətn
İki cavan oğlanmışdar onnar. Kəlbəcərdə Mişni kəndi var. Orda o vaxdı subay malı qışda çölə ota göndərirmişdər. Boğaz malları damda saxlıyırmışdar, subay malı qoruxda otarırmışdar. Naxırçı aparıf otarıf qaytarırmış. İki dənə cavan oğlan subay mal otarırmış. Görüllər göydən bir dənə yaşıl alov burula-burula gəlir. Gəlir düşür bu cavan oğlanın birinin üsdünə. Düşəndə bu, özünnən gedir. Bu söhbət qaynatamın vaxdında oluf. Çox da uzax döylü. Bu özünnən gedəndə yoldaşı başına-gözünə döyür ki, bu niyə öldü. Bu nə idi gəldi düşdü, bunu öldürdü. Qayıdır kəndə gedir. Deyir:
– Göydən yaşıl alov gəldi, düşdü üsdünə, indi ölüfdü. Gəlin onu götürün.
Ağsakqalar gəlif baxıllar ki, ölmüyüf, özünnən gedifdi, sağdı. Ağaşdan nasılka düzəldillər. Döşəh, yorğan-zad qoyullar, bunu qoyullar nasılkanın üsdünə. O matəm ağacı mənim yadımdadı. Kəlbəcərdə uşağ idik, gedib divində oynuyardıx. Divində mərsiyə deyərdilər məhərrəmlihdə. Sınaxlı bir ağac idi. Gətirif bura qoyullar. Bunu gözdüyüllər. Bilirlər ki, sağdı da. İndi azmı çəkir, çoxmu çəkir, bu ayılır. Ayılanda duruf qaçır. Qaçanda deyillər ki, bu dəli oluf. İsdiyillər ki, bunu tutsunnar. Bir nəfər ağsakqal olur, deyir:
– Dəymiyin, işiniz yoxdu onnan. Qoyun görəh hara gedir.
Gedir qəbirstannıxda uzanır bir qəbirin içində. Bunu qıraxdan gözdüyüllər. Bir xeylaxdan sora baxıllar ki, qışın çiləsində qar, buz burdan, əlində bənövşə dəsdəsi duruf gəlir. Onda ona vergi verilir, hər şeyi də bilirmiş.
III mətn
Şıx Həsənin evinin damı idi. Onun üsdündə iki-üş nəfər oturmuşdu. Bir kotançı sancılanır. Sancılananı biri dalına alır gətirir evə. Özü gələ bilmir. Bunnar da üş nəfər oturmuşmuş. Şıx Həsən gülür. Güləndə yanında oturannar deyir ki, Həsən kişi, niyə güldün?
Deyir:
– Heç, elə-belə.
Deyillər:
– Yox ey, burda üş nəfərih, bizə gülürsən?
Deyir:
– Yox ey, sizə gülmürəm. Ölü dirini dalına alıf aparır, ona gülürəm.
Aradan üş gün keçir, həmən sancılanan dirilir, onu dalına alıf aparan ölür.
IV mətn
Bir gün [Şıx Həsən] arvadına deyir ki, yazı yazan gəlifdi. Tez böyüh qazanı gətir maa. Arvad gedir, gej gəlir. [Yazı yazan] kürəyinə yazıf gedir. Qazanı gətirəndə deyir:
– Lazım döyül, qaytar apar. Gej gətirdin, yazdı kürəyimə.
Əgər o qazana yazsaymış onun bütün nəsli-kökü şıx olajeymiş.
V mətn
Onun sınanmış bir əhvalatını danışım. Bir nəfət buna inanmır. Belə oturuf danışıllar. Deyir ki, əşi, ola bilməz. Bular da təndirə çörək yapırmışdar. Deyir ki, əgər onda şıxlıx varsa, bu çörək bişəndə gəlsin birinci çörəyin başınnan kəssin. Qaranlığ imiş ha. Çörək bişir. Onnar da dağın başında olurmuşdar. Nə qədər yoldu. O vaxdı da telefon yoxdu axı, kimsə kiməsə desin. Arada da nə qədər yol vardı. Birinci çörəyi təzəcə götürüf yerə qoyanda qapını açıf girir içəri. Həmin adam məətdəl qalır. Kəsir çörəyi, qoyur. Çıxmax isdiyəndə bu adam deyir ki, otur biznən çörək ye də. Deyir:
– Sən demədin axı çörək yesin. Dedin çörəyin birincisini kəssin. Mən onu yeyə bilmərəm, o mənə haram ola.
Bu əhvalatı görənnər çox oluf.
VI mətn
Şıx Həsən, Şıx Hüseyn mənim nənəmin dayıları oluflar. İki qardaş oluflar. Canım qurvan onun ojağına, çox sınaxlı imişdər. Ata nənəm yatmışdı. Birdən durdu ayağa. Mən də birinci uşağa hamiləyəm. Bu arvad yuxudan durdu:
– A bala, hanı o uşax, nejoldu o uşax? Bir oğan uşağı vardı buralarda.
Dedim:
– Arvadın başı xaraf oluf, niyə belə deyir? Burda uşağ var?
Dedi ki, Şıx Həsən dayım belə ağzının lığavınnan çəkdi uşağın üzünə. Nəysə, bir aydan sora mənim bir oğlum oldu. Gördük ki, bunun üzündə iki dənə para ay şəkli var. Biri beləsinədi, biri beləsinə. Həmin oğlum indi də durur.
Apardım ojağa hərrədim. Bir kadının da uşağı olmurdu. Deyir mana gətirdi qoz verdi. Dedim ki, ay dayı, sən allah, filankəsin də uşağı olmur da. Ona da ver, aparım verim. Onun neçə illər boyu uşağı olmurdu. Ona da verdi, dedi: “Apar verginən”. Elə bil ki, bu [qadın da] uşağı aparıf qəvrin üsdünə hərriyəsiymiş. Mən də yemək qayırdım, halva çaldım. Qaynımın uşaxları vardı, onnan barabar arvad apardı onun qəvrinin üsdündə yan-yörəyə payladı.
VII mətn
Qardaşın biri rəhmətə gedir. O biri qardaş gedir qışın qarında onun qəvrinin üsdünnən bənövşə yığıf gətirirmiş. Qonum-qonşu deyirmiş ki, sən onu hardan yığmısan bu qışda? Deyir ki, qardaşım verdi. O hara gedirmişsə, ona deyirmişdər sənin kürəyində şıxlıx var.
VIII mətn
Bizim kəntdə bir nəfər oluf, adı yadımdan çıxıf. Hər gün çıxırmış ki, Şıx Həsənin qəvri üsdündə işıx yanır. Bir ay, iki ay, üç ay, axırı bu kişi dözmür, arvadına deyir. Arvadına deyənnən sora o işıx yoxa çıxır.
68. KƏBLƏ İSMAYIL
Kəlbə İsmayıl adında nənəmin bir bibisi oğlu vardı. Onun bir də ağ atı vardı Vejnəvirdə. Bizim kətdən oyana Vejnəvird kəndi vardı. Bı durur bir yük bığdanı, – bir yük deyəndə tayı əlli kilo, – yüz kilo bığdanı yühlüyür ata, alır yedəyinə. Bizdərdə həylə su yoxudu, bılaxlarıdı. Bu gəlir Malakeşinə dəyirmana. Dəyirmançıya deyir ki, ay əmi, salam-məleyküm.
Deyir:
– Əlöykət-salam.
Deyir:
– Bu gecə mənim taxılımı üyüdərsən dəyirmanda?
Deyir:
– Bəli, bala, düşür. Bu gecə sənin taxılını üyüdüm, səhər tezdən çıx get.
Gedir atı düşürür. Üsdəki dən bitir, bının dənini başdıyır. Bı kişi deyir ki, taxılın çıxannan sora get suyu sav, gəl otu içəridə, mən də gələcəm. Bı kişi gedir əvə. O vaxt da çörəh-zad tapılmırdı. Qonşusuna deyir ki, filan yerdən bir kişi gəlif, bir yüh bığda gətirif. Gedax, o kişini öldürax, taxılını götürəh. İkisi gəlillər, qapını açıllar, deyillər:
– İsmayıl, azalıf işıxlanmağa, getməh isdiyirsən?
Bı kişini çəkillər çölə. Həmən dəyirmanın da böyrü böyüh çaydı. Bı kişini aparıllar çayın qırağına. Bı kişinin başını kəsillər, qumu eşillər çayın qırağında, basırıllar quma. Atını da gətirif bıraxıllar altdan-yuxarı kəndə. Qurban olum Allaha. “Allahın məsəli əla Məhəmməd və ali Məhəmməd”. Allah-taladan bir zat gəlir. Kişinin boynunu bitişdirir, ordan çıxardır. Kişi çıxır, baxır görür ə, boynu qannıdı, amma nəysə həmən boynu dəyil dana.
Xulasey, gəlir axtarır, atını tapır. Atını minir gəlir düz kəndə. Taxıl yoxdu da, taxılı aparıf yeyiflər. O vaxdan kişiyə vergi verildi. O kişini mən görmüşdüm ey. O kişi çörəh yemirdi. Onun bir belə kisəsi vardı. Kisədə kişmiş yekəliyində dənələr vardı. Onnan birini götürüf qoyurdı ağzına, sümürürdü, sümürürdü, sümürürdü, çərəkəsini öynədirdi. O deyirdi ki, bı hökumət çox gözəl hökumətdi, bir dövr gələcəh, bir başı xallı kişi gələcəh, bı ölkəni eliyəcəh alt-üsd. Bu da kim ola, kim ola Qarbaçov. Bı kişi bı sözü deyir, yoxa çıxır. Yerə-göyə zincir saldılar, kişini tapa bilmədilər. Kişi itdi, qeybinnən yox oldu. Kişini bırdan götürüllər qurban olduxlarım, düz aparıllar Məkkiyə. Aparıf kişini qoyullar Məkkiyə. Kişi başdıyır orda bağban işdəməyə. Orda ancax xurma ağaşdarı olur da. Xurma ağaşdarını suvarır, gül becərir. Bırdan Məkkəyə gedən adamın biri görür ki, bı bağban həmən Kəlbə İsmayıldı. Əyə, bı bırda nə qəyirir. Yaxınnaşır ki, gedə bınnan danışa, kişi bir sirr olur, itir. Xülasey, həmən adam qayıdır gəlir kəndə, hay salır ki, bəs mən İsmayılı Məkkədə gördüm. Yaxınnaşdım ki, danışam, yox oldu, itdi, tapa bilmədim.
Bı rəvayəti bibimiz Şahnisədən eşitmişih.
69. KƏBLƏ FƏRZALI
Babam Kərbəlayı oluf. Onun bir kirvəsi varmış, o da Kərbalıymış. Babam bir gün arvadına deyir:
– Fatı.
Qocamın adı Fatıdı, nənəmin. Deyif:
– Nədi Fərzalı?
Deyif:
– Gedəjəm bir Kəblə Bəşirnən söhbət eliyim, gələjəm axşam.
Qocam da yığıf, yığışdırıf, bu Kəblə Fərzalı babam gedif Kəblə Bəşirgilə. Qədimidən o oğlunu qoyuf bının qucağına, bı da oğlunu qoyuf onun qucağına. Mənim babamın dörd oğlu varmış, onun da dörd-beşdimi bilmirəm. Kirvədilər, qədimi kişidilər. Mənim babamın qədimisi Ağdamnandı. Babam gəlif görüf bıra gözəl yerdi, dəvlətdidi, qocamı da bəyənif, elə bırda qalıf. Onnan da sürüsü, malı, devləti aşıf-daşıf. Sora Kərbəlaya gedif bizim kətdən – Xannı kəndinnən. Duruf gedif. Kəblə Bəşir deyif ki, Kəblə Fərzalı gəlif, dubara gətirin kəsin. Bınnan irəli qoyunnarın içinə bir dubara qoyardılar ki, sənin kimi bir dost gələndə dubara kəsilsin. Day qoç, erkəh, qoyun bılar qədimi ətdi. Dubara böyün qoyun doğuf ha, quyruğu olurdu bu boydana, onu kəsirdilər. Adam yolluyuf, gedif çobanın yanına. Çoban gətirif bir dubara varmış, verif bına ki, get. Bı dubaranın da anası xəsdələnif ölüf, onu keçi əmizdirif. Mənim babam Kəlbə Fərzalı gedif, bını gətirif kəsiflər, şiş kavav eliyiflər, yeyiflər, içiflər, danışıflar, sööbət eliyiflər. Mənim babam duruf gəlmağa. Deyif:
– Kəblə Bəşir, uşaxları yolla atımı gətirsin, mən gedim. Fatı mənnən indi niyarandı.
Duruf bu gələndə deyif ki, Kəblə Bəşir, mənim qarnım söz qavı dəyil. Mən getdim, day demə ki, Kəblə Bəşir mana dübara kəsdi. Deynən bir çəpiş kəsdi. Səni iyid öləsən, kişi. Deynən, bir çəpiş kəsdi. Babam atdanır gedir. Deyir, tay sözümü dedim. Kəblə Bəşir adam yolluyur ki, gedin çobana deyin gəlsin bıra, görüm Kəblə niyə belə dedi. Ona fikir ver e, nənən qurban, ona fikir ver ki, babam nə çoxbilmiş imiş. Kəblə Bəşir deyir:
– Çoban, mən saa demişdim çəpiş yolla? Sən niyə çəpiş yollamısan?
Deyir:
– Kərbəlayı, a sənin başına dolanım, sənin dubaran oydı, onu da yolladım. Sizin qızıl qulaxlı qoyunun balasıydı. Anası öldü, o qoyuna tutdux, bu keçiyə tutdux, dübaralıx elədih qoşdux heyvana. İndi bircə karrı o dübaraydı, onu da yolladıx sizə.
Deyir, Kəblə Bəşir iki əlini qaldırıf çırpır başına:
– Vay evi yıxılan mənəm, oğlu ölən mənəm, gör, ətin dadınnan bilif ki, heyvan keçi südü əmif.
70. ƏLİ BULAĞI VƏ NARLIQ MEŞƏSİ*
I mətn
Ağdam rayonunun Gülaplı kəndi var. İsdiyip cənab Əli orda namaz qıla, görüp kü, su yoxdu. İsdiyir atını bağlıya, görür atını bağlamağa yer yoxdu. Görüp orda nəysə uşax özünə ojax qayırıp, nar ağacı var, kösöy var. Götürür kösöyü soxup yerə, atını bağlıyıp ona. Bu səfər görüp su yoxdu dəsdəmaz almağa, çəkir qılıncı dağa belə, ordan su pakqıldıyıp əyinnən bəri. Görüp dağ uçajax da, bərk kəsipbiş, əlini belə yapışdırır kı, dayan. Əlii xəmirə yapışdırarsan e, bax, heylə yapışıp dağa, dağ dayanıp. Əlinin yeri bax heylə qalıp. Həmən ordan bulax çıxır, Əli bulağı deyillər. Başdıyıp dəsdəmaz alıp, qayıdıp namaz qılıp. Atı da o kösöyə bağlamışmış, həmən kösöv bitip, olup nar ağacı – narrıx. Həmən onüçün deyillər Əli bulağı, Əli bulağı. Axı ora Cənab Əli nar əkip.
İndi uşağı olmuyannar niyyət eliyip ora yüyrüh asıllar, ocaxdı da. Əgər yüyrüh tərpənsə, deməh, uşağın olacax.
II mətn
Bizdə Əli bılağı varıydı. And olsun Allaha ki, o bulax müqəddəs bir bulağıydı. Yanı daşın üsdündə nar ağacı pitmişdi, nar ağacının bir tərəfi qızılgül gətirirdi, bir tərəfi nar gətirirdi. Piridi, ziyaratgahıdı. Yanı bını bizim kəndin camahatı, qıraxdan gedənnər də görmüşdü kü, nar qızılgül gətirir, sora meyviyə çevrilirdi. Bütün bulaxlar, günbatannan çıxır, gündoğana doğru axır. Amma o nadir bulaxdı ki, gündoğannan günbatana doğru axırdı. Özü də sırf daşın içinnən çıxırdı, elə də guruydu ki, elə bil arteziyanın suyu gəlir, bax, heylə. Orda bir qaya var, üsdündə pəncə var, Əli pəncəsi deyillər. Rəvayət eliyillər ki, qaya gəlirmiş, Əli əlini verif dəə onun qavağına. Soralar da, bax, onun üsdünə erməni xaç çəhmişdi. O xaç çəkən erməninin külfəttinnən bir nəfər də qalmadı, hammısı qırıldı. Ona görə də ermənilərin o dağa inamları varıydı. Onnar pütün ayləlihcə bir gejənin içində qırıldı. Pərpətöyünnən zəhərrənmişdilər.
III mətn
Bizdə Əli bılağı vardı. Deməli, Həzrət Əli o vaxdı bir dənə quru kösöyü sancır yerə, atını bağlıyır ora. Çox bərh susdamışımış. Qılıncını belə çəkir dağa Əli, qurban olduğum, bı daş belə paralanır. Belə hesav elə, bı öyün bir hissəsi paralanıf gedif tüşmüşdü ora, tüşəndə əlini belə qavağına vermişdi, əli elə bilginən ki, xamıra batan kimi daşa batmışdı. Görür ki, dağ gedir, əlini belə verir qavağına, əli xamıra batan kimi batmışdı. Həmən bulax o iki daşın arasınnan çıxmışdı. Əlinin birini yerə qoymuşdu, bir də dizini, ordan su işmişdi. Dizinin də, əlinin də daşa izi düşmüşdü. Orda erməni sora əlinin üsdə xaş çəhmişdi. Dedilər, o erməninin kökü nətər kəsilifsə, bir quyrux buluyanı da qalmıyıf. Bax, o quru kösöy də göyərmişdi. Həmən bılağın üsdündə bir dənə nar kolu çıxmışdı. Bax, o nar kolu üç hissiyə bölünmüşdü. Onun biri qızılgül açırdı, ikisi nar gülü açırdı. İki zuğu nar gülü açırdı, bir zuğu qızılgül. Köhdən çıxan narıydı. Üş dənə zuğuydu. İndi birinin uşağı olmurdu, aparıb həmən narda yüyrüh asırdı. İçinə daş qoyurdu, əyəm o yüyrüh yüyründü, bilginən onun züryəti olajax, yüyrünmədi, olmıyajax. Qəbir-zad, hes zad yoxuydu. Atını bağladığı kösöy göyərmişdi. İndi ona görə çox adam deyir ki, quru kösöyü göyərdən Allah, sən bu nəziri qəbul elə. İndi kimin ki qurbanı qəbuludu, gətiriv orda kəsirdi, kavaplıyırdı, paylıyırdı.
71. SOFU RÜSTƏM PİRİ
Bizim kəndin* şərqində, günçıxanında ojax dağdağan vardı, dörd-beş dənə dağdağan ağacı var. Onun xırda-xırda meyvəsi olur. Bir övliya Arazın o tayınnan gəlip orda ölüp, orda dəfn olunup. Bu ərazi qədimlərdə məşhur meşəlih oluf. Orda parçalar, yaylıxlar asırdılar ağaşdan. Meşədən donuz, vəhşi qaban gəlir, tüşür bunun ayaxlarına, yatır. Camaat qışqırır, qonşu kəntdərdən gələnnər qışqırır ki, donuz gəlib bizi parçalıyıv eliyər. Həmən o Rüsdəm oğlu kimdisə o deyir ki, dəymiyin, donuz maa biyət elədi, zəngişallılar maa inanmadı. Xam donuz maa inandı, gəldi mənim əyaxlarıma döşəndi. İndi ora qalır, ağaşdar durur, onnan sora qəvir də durur, başdaşı qırılıf, amma genə həmən daş orda durur. Vaxdilə o pirə gedirmişdər. Amma indi orda hər şey olduğu kimi durur, amma başdaşı qırılıp.
72. EŞQ ABDAL PİRİ
Üçoğlan kəndinin lap bəriki hissəsi Səfərli kəndidi. Səfərli kəndinin qəbirsannığında müqəddəs bir pir var. Eşq qızın adıdı, Abdal oğlanın adıdı. Bir-birinə olan isdək-məhəbbət ona gətirir çıxardır ki, atası qızı verməh isdəmir oğlana. Qız da oğlana qoşulub qaçır. Onnarın dalınca atdılar çapa-çapa gəlillər. Ta görüllər ki, elə vəziyyətdi ki, hara getsələr tutulacaxlar, öldürüləcəhlər. Deyillər ki, ya rəbbim, bizi ya daş elə, ya bir qəbir elə, ya bir nəsə, qoşa eyni yerdə dünyamızı dəyişəh. Həmən orda bir qoşa qəbir var. Üsdündə bir köhnə formada palçıxdan suvanmış, məsələn, çubuxlarnan hörüflər, möhürə deyillər ona, palçığın içinə saman qatıb qarışdırıl-lar, o çubuxları hörüllər, hörənnən sora onu içəridən suvuyullar. Üsdü də o formada, elə bil qəbir ətrafında məqbərə formasındadı. Kimin qəlbində nə niyyəti varsa, hasil olması üçün ora gedillər. Qəbirsannıxda ağac çoxdu. Dili tutulan gəlir, bırda dili açılır.
73. DAMCI BULAQ
Kəndimizdə Damcı bulax varıydı. Deməh olar ki, ojax kimiydi, onun üsdünə arax aparanda işməyə, o bulax quruyurdu. Nööbəti ilə kimi qurumuş qalırdı, nööbəti il genə başdıyırdı gəlməyə. Bir də aparsan, bir də quruyajıydı. Elə suydu ki, bir dəyqə əlii belə saxlıyəmməzdin, kəsirdi o sahad.
74. GƏLDİM QAYASI*
Deyillər, qayadan hər axşam səs gəlir. Deyir ki, gəldim, gəldim, gəldim. Bir gəlin inək sağırmış. Bir gün deyir ki, əşi, gəldin, gəl da, cəhənnəmə gəl. O dəyqə həmin qaya uçur, gəlini inəkli-zadlı basır öldürür. Minkəndə sarı gedəndə həmin ocaq görünür. Köhnə dam kimi kümbəz idi. Dərənin içində, çala kimi yerdə yerləşirdi. Ordan keçəndə deyirdilər ki, ora ocaxdı, pirdi. Bəs belə bir hadisə oluf.
75. QAYB OCAĞI*
Qeybinnən yaranmış ojağ oluf. Göbəyinnən bir dənə ərik ağacı çıxıf. Hər gedən bir haftafa su aparır, o ağacı suluyur. Qayb ojağında metr yarım boyunda sal daşı vardı, “dalax daşı” deyirdilər ona.
Novruz bayramında at çaparmışdar. Bir dənə oğlan atı minir mərcnən ki, sənin atın mənim atımı keşsə, yəhərri-zadı düşüf verəjəm sənə. Həmən cavan uşağ gəlif bunu keçif gedir. Çıxardır naqanı, o daşa bir güllə çaxır. Güllə dəyir, daş ortadan carğanaxlıyır. O daşa güllə atdığına görə, onun bir tərəfi quruyuf qaldı. Öldü həmən adam.
Saatlı rayonundakı qaçqın şəhərciyində məskunlaşmış Füzuli rayon sakinindən qeydə alınıb.
Dostları ilə paylaş: |