Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


AZƏRBAYCANLI ALİMLƏR ƏRZİNCAN ELMİ SİMPOZİUMUNDA



Yüklə 1,81 Mb.
səhifə20/20
tarix24.05.2018
ölçüsü1,81 Mb.
#51187
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   20

AZƏRBAYCANLI ALİMLƏR ƏRZİNCAN ELMİ SİMPOZİUMUNDA
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklo­runun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə müntəzəm olaraq məş­ğul olur. Bu baxımdan Folklor İnstitutunda mütamadi olaraq düzənlənən Ulus­lara­rası folklor simpoziumları, konfranslar və digər elmi tədbirlər mühüm əhəmiyyət da­şı­yır. İnstitut alimlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Gür­cüstan, Tatarıstan, Türk­mə­nis­tan, Şimali Kipr Türk Respublikası, Dağıstan və s. ölkələrdə keçirilən elmi təd­bir­lərdə iştirakını da bu sırada xüsusi olaraq qeyd etmək lazımdır. Bu tədbirlərdə Fol­klor İnstitutunun alimləri fəal iştirak edir, tədbirlərin sonunda çap edilən kon­frans və simpozium materiallarında onların adları, məqalələri və tezisləri yer alır. Belə elmi tədbirlərdə türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumi­ləş­dirirlər.

Belə tədbirlərdən biri də 2017-ci il may ayının 11-13-də Türkiyənin Ərzincan şə­hərində Ərzincan Universitetinin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜP), iş­bir­liyi, Ərzincan Bələdiyyəsinin və TİKA-nın dəstəyi ilə Ərzincan Universitetində düzənlənən “Uluslararası Axıska Türkləri Simpoziumu” oldu. Simpozium Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Türkiyənin elmi-ədəbi, eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində – 11-12-13 may tarixlərində Ərzincan Üniversitetinin iclas salonlarında baş tutdu.

Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, Türkiyənin və dünyanın 9 ölkəsindən 170-dən çox alim və tədqiqatçının tezis və məruzələri Simpoziumun təşkilat komitəsinə daxil olmuşdur. Dəyərləndirmə za­ma­nı onlardan 135-nin 9 başlıq altında proqrama salınması məqsədəuyğun hesab edilmiş­dir. Simpozium proqramında türkiyəli alimlərlə yanaşı, doqquz xarici ölkədən olan təd­qiqatçı alimlərin məruzələri yer almışdı. Azərbaycandan gələn nümayəndə heyəti 10 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akade­miyasının Folklor İnstitutunun alim və tədqiqatçıları: AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar idi. Onlarla yanaşı, Ərzincan Simpozyumunda Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Ədəbiyyat İnsti­tutunun Gənc Alimlər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Baba­yeva, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları: Elxan Yurdoğlu (Məm­mə­dov), Asəf Orucov, Bağır Babayev və başqaları da iştirakçılar sırasında idilər.

Simpozium öz işinə may ayının 11-də Ərzincan Universitetinin Böyük ic­las sa­lo­nunda açılış (plenar) iclası ilə başladı. Simpozium Sayğı duruşundan sonra İstiqlal Mar­şının sədaları ilə açıldı. Simpoziumu giriş sözü ilə Ərzincan Bələ­diy­yəsinin mə­sul işçisi Mehter Takım açaraq Simpozium iştirakçılarını təbrik etdi və Sim­­po­ziuma öz işində uğurlar arzuladı. Sonra Simpoziumda Ərzincan Valisi Ali Arslan­taş, Ço­rum Millət­vəki­li və TBMM İdarə rəisi Salim Uslu, Ərzincan Uni­ver­­sitetinin rektoru Prof. Dr. İlyas Ça­poğ­lu, Üzümlü İlçesi Kaymakamı Fatih Acar, Dünya Axıska Türk­ləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov və başqaları çıxış edərək Simpoziuma dəvət olun­muş alimləri və tədqiqatçıları salamladılar. Çıxış edənlər Ahıska topraqlarının, Anadolu və Türkiyə üçün "açar olduğunu" qeyd edə­rək, oradan qovulan, yurdsuz-yuvasız edilən Ahıskalıları “qəhrəman” adlandır­dılar. On­lar Simpoziumun bu cür geniş tərkiblə keçiril­məsinin mühüm elmi-sosial əhə­miyyət daşıdığını xüsusi olaraq vurğuladılar.

Açılış iclasından sonra Simpozium iştirakçıları dörd salonda öz işlərini davam etdirmişlər. Simpozium iştirakçıları may ayının 12-də yenə eyni salonlarda fəaliy­yətlərini davam etdirmişlər. Bu iclaslarda adı keçən ölkələrin tanınmış elm adamları ilə yanaşı, AMEA Folklor İnstitutunun alim və tədqiqatçıları da biri-birindən məz­mun­lu məruzələrlə çıxış etdilər. Həmin gün AMEA Folklor İnstitutunun “Müasir fol­klor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Oru­cov “Axıska Türk Fıkralarının Başlıca Özellikleri”, Folklor İnstitutunun “Məra­sim folkloru” şöbəsinin böyük elmi işçisi, filolo­gi­ya üzrə fəlsəfə doktoru Atəş Əhmədli “Ahıska Türk Folklorunda Vatan Özlemi (Maniler – Bayatılar Esasında)” institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar “Аhıskаlı Âşık Sefi: Hayatı ve Sanatı” mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirak­çılar: Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova “Ahıska Türklə­rində “Koroğ­lu” Dastanı”, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filolo­gi­ya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva “Salkım Söğütlerin Göl­gesinde” Roma­nı’nda Çatışma”, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları olan Elxan Yurdoğlu “Azerbaycandan Toplanmış Ahıska Türklerinin Manilerinde Facialı Yaşam Öyküleri”, Asəf Orucov “Nahçıvan ve Ahıska Türklerinde Adetler ve İnanc­lar”, Bağır Babayev “Eski Çarlık Rusiyasından Sovyetler Birliğinin Çöküşüne Ka­dar­ki Coğrafyada Yaşamış Ahıska Türklerinin Tarihi Kaderi ve Orada Azerbaycanın Yeri Hakkında” adlı məruzələrlə simpoziumda çıxış etdilər.

Mayın 12-də – günün sonunda Ərzincan Üniversitetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Ərzincan Valisi Ali Arslantaş, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov, DATÜB-ün baş katibi Fuat Uçar, Üzümlü İlçesi Kay­ma­kamı Fatih Acar və başqalarının iştirakı ilə “Uluslararası Axıska Türkləri Simpoziu­mu­nun” bağlanış iclası keçirildi. Bağlanış iclasında bu beynəlxalq tədbirin işi dəyərlən­dirildi və Simpozium iştirakçılarına iştirakçı bəlgələri və hədiyyələr təqdim edildi.

Yüksək səviyyədə qarşılanaraq Şanlı Urfa şəhərinin “Böyük Erzincan oteli” və “Sinay otel” meh­manxanalarında yerləşdirilmiş qonaqlar may ayının 13-də Ərzincan şəhərinin bir sıra görməli yerlərini, eləcədə Erğan dağını, “Girevli Şəlaləsini” gəzdilər. Elə həmin gün Simpozium iştirakçıları Ərzincanın Üzümlü ilçəsində yerləşdirilən Axıska türklərini ziyarət etdilər, oların həyat və məişəti ilə yaxından tanış oldular.

Axşama yaxın Ərzincan Simpoziumunun iştirakçılarınının bir hissəsi av­to­bus­larla Ərzincan şəhərinin mərkəzi avtovağzalına, digər bir hissəsi isə şə­hərin hava limanına gətirilib öz vətənlərinə yola salındılar.


Tahir ORUCOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent


AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

e-mail:tahiroruclu@gmail.com

MÜNDƏRİCAT
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar

Əbülfəz QULİYEV. “KİTABİ-DƏDƏ QORQUD”UN DİLİ

PROFESSOR M.TƏHMASİBİN ARAŞDIRMALARINDA 3

Sevda QASIMOVA. “KİTABİ-DƏDƏ QORQUD” ULU ÖNDƏR

HEYDƏR ƏLİYEVİN BAXIŞLAR SİSTEMİNDƏ 11

Asif HACIYEV. “DƏDƏ QORQUD” EPOSUNDA ŞAMAN

GÖRÜŞLƏRİNİ ƏKS ETDİ­RƏN BƏZİ MƏQAMLAR 18

Aynur FƏRƏCOVA. “KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QƏHRƏ­-

MAN VƏ CƏMİYYƏT MÜNASİBƏTLƏRİNİN TƏZAHÜR TİPLƏRİ 27
Folklorşünaslıq: problemlər, tədqiqlər

Ramazan QAFARLI. RomantİK DÜŞÜNCƏNİN mİfopoetİk

as­pekt­LƏRİ 36

Füzuli BAYAT. MÜASİR FOLKLORUN BƏZİ MƏSƏLƏLƏRİ 46

Kamil HÜSEYNOĞLU. AZƏRBAYCANLILARDA VƏ FARSLARDA

NOVRUZ ƏNƏNƏ­LƏRİNİN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ 54

Seyfəddin RZASOY. “ALTAY BUUÇAY” DASTANININ

RİTUAL-MİFOLOJİ STRUKTURU 64

İslam SADIQ. NƏSİMİNİN BİR MƏSNƏVİSİNDƏ YARADILIŞ

MOTİVLƏRİ 70

Ağaverdi XƏLİL. KAMİL VƏLİ NƏRİMANOĞLUNUN

ARAŞDIRMA­LA­RIN­DA OĞUZ EPOSUNUN TƏDQİQİ MƏSƏLƏLƏRİ 75

Əziz ƏLƏKBƏRLİ. AZƏRBAYCAN FOLKLORUNDA DƏVƏ VƏ

DƏVƏÇİLİKLƏ BAĞLI DEYİM VƏ RƏVAYƏTLƏR (Qərbi Azərbaycan

folkloru materialında) ...................................................................................................85

Sərxan XAVƏRİ. FOLKLORUN FUNKSİONAL STRUKTURU

MƏDƏNİ FUNK­SİONAL­LIQ KONTEKSTİNDƏ 91

Hikmət QULİYEV. VİRTUAL KOMMUNİKASİYA MÜHİTİNDƏ

FOLKLOR PROSES­LƏRİ VƏ ALBERT EYNŞTEYN OBRAZI 99

Ləman VAQİFQIZI (SÜLEYMANOVA). MÖVLUD MƏRASİMİ

(Şəki-Zaqatala bölgəsindən topladığımız folklor materialları əsasında) 116

Yadulla ƏLƏKBƏROV. “AZƏRBAYCAN NAĞILLARINDA MİFOLOJİ

PER­SO­NAJLAR” PROB­LEMİNİN NƏZƏRİ ƏSASLARI 124

Fəridə MİRİŞOVA. AŞIQ ŞAKİR YARADICILIĞINA BİR NƏZƏR 130

Aytən CƏFƏROVA. ORDUBAD FOLKLOR MÜHITİNDƏ

AŞIQ YARADICILIĞI VƏ DASTANÇILIQ ƏNƏNƏSİ...........................................136
Azərbaycan folklorundan yeni nümunələr. QAX FOLKLORU 143
Qardaş türk folklorundan örnəklər.

Qəhrəmanlıq salnaməsi – “Edigey” dastanı 158

EDİGEY” DASTANI (noqay variantı) 162


Rəylər. SEYFƏDDİN RZASOY: ŞƏXSİYYƏT VƏ ALİM HAQQINDA

ESSE-RESENZİYA. Qalib SAYILOV 180
Folklorşünas təqvimi

FOLKLORŞÜNAS SEYFƏDDİN QƏNİYEV. Mahmud ALLAHMANLI 187
Folklor həyatından. AZƏRBAYCANLI ALİMLƏR ƏRZİNCAN ELMİ

SİMPOZİUMUNDA. Tahir ORUCOV 191



CONTENTS
Gorgud studying: investigations, discoveries

Abulfaz GULIYEV. THE LANGUAGE OF “KITABI-DADA GORGUD”

IN PROFESSOR MAHAMMADHUSEYN TAHMASIB`S INVESTIGATIONS 3

Sevda GASIMOVA. THE EPOS “THE BOOK OF DEDE GORGUD”

IN THE NATIONAL LEADER HAYDAR ALIYEV’S OPINION SYSTEM 11

Asif HAJIYEV. SOME POINTS REFLECTING SHAMAN VIEWS

IN “DEDE GORGUD” EPOS 18

Aynur FARAJOVA. APPEARANCE TYPES OF HERO AND

PUBLIC RELATIONS IN "THE BOOK OF DEDE KORKUT" 27
Folk-lore studies: problems, researches

Ramazan GAFARLI. THE MYTHOPOETIC ASPECTS

OF THE ROMANTIC THOUGHT 36

Fuzuli BAYAT. SOME PROBLEMS OF MODERN FOLKLORE 46

Kamil HUSEINOGLU. DIFFERENCE CHARACTERISTICS

OF TRADITIONS OF NOV­RUZ IN AZERBAIJANI AND PERSIAN 54

Seyfaddin RZASOY. THE RİTHUAL-MYTHOLOGİCAL STRUCTURE

OF THE EPOS “ALTAY BUUCHAY” 64

Islam SADIG. CREATION MOTIVES OF THE WORLD

IN THE ONE DISTICH OF NASIMI 70

Agaverdi KHALIL. THE RESEARCH PROBLEMS OF THE OGHUZ EPOS

IN THE INVESTIGATIONS OF KAMIL VALI NARIMANOGLU 75

Aziz ALAKBARLI. SAYINGS AND LEGENDS DEALING WITH

CAMEL AND CAMEL-BREEDING IN AZERBAIJAN FOLKLORE

(IN THE MATERIAL OF WESTERN AZERBAIJAN FOLKLORE)……………85

Sarkhan KHAVARI. THE FUNCTIONAL STRUCTURE OF FOLKLORE

IN THE CONTEXT OF CULTURAL FUNCTIONALISM 91

Hikmet GULIEV.THE FOLKLORE PROCESSES IN VIRTUAL

COOMU­NI­CATION AND THE IMAGE OF ALBERT EINSTEIN 99

Laman VAGIFKIZI (SULEYMANOVA). MOVLUD CEREMONY (Based

on folklore mate­rials collected from Shaki-Zagatala region) 116

Yadulla ALAKBAROV. THEORETICAL BASIS OF THE MUTHICAL­

PERSONAGES PROB­­LEM IN AZERBAIJAN TALES 124

Feride MIRISHOVA. A LOOK AT THE POETRY ASHUG SHAKIR 130

Ayten JAFAROVA. THE TRADITION OF THE ASHUG ACTIVITY

AND ART OF A NARRATOR IN ORDUBAD FOLKLORE ENVIRONMENT…136
New samples from Azerbaijan folk-lore 143
From fraternal Turkish folk-lore 158
Reviev 180
Calendar of folklore studying 187
From folk-lore life 191

СОДЕРЖАНИЕ
Горгудистика: поиски, открытия

Абульфаз КУЛИЕВ. ЯЗЫК «КИТАБИ-ДЕДЕ КОРКУДА»

В ИССЛЕ­ДО­ВАНИЯХ ПРОФЕССОРА М.ТАХМАСИБА 3

Севда КАСУМОВА. «КИТАБИ-ДЕДЕ ГОРГУД» В СИСТЕМЕ

ВЗГЛЯДОВ ВЕЛИКОГО ЛИДЕРА ГЕЙДАРА АЛИЕВА 11

Асиф ГАДЖИЕВ. НЕКОТОРЫЕ МОМЕНТЫ, ОТРАЖАЮЩИЕ

ШАМАН­СКИЕ ВЗГЛЯДЫ В ЭПОСЕ «ДЕДЕ КОРКУТ» 18

Айнур ФАРАДЖОВА. ПОЯВЛЕНИЯ ТИП ГЕРОЯ И

ОБЩЕСТВЕННЫЕ ОТНОШЕНИЯ В "КНИГЕ ДЕДЕ КОРКУТ" 27
Фольклористика: проблемы, исследования

Рамазан КАФАРЛЫ. МИФОПОЭТИЧЕСКИЕ АСПЕКТЫ

РОМАНТИЧЕС­КОГО МЫШ­ЛЕНИЯ 36

Физули БАЯТ. НЕКОТОРЫЕ ВОПРОСЫ СОВРЕМЕННОГО

ФОЛЬКЛОРА 46

Камиль ГУСЕЙНОГЛУ. ОТЛИЧИТЕЛЬНЫЕ ОСОБЕННОСТИ

ТРА­ДИ­ЦИЙ НОВ­РУ­ЗА У АЗЕРБАЙДЖАНЦЕВ И ПЕРСОВ 54

Сейфаддин РЗАСОЙ. РИТУАЛЬНО-МИФОЛОГИЧЕСКАЯ

СТРУКТУРА ЭПОСА «АЛТАЙ БУУЧАЙ» 64

Ислам САДЫГ. МОТИВЫ СОТВОРЕНИЕ В ОДНОМ

МЕСНЕВИ НАСИМИ................................................................................................ 70

Агаверди ХАЛИЛ. ВОПРОСЫ ИЗУЧЕНИЯ ОГУЗСКОГО ЭПОСА

В ИССЛЕДО­ВАНИЯХ К.В.НАРИМАНОГЛУ 75

Азиз АЛЕКПЕРЛИ. ВЫСКАЗЫВАНИЯ И ЛЕГЕНДЫ,

КАСАЮЩИЕСЯ ВЕРБЛЮДА И ВЕРБЛЮЖЬЕ В АЗЕРБАЙДЖАНСКОМ

ФОЛЬКЛОРЕ (в материале фольклора Западного Азербайджана)...................85

Сархан ХАВЕРИ. ФУНКЦИОНАЛЬНАЯ СТРУКТУРА ФОЛЬКЛОРА

В КОНТЕКСТЕ КУЛЬТУРНОЙ ФУНКЦИОНАЛЬНОСТИ 91

Хикмет КУЛИЕВ. ФОЛЬКЛОРНЫЕ ПРОЦЕССЫ

В ВИРТУАЛЬНОЙ КОМ­МУ­НИ­КАЦИОННОЙ СРЕДЕ И ОБРАЗ

АЛЬБЕРТА ЭЙНШТЕЙНА 99

Ляман ВАГИФГЫЗЫ (СУЛЕЙМАНОВА). ОБРЯД МОВЛУД

(Собранные нами фоль­клор­ные материалы с Шеки-Закатальского региона) 116

Ядулла АЛЕКБЕРОВ. ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ ПРОБЛЕМЫ

«МИ­ФИ­ЧЕСКИЕ ПЕРСОНАЖИ В АЗЕРБАЙДЖАНСКИХ СКАЗКАХ» 124

Фериде МИРИШОВА. ОБЩИЙ ВЗГЛЯД НА ТВОРЧЕСТА

АШУГА ШАКИРА 130

Айтян ДЖАФАРОВА. АШЫГСКОЕ ТВОРЧЕСТВО И ТРАДИЦИЯ

ЭПИЧЕСКОГО СКАЗИТЕЛЯ В ОРДУБАДСКОЙ ФОЛЬКЛОРНОЙ СРЕДЕ...136
Новые образцы Азербайджанского фольклоре 143
Из тюркского фольклора 158
Рецензии 180
Календарь фольклориста 187
Из жизни фольклора 191

Dədə Qorqud”.



E

lmi-ədəbi toplu, 2017/1.

Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017.
Ədəbi işçilər:

Sənubər Kərimova

Qumru Şəhriyar
Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli
Operator:

Məhsəti Süleymanova
Kompüter tərtibçisi:

Aygün Balayeva


Kağız formatı: 60/84 32/1

Mətbəə kağızı: №1

Həcmi: 196 səh.

Tirajı: 300

Toplu “Elm və təhsil” nəşriyyat-poliqrafiya mərkəzində

hazır diapozitivlərdən ofset üsulu ilə çap olunmuşdur.

Toplunun üz qabığındakı şəkil: Mirzəxan Qafarovun

Dədə Qorqud” lövhəsi



Ünvan: Bakı, 370004, 8-ci Kiçik Qala döngəsi, 31

Tel: 492-93-14; Fax: 492-93-14

E-mail ünvanı: dede.qorqud.11@mail.ru



1 Əliabad qəsəbəsinin 10800 nəfər sakini var. Əhalinin əksəriyyətini inqiloylar təşkil edir. Kənd 12 tabundan iba­rətdir (Hər tabun bir nəsildir). Tabunları Sovet dövründə briqada da adlandırırlar. Kəndin İcra Nü­ma­yən­dəsinin müavini Şabanov Ramiz Feyzulla oğlunun verdiyi məlumata görə, 1881-ci ildə Əliabadda rus-ta­tar məktəbinin açılması barədə Qafqaz canişinliyi əmr verib. 1883-cü ildə isə “Kaf­kaz­skiy kalendar” jur­nalında həmin məktəbin fəaliyyətə başlaması haqqında məlumat verilib. Azərbaycan So­vet İttifaqının tər­kibinə daxil olandan sonra da, 1944-cü ilədək kənddə birdən-birə Azərbaycan mək­təb­lə­ri bağlanır, ye­ri­nə gürcü dilində məktəblər açılır. Bu dövrdə kənd camaatının bir hissəsi övladlarını hə­min gürcü məktəblərinə göndərməkdən imtina edərək qonşu türk kəndlərinin məktəblərinə göndərməyə baş­ladılar. Hə­min vaxtadək müstəqil xalq sayılan inqiloyların birdən-birə gür­cü­dən dönmə olduğu ten­den­siyası or­ta­ya atıldı. Ramiz müəllimin dediyinə görə, 1961-ci ilədək yazılan gür­cü elmi mənbələrində də inqiloylar müs­­təqil xalq kimi verilir, gürcü hesab olunmurlar. Hətta gürcülərin mənəvi kitabı olan “Kartli suxu­o­ba”da (“Gürcünün həyatı”) bütün gürcü etnosları sayılır, amma onların arasında inqiloyların adı belə çə­kil­mir. 1961-ci ildən sonra nəşr olu­nan ki­tab­lar­da isə inqiloyların müsəlmanlaşmış gür­cülər olduğu ya­zı­lır. Bu da yerli inqiloy ziyalılarının qıcığına səbəb olur. Bəzi söyləyicilər isə kəndin gür­cü­ləş­di­rilməyə baş­lanması tarixinin 1933-cü il olduğunu söylədilər. Hə­min vaxtlardan etibarən də inqiloylar ara­sında xris­tian dinini yaymağa cəhdlər başlandı. Yerli zi­ya­lı­la­rın verdikləri məlumatlara görə, kənddə tez-tez ke­çi­rilən Mövlud mərasimləri əhalini bir növ dinindən dön­məyə qoymadı. Cünki Sovetin döv­rün­də namaz, oruc kimi ibadətlər yasaqlansa da, Mövlud ke­çi­ri­lir­di. Amma həmin dövrdə Mövludlar qa­ran­lıq düşəndən son­ra verilirdi. Daha dəqiq desək, axşam na­ma­zın­dan sonra başlanardı. Olduqca təmtəraqlı ke­­çirilən bu mə­rasim də insanları islama bağlayan çox güclü va­si­tə funksiyasını ye­rinə yetirmişdi. O dövr­­lərdə Möv­lud­lar böyük islam məclisləri idi.

1 Kəndlərdə Hacı Zənnət, Molla Həsən, Yunis Miskin və s. şəxslərin oxuduqları ilahilər də oxunur. Söy­lə­yi­cilərin dediyinə görə, Hacı Zənnət Türkiyəli şairdir, qalan iki şəxs Zaqatala şairləridir.

2 Bölgə Mövludlarında Süleyman Çələbinin yazdığı “Məvlidi-şərif” kitabından çox istifadə olunur. Həm­çi­­nin Yunis İmrənin “Allah deyu, deyu” adlı şeirinin də Balakən və Şəki Mövludlarında oxunduğunun şa­hi­­di olduq.

1 Sığadı – sığalladı

2 Bölgədə buna zikr çalmaq da deyirlər.

1 Soğanı qızardıb içinə ət, pörtlədilmiş şabalıd, kişmiş, qurudulmuş göyərtilərin ovuntusunu tökürlər. Bun­­lar bir yerdə bişib hazır olduqdan sonra düyünün yanında süfrəyə verilir. Bəzən də bunu kənarda de­yil, düyünün altında, yəni qazmağın altında bişirirlər.

1 “Сибирский вестник” 1825-1827-ci illərdə “Азиатский вестник” adı ilə işıq üzü görmüşdür.

2 Березин И.Н. Турецкая хрестоматия. 1857-1878, в 3 томаx, т.2, Казан, 1862

3 Сорокин Н. Могила хана Тохтамыша. “Тобольские губернские ведомости”, No 23, 7. VI.1869

4 Радлов В.В. Образцы народной литературы тюркских племен. ч.1-Х. Спб., 1878-1907.

1 Семенов Н. Туземцы северо-восточного Кавказа. Санкт-Петербург, 1895

2 Мелиоранский П.М. Сказание об Едигее и Тохтамыше. Зап. РГО по от-нию этнографии т. XII. СПб., 1889.

3 Потанин Г.Н. Тюркская сказка о Идыге. Живая старина / – Москва, 1897, вып. III-IV. Tekrar neşr: 2011. – 60 с.

4 Фалев П.А. Введение в изучение тюркских литератур и наречий. Ташкент, 1922.

5 Исанбет Н. 500-летие татарского народного эпоса – дастана “Идегей”. Sovet Edebiyyatı Dergisi, 1940, №11-12, s.90

1 Галлямова А.Г. Ужесточение партийно-государственного контроля в духовной жизни ТАССР в период позднего сталинизма и татарская интеллигенция. УДК 94 (470); Культурное строительство в Татарии (1941-1970). Документы и материалы – Казань, Татарское книжное издательство, 1976, 520 стр, стр.68

2 Жирмунский В.М. Народный героический эпос. Москва, 1962

3 B.B.Бартольд. Отец Едигея. – Соч. т. II, ч.1. М., 1963.

4 Тюркологический сборник. 1972: сборник / АН СССР; Ин-т востоковедения; Ред.кол.: Кононов А.Н. (отв.ред.) и др. – Москва, Наука, 1973, 412 с.

5 В.М.Жирмунский. П.М.Мелиоранский и изучение эпоса Едигей. Тюркологический сборник – 1972. Москва, Издательство “Наука”, ГРВЛ, 1973, стр.141-185

6 В.М.Жирмунский. Тюркский героический эпос. Издательство “Наука”, Ленинградское отделение, Ленинград, 1974

1 А.И.М.Сикалиев. Общество и герой в ногайском героическом эпосе. Сборник “Традиции и совре­менность”, Черкесск, 1980

2 А.И.М.Сикалиев. Ногайский героический эпос. Черкесск, 1994

3 Şamil Ə. Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı. Bakı, Nurlan, 2011, – 412 s., s.195

4 Е.М.Мелетинский. Кипчакский эпос о ногайских богатырях. Энциклопедии История Всемирной Лите­ратуры: В 8 томах / АН СССР; Институт мировой литературы им. А.М.Горького. Москва, Наука, 1983-1994

1 Böyük adam – hər kəsin hörmət etdiyi adam

1 Sunqar – qızılquş

2 Albaslı – Hal anası, Albastı

3 Ökkəsi-bağırı – ağciyəri, qaraciyəri

1 Arbaqa – Krım, Qafqaz və Orta Asiyada ikitəkərli, Ukraynada isə uzun dördtəkərli araba.

1 Yırav – müğənni-bəstəkar, dastan söyləyən şəxs

2 Əyə – yiyə, sahib

1 Tonavşı – heyvanların dərisini soyan adam

2 Kart – bacının əri

3 Samur – dələlər sinfindən boz rəngli qiymətli xəzi olan yırtıcı heyvan.

4 Yataq quraram – məskən salaram

5 Boşalan – burada: olmayan

1 Ayırlıq – ayır kəcəvərdir. Kəcəvərkimilər fəsiləsinə aid bitki növüdür. Çoxillik həmişəyaşıl ot bitkisi olan kəcəvər adətən bataqlıqda bitir.

2 Tostakay – noqaylarda qədim fincan tipi

1 Kuqa – suda bitən bir sıra cilkimilər fəsiləsindən olan bitkilərin və göl qamışının xalq arasındakı adı.

2 Cil – cilkimilər fəsiləsinə aid bitki cinsi.

3 Oram – bitki növü

4 Yıyın – xalq məclisi

5 Karasan – Krımın cənub sahillərində yerləşən Partenit qəsəbəsinin ərazisinə daxil olan landşaf tərtibatlı ərazi.

6 Toreli – orta əsrlərdə hərbi adminstrasiyada mühüm vəzifələrdən tutan gürcü knyazlarına məxsus nəsil.

1 Anav – Əl-Xəlil şəhərinin 20 km cənubunda İuda ərazisində yerləşən dağlardakı şəhər.

2 Qoy deyim ki, yadında qalsın

3 Dinibəy – Qazax xanlığının qurucusu Canıbəy (1428-1480) nəzərdə tutulur. Yazılı mənbələrdə Canıbəy xan, Az-Canıbəy, Dinibəy, hətta ərəb mənbələrində Əbu Səid olaraq adı çəkilir.

4 Nart – alp, igid

5 Nardın boyun qısa kəsən – burada: igidlərə qalib gələn, kürəyini yerə vuran

6 Berdibəy – Məhəmməd Berdibəy (?-1359) Qızıl Ordanın səkkizinci xanı (1357-1359) olmuşdur. Canıbəyin oğludur. Onun rəhbərliyi altında 1356-cı ildə Azərbaycana yürüş etmişdir.

1 Pullu – burada pul-pul

2 Tobılqı – latın dilində adı “filipendula” olan qızılgülkimilər fəsiləsinə aid çoxillik otabənzər bitki növü.

3 Toykoja – Toxtamış xanın atası Tuy Xoca nəzərdə tutulur. Mətnin orijinallığına xələl gətirməmək üçün olduğu kimi saxladıq.

4 Kolı – 10 saniyəyə bərabər zaman ölçüsü

1 Ətli boyunlu – burada: boynu yoğun, yəni iri cüssəli

2 Qureyş – peyğəmbərin mənsub olduğu tayfa

1 Gövdə - burada: bitkinin gövdəsi

2 Mergin – sərrast atıcı, snayper

3 İllər ötüb gələndə – burada: illər sonra

4 Şömiş – Qazaxıstanın Qızıl Orda əyalərində Aral rayonunda stansiya

5 Kerey – saç qırxmaq üçün ülgüc

6 Şıqarak – truba, xarici nəfəslik


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin