AZƏRBAYCANLI ALİMLƏR ƏRZİNCAN ELMİ SİMPOZİUMUNDA
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə müntəzəm olaraq məşğul olur. Bu baxımdan Folklor İnstitutunda mütamadi olaraq düzənlənən Uluslararası folklor simpoziumları, konfranslar və digər elmi tədbirlər mühüm əhəmiyyət daşıyır. İnstitut alimlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Tatarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Dağıstan və s. ölkələrdə keçirilən elmi tədbirlərdə iştirakını da bu sırada xüsusi olaraq qeyd etmək lazımdır. Bu tədbirlərdə Folklor İnstitutunun alimləri fəal iştirak edir, tədbirlərin sonunda çap edilən konfrans və simpozium materiallarında onların adları, məqalələri və tezisləri yer alır. Belə elmi tədbirlərdə türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumiləşdirirlər.
Belə tədbirlərdən biri də 2017-ci il may ayının 11-13-də Türkiyənin Ərzincan şəhərində Ərzincan Universitetinin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜP), işbirliyi, Ərzincan Bələdiyyəsinin və TİKA-nın dəstəyi ilə Ərzincan Universitetində düzənlənən “Uluslararası Axıska Türkləri Simpoziumu” oldu. Simpozium Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Türkiyənin elmi-ədəbi, eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində – 11-12-13 may tarixlərində Ərzincan Üniversitetinin iclas salonlarında baş tutdu.
Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, Türkiyənin və dünyanın 9 ölkəsindən 170-dən çox alim və tədqiqatçının tezis və məruzələri Simpoziumun təşkilat komitəsinə daxil olmuşdur. Dəyərləndirmə zamanı onlardan 135-nin 9 başlıq altında proqrama salınması məqsədəuyğun hesab edilmişdir. Simpozium proqramında türkiyəli alimlərlə yanaşı, doqquz xarici ölkədən olan tədqiqatçı alimlərin məruzələri yer almışdı. Azərbaycandan gələn nümayəndə heyəti 10 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun alim və tədqiqatçıları: AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar idi. Onlarla yanaşı, Ərzincan Simpozyumunda Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları: Elxan Yurdoğlu (Məmmədov), Asəf Orucov, Bağır Babayev və başqaları da iştirakçılar sırasında idilər.
Simpozium öz işinə may ayının 11-də Ərzincan Universitetinin Böyük iclas salonunda açılış (plenar) iclası ilə başladı. Simpozium Sayğı duruşundan sonra İstiqlal Marşının sədaları ilə açıldı. Simpoziumu giriş sözü ilə Ərzincan Bələdiyyəsinin məsul işçisi Mehter Takım açaraq Simpozium iştirakçılarını təbrik etdi və Simpoziuma öz işində uğurlar arzuladı. Sonra Simpoziumda Ərzincan Valisi Ali Arslantaş, Çorum Millətvəkili və TBMM İdarə rəisi Salim Uslu, Ərzincan Universitetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Üzümlü İlçesi Kaymakamı Fatih Acar, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov və başqaları çıxış edərək Simpoziuma dəvət olunmuş alimləri və tədqiqatçıları salamladılar. Çıxış edənlər Ahıska topraqlarının, Anadolu və Türkiyə üçün "açar olduğunu" qeyd edərək, oradan qovulan, yurdsuz-yuvasız edilən Ahıskalıları “qəhrəman” adlandırdılar. Onlar Simpoziumun bu cür geniş tərkiblə keçirilməsinin mühüm elmi-sosial əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladılar.
Açılış iclasından sonra Simpozium iştirakçıları dörd salonda öz işlərini davam etdirmişlər. Simpozium iştirakçıları may ayının 12-də yenə eyni salonlarda fəaliyyətlərini davam etdirmişlər. Bu iclaslarda adı keçən ölkələrin tanınmış elm adamları ilə yanaşı, AMEA Folklor İnstitutunun alim və tədqiqatçıları da biri-birindən məzmunlu məruzələrlə çıxış etdilər. Həmin gün AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Axıska Türk Fıkralarının Başlıca Özellikleri”, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli “Ahıska Türk Folklorunda Vatan Özlemi (Maniler – Bayatılar Esasında)” institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar “Аhıskаlı Âşık Sefi: Hayatı ve Sanatı” mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirakçılar: Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova “Ahıska Türklərində “Koroğlu” Dastanı”, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva “Salkım Söğütlerin Gölgesinde” Romanı’nda Çatışma”, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları olan Elxan Yurdoğlu “Azerbaycandan Toplanmış Ahıska Türklerinin Manilerinde Facialı Yaşam Öyküleri”, Asəf Orucov “Nahçıvan ve Ahıska Türklerinde Adetler ve İnanclar”, Bağır Babayev “Eski Çarlık Rusiyasından Sovyetler Birliğinin Çöküşüne Kadarki Coğrafyada Yaşamış Ahıska Türklerinin Tarihi Kaderi ve Orada Azerbaycanın Yeri Hakkında” adlı məruzələrlə simpoziumda çıxış etdilər.
Mayın 12-də – günün sonunda Ərzincan Üniversitetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Ərzincan Valisi Ali Arslantaş, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov, DATÜB-ün baş katibi Fuat Uçar, Üzümlü İlçesi Kaymakamı Fatih Acar və başqalarının iştirakı ilə “Uluslararası Axıska Türkləri Simpoziumunun” bağlanış iclası keçirildi. Bağlanış iclasında bu beynəlxalq tədbirin işi dəyərləndirildi və Simpozium iştirakçılarına iştirakçı bəlgələri və hədiyyələr təqdim edildi.
Yüksək səviyyədə qarşılanaraq Şanlı Urfa şəhərinin “Böyük Erzincan oteli” və “Sinay otel” mehmanxanalarında yerləşdirilmiş qonaqlar may ayının 13-də Ərzincan şəhərinin bir sıra görməli yerlərini, eləcədə Erğan dağını, “Girevli Şəlaləsini” gəzdilər. Elə həmin gün Simpozium iştirakçıları Ərzincanın Üzümlü ilçəsində yerləşdirilən Axıska türklərini ziyarət etdilər, oların həyat və məişəti ilə yaxından tanış oldular.
Axşama yaxın Ərzincan Simpoziumunun iştirakçılarınının bir hissəsi avtobuslarla Ərzincan şəhərinin mərkəzi avtovağzalına, digər bir hissəsi isə şəhərin hava limanına gətirilib öz vətənlərinə yola salındılar.
Tahir ORUCOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
e-mail:tahiroruclu@gmail.com
MÜNDƏRİCAT
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
Əbülfəz QULİYEV. “KİTABİ-DƏDƏ QORQUD”UN DİLİ
PROFESSOR M.TƏHMASİBİN ARAŞDIRMALARINDA 3
Sevda QASIMOVA. “KİTABİ-DƏDƏ QORQUD” ULU ÖNDƏR
HEYDƏR ƏLİYEVİN BAXIŞLAR SİSTEMİNDƏ 11
Asif HACIYEV. “DƏDƏ QORQUD” EPOSUNDA ŞAMAN
GÖRÜŞLƏRİNİ ƏKS ETDİRƏN BƏZİ MƏQAMLAR 18
Aynur FƏRƏCOVA. “KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QƏHRƏ-
MAN VƏ CƏMİYYƏT MÜNASİBƏTLƏRİNİN TƏZAHÜR TİPLƏRİ 27
Folklorşünaslıq: problemlər, tədqiqlər
Ramazan QAFARLI. RomantİK DÜŞÜNCƏNİN mİfopoetİk
aspektLƏRİ 36
Füzuli BAYAT. MÜASİR FOLKLORUN BƏZİ MƏSƏLƏLƏRİ 46
Kamil HÜSEYNOĞLU. AZƏRBAYCANLILARDA VƏ FARSLARDA
NOVRUZ ƏNƏNƏLƏRİNİN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ 54
Seyfəddin RZASOY. “ALTAY BUUÇAY” DASTANININ
RİTUAL-MİFOLOJİ STRUKTURU 64
İslam SADIQ. NƏSİMİNİN BİR MƏSNƏVİSİNDƏ YARADILIŞ
MOTİVLƏRİ 70
Ağaverdi XƏLİL. KAMİL VƏLİ NƏRİMANOĞLUNUN
ARAŞDIRMALARINDA OĞUZ EPOSUNUN TƏDQİQİ MƏSƏLƏLƏRİ 75
Əziz ƏLƏKBƏRLİ. AZƏRBAYCAN FOLKLORUNDA DƏVƏ VƏ
DƏVƏÇİLİKLƏ BAĞLI DEYİM VƏ RƏVAYƏTLƏR (Qərbi Azərbaycan
folkloru materialında) ...................................................................................................85
Sərxan XAVƏRİ. FOLKLORUN FUNKSİONAL STRUKTURU
MƏDƏNİ FUNKSİONALLIQ KONTEKSTİNDƏ 91
Hikmət QULİYEV. VİRTUAL KOMMUNİKASİYA MÜHİTİNDƏ
FOLKLOR PROSESLƏRİ VƏ ALBERT EYNŞTEYN OBRAZI 99
Ləman VAQİFQIZI (SÜLEYMANOVA). MÖVLUD MƏRASİMİ
(Şəki-Zaqatala bölgəsindən topladığımız folklor materialları əsasında) 116
Yadulla ƏLƏKBƏROV. “AZƏRBAYCAN NAĞILLARINDA MİFOLOJİ
PERSONAJLAR” PROBLEMİNİN NƏZƏRİ ƏSASLARI 124
Fəridə MİRİŞOVA. AŞIQ ŞAKİR YARADICILIĞINA BİR NƏZƏR 130
Aytən CƏFƏROVA. ORDUBAD FOLKLOR MÜHITİNDƏ
AŞIQ YARADICILIĞI VƏ DASTANÇILIQ ƏNƏNƏSİ...........................................136
Azərbaycan folklorundan yeni nümunələr. QAX FOLKLORU 143
Qardaş türk folklorundan örnəklər.
Qəhrəmanlıq salnaməsi – “Edigey” dastanı 158
“EDİGEY” DASTANI (noqay variantı) 162
Rəylər. SEYFƏDDİN RZASOY: ŞƏXSİYYƏT VƏ ALİM HAQQINDA
ESSE-RESENZİYA. Qalib SAYILOV 180
Folklorşünas təqvimi
FOLKLORŞÜNAS SEYFƏDDİN QƏNİYEV. Mahmud ALLAHMANLI 187
Folklor həyatından. AZƏRBAYCANLI ALİMLƏR ƏRZİNCAN ELMİ
SİMPOZİUMUNDA. Tahir ORUCOV 191
CONTENTS
Gorgud studying: investigations, discoveries
Abulfaz GULIYEV. THE LANGUAGE OF “KITABI-DADA GORGUD”
IN PROFESSOR MAHAMMADHUSEYN TAHMASIB`S INVESTIGATIONS 3
Sevda GASIMOVA. THE EPOS “THE BOOK OF DEDE GORGUD”
IN THE NATIONAL LEADER HAYDAR ALIYEV’S OPINION SYSTEM 11
Asif HAJIYEV. SOME POINTS REFLECTING SHAMAN VIEWS
IN “DEDE GORGUD” EPOS 18
Aynur FARAJOVA. APPEARANCE TYPES OF HERO AND
PUBLIC RELATIONS IN "THE BOOK OF DEDE KORKUT" 27
Folk-lore studies: problems, researches
Ramazan GAFARLI. THE MYTHOPOETIC ASPECTS
OF THE ROMANTIC THOUGHT 36
Fuzuli BAYAT. SOME PROBLEMS OF MODERN FOLKLORE 46
Kamil HUSEINOGLU. DIFFERENCE CHARACTERISTICS
OF TRADITIONS OF NOVRUZ IN AZERBAIJANI AND PERSIAN 54
Seyfaddin RZASOY. THE RİTHUAL-MYTHOLOGİCAL STRUCTURE
OF THE EPOS “ALTAY BUUCHAY” 64
Islam SADIG. CREATION MOTIVES OF THE WORLD
IN THE ONE DISTICH OF NASIMI 70
Agaverdi KHALIL. THE RESEARCH PROBLEMS OF THE OGHUZ EPOS
IN THE INVESTIGATIONS OF KAMIL VALI NARIMANOGLU 75
Aziz ALAKBARLI. SAYINGS AND LEGENDS DEALING WITH
CAMEL AND CAMEL-BREEDING IN AZERBAIJAN FOLKLORE
(IN THE MATERIAL OF WESTERN AZERBAIJAN FOLKLORE)……………85
Sarkhan KHAVARI. THE FUNCTIONAL STRUCTURE OF FOLKLORE
IN THE CONTEXT OF CULTURAL FUNCTIONALISM 91
Hikmet GULIEV.THE FOLKLORE PROCESSES IN VIRTUAL
COOMUNICATION AND THE IMAGE OF ALBERT EINSTEIN 99
Laman VAGIFKIZI (SULEYMANOVA). MOVLUD CEREMONY (Based
on folklore materials collected from Shaki-Zagatala region) 116
Yadulla ALAKBAROV. THEORETICAL BASIS OF THE MUTHICAL
PERSONAGES PROBLEM IN AZERBAIJAN TALES 124
Feride MIRISHOVA. A LOOK AT THE POETRY ASHUG SHAKIR 130
Ayten JAFAROVA. THE TRADITION OF THE ASHUG ACTIVITY
AND ART OF A NARRATOR IN ORDUBAD FOLKLORE ENVIRONMENT…136
New samples from Azerbaijan folk-lore 143
From fraternal Turkish folk-lore 158
Reviev 180
Calendar of folklore studying 187
From folk-lore life 191
СОДЕРЖАНИЕ
Горгудистика: поиски, открытия
Абульфаз КУЛИЕВ. ЯЗЫК «КИТАБИ-ДЕДЕ КОРКУДА»
В ИССЛЕДОВАНИЯХ ПРОФЕССОРА М.ТАХМАСИБА 3
Севда КАСУМОВА. «КИТАБИ-ДЕДЕ ГОРГУД» В СИСТЕМЕ
ВЗГЛЯДОВ ВЕЛИКОГО ЛИДЕРА ГЕЙДАРА АЛИЕВА 11
Асиф ГАДЖИЕВ. НЕКОТОРЫЕ МОМЕНТЫ, ОТРАЖАЮЩИЕ
ШАМАНСКИЕ ВЗГЛЯДЫ В ЭПОСЕ «ДЕДЕ КОРКУТ» 18
Айнур ФАРАДЖОВА. ПОЯВЛЕНИЯ ТИП ГЕРОЯ И
ОБЩЕСТВЕННЫЕ ОТНОШЕНИЯ В "КНИГЕ ДЕДЕ КОРКУТ" 27
Фольклористика: проблемы, исследования
Рамазан КАФАРЛЫ. МИФОПОЭТИЧЕСКИЕ АСПЕКТЫ
РОМАНТИЧЕСКОГО МЫШЛЕНИЯ 36
Физули БАЯТ. НЕКОТОРЫЕ ВОПРОСЫ СОВРЕМЕННОГО
ФОЛЬКЛОРА 46
Камиль ГУСЕЙНОГЛУ. ОТЛИЧИТЕЛЬНЫЕ ОСОБЕННОСТИ
ТРАДИЦИЙ НОВРУЗА У АЗЕРБАЙДЖАНЦЕВ И ПЕРСОВ 54
Сейфаддин РЗАСОЙ. РИТУАЛЬНО-МИФОЛОГИЧЕСКАЯ
СТРУКТУРА ЭПОСА «АЛТАЙ БУУЧАЙ» 64
Ислам САДЫГ. МОТИВЫ СОТВОРЕНИЕ В ОДНОМ
МЕСНЕВИ НАСИМИ................................................................................................ 70
Агаверди ХАЛИЛ. ВОПРОСЫ ИЗУЧЕНИЯ ОГУЗСКОГО ЭПОСА
В ИССЛЕДОВАНИЯХ К.В.НАРИМАНОГЛУ 75
Азиз АЛЕКПЕРЛИ. ВЫСКАЗЫВАНИЯ И ЛЕГЕНДЫ,
КАСАЮЩИЕСЯ ВЕРБЛЮДА И ВЕРБЛЮЖЬЕ В АЗЕРБАЙДЖАНСКОМ
ФОЛЬКЛОРЕ (в материале фольклора Западного Азербайджана)...................85
Сархан ХАВЕРИ. ФУНКЦИОНАЛЬНАЯ СТРУКТУРА ФОЛЬКЛОРА
В КОНТЕКСТЕ КУЛЬТУРНОЙ ФУНКЦИОНАЛЬНОСТИ 91
Хикмет КУЛИЕВ. ФОЛЬКЛОРНЫЕ ПРОЦЕССЫ
В ВИРТУАЛЬНОЙ КОММУНИКАЦИОННОЙ СРЕДЕ И ОБРАЗ
АЛЬБЕРТА ЭЙНШТЕЙНА 99
Ляман ВАГИФГЫЗЫ (СУЛЕЙМАНОВА). ОБРЯД МОВЛУД
(Собранные нами фольклорные материалы с Шеки-Закатальского региона) 116
Ядулла АЛЕКБЕРОВ. ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ ПРОБЛЕМЫ
«МИФИЧЕСКИЕ ПЕРСОНАЖИ В АЗЕРБАЙДЖАНСКИХ СКАЗКАХ» 124
Фериде МИРИШОВА. ОБЩИЙ ВЗГЛЯД НА ТВОРЧЕСТА
АШУГА ШАКИРА 130
Айтян ДЖАФАРОВА. АШЫГСКОЕ ТВОРЧЕСТВО И ТРАДИЦИЯ
ЭПИЧЕСКОГО СКАЗИТЕЛЯ В ОРДУБАДСКОЙ ФОЛЬКЛОРНОЙ СРЕДЕ...136
Новые образцы Азербайджанского фольклоре 143
Из тюркского фольклора 158
Рецензии 180
Календарь фольклориста 187
Из жизни фольклора 191
“Dədə Qorqud”.
E
lmi-ədəbi toplu, 2017/1.
Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017.
Ədəbi işçilər:
Sənubər Kərimova
Qumru Şəhriyar
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Operator:
Məhsəti Süleymanova
Kompüter tərtibçisi:
Aygün Balayeva
Kağız formatı: 60/84 32/1
Mətbəə kağızı: №1
Həcmi: 196 səh.
Tirajı: 300
Toplu “Elm və təhsil” nəşriyyat-poliqrafiya mərkəzində
hazır diapozitivlərdən ofset üsulu ilə çap olunmuşdur.
Toplunun üz qabığındakı şəkil: Mirzəxan Qafarovun
“Dədə Qorqud” lövhəsi
Ünvan: Bakı, 370004, 8-ci Kiçik Qala döngəsi, 31
Tel: 492-93-14; Fax: 492-93-14
E-mail ünvanı: dede.qorqud.11@mail.ru