Nümunə 11. “And olsun Seyid Lazım Ağanın cəddinə, mən elə sözlər deməmişəm”
Burada (Nümunə 11.) Eynşteynin virtual folklor obrazını yaradan düşüncə özü-özünə opponentlik edir, “bu sözləri mən deməmişəm” deməklə yeni bir folklor nümunəsi yaratmış olur. Həmçinin burada Azərbaycandilli virtual məkanda Eynşteynlə bağlı olan folklor yaradıcılığı prosesinə də müraciət vardır. Nümunədəki “And olsun Seyid Lazım ağanın cəddinə” ifadəsi isə Qarabağ bölgəsi üçün xarakterik olan and nümunəsidir. Yəqin ki, bölgə xarakterli belə bir and nümunəsinin lokal çərçivədən çıxması İnternetin yaratdığı yeni situasiya – ənənəvi folklorun virtual folklora transmissiyası ilə bağlıdır.
Artıq Eynşteynlə bağlı nümunələrin Azərbaycandilli virtual mühitdə geniş yayılması, bu prosesin özünü də gülüş predmetinə çevirmişdir. Belə ki, Azərbaycandilli virtual məkanda məşhur yunan filosofu Platonla bağlı rast gəldiyimiz başqa bir nümunə elə bu kontekstdə meydana çıxmışdır:
Dostları ilə paylaş: |