Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə120/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   116   117   118   119   120   121   122   123   ...   188
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Füzuli Bayat

Yadulla ƏLƏKBƏROV

Bakı Avrasiya Universitetinin doktorantı

e-mail: yadullaelekberov2@gmail.com

AZƏRBAYCAN NAĞILLARINDA MİFOLOJİ PERSONAJLAR” PROBLEMİNİN NƏZƏRİ ƏSASLARI


Xülasə

Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqi folklorşünaslığın aktual elmi problemlərindəndir. Mövzunun gərəkliyinin iki əsas cəhəti var:

Birincisi, nağıllar istər Azərbaycan folklorşünaslığında, istərsə də dünyada daim alimlərin diq­qət mərkəzində qalmaqda davam edir. Bu cəhət nağıl janrının təbiəti ilə bağlıdır. Belə ki, nağıllar bə­şər mədəniyyətinin zəngin məzmun və forma xüsusiyyətlərinə malik janrı kimi özündə folklor dün­ya­gö­rüşünün çox dərin sirlərini qorumaqdadır. Nağıllar haqqında nə qədər tədqiqat aparılırsa-apa­rıl­sın, bu janrın poetik zənginlikləri tükənmək bilmir. Hər yeni nəzəriyyənin, yeni tədqiqat meto­du­nun or­taya çıx­ması nağılların tədqiqi sahəsində yeni perspektivlər açır. Bu cəhət eyni şəkildə Azər­baycan nağıl­la­rına da aiddir. Nağıllarımızla bağlı bir çox sanballı tədqiqatlar aparılsa da, yeni təd­qi­qatlara, nağılların yeni mövzular baxımından öyrənilməsinə ehtiyac vardır. Belə məsələlərdən biri də Azərbaycan nağıl­larında mifik personajlar problemidir.

İkincisi, nağıl personajlarının mifik xüsusiyyətlərindən mövcud tədqiqatlarda bəhs olunsa da, Azərbaycan nağıllarının mifik personajları bütöv bir sistem halında tədqiqata cəlb olunmamışdır. Bu­ra­da məsələnin əsas mahiyyəti nağıl personajlarının məhz mifik kontekstdə tədqiqidir. Nağıllar ob­razlar baxımından zəngindir. Bu obrazların hər biri müəyyən funksiya daşıyır. Bu funksiya-obrazların bir hissəsi birbaşa mif mənşəlidir. Onların ayrıca tədqiq olunmasına böyük ehtiyac vardır.

Tədqiqatın aparılmasında əsas məqsəd “Azərbaycan nağıllarında mifoloji personajlar” proble­mi­nin nəzəri əsaslarının araşdırılmasıdır.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin