Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli Azərbaycan folklorundan yeni nümunələr



Yüklə 1,81 Mb.
səhifə134/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   130   131   132   133   134   135   136   137   ...   188
Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli

Azərbaycan folklorundan yeni nümunələr




QAX FOLKLORU

Qax rayonu Böyük Qafqazın cənub yamacında yerləşir. Şimal-şərqdən Rusiya Fede­ra­si­yası, cənub-qərbdən Gürcüstan ilə həmsərhəddir. Ərazisindən axan Kürmük, Əyriçay və s. çay­ları rayonun Gürcüstanla sərhədindən axan Qanıx çayı ərazisinə aiddir. Qax, əsasən, tütün­çü­lük, heyvandarlıq, meyvəçilik, taxılçılıq və baramaçılıq rayonudur. Yerli əhalinin məşğuliyyəti, həyat tərzi xalq yaradıcılığında aydın şəkildə əks olunur. Qeyd edəki ki, çapa təqdim etdiyimiz folklor örnəkləri rayonun Sarıbaş və İlisu kəndlərindən toplanmış nümunələrin bir qismini əhatə edir.

Yaşayış məskəni kimi yaranması XIII əsrə aid edilən İlisu kəndinin əhalisi azər­­bay­can­lıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləş­məsi nəticəsində for­ma­laş­mışdır. Kürmükçay və Ağcaçayın (Hamamçayın) kəsişdiyi əra­zidədir. Burada yaşayan söylə­yi­cilərimizlə müxtəlif vaxtlarda görüş­müşük. Ol­duq­­ca maraqlı məqamlarla rastlaşmışıq. Ən təsirli məqamlardan biri də Tovla tala məh­­­ləsində axşamüstü Asiyət nənə ilə uzun çəkən söhbətimizi ertəsi gün eyni vaxta təyin etməyimiz oldu. Görüşə gedərkən qara geyimli kənd qadınlarının Asiyət nənə­nin dəfnindən gəldiyini eşidincə sarsıldıq. Bu, zəngin folkor ehtiyatına malik insan­larla görüşlərimizin təcili və təxirəsalınmazlığının vacibliyini göstərən daha bir fakt idi.

Sarıbaş kəndinin əsasını Mısafırlar tayfasından olan saxurlar qoymuşdur. Kənd dəniz səviyyəsindən 1800 m yüksəklikdə, İlisudan 7 km şimal-qərbdə Kür­mük­çayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir. Yüksək dağlarla əhatə olunmuş Sa­rıbaşın, əsasən yaşlılardan ibarət olan əhalisi olduqca yurda bağlı insanlardır. Dik­ta­fon vasitəsilə bölgəyə məxsus folklor örnəklərini yazıya alacağımızı eşidincə hə­vəs­lə söhbətə qoşuldular. Mehparə Osmanova sıxılaraq "camaatımızın bu gün az ol­ma­sına baxmayın, xoş soraqları Azərbaycanın kənarından gəlir, "Unutmaz bu oba, bu mahal sizi" başlıxlı tədbir keçimişdıx, kənarda yaşiyən sarıbaşlıları çağırmışdıx, gəlmişdilər" söyləyərkən Mahirə Xəlləyeva bu misralarla təsdiqini bildirdi:

Kənardan baxırsan, laçın yuvası

İçinə girirsən, "İçərişəhər".

Böyük şəhərlərdən əzizdir mənə,

Kiçik Sarıbaşı Azərbaycanın.

Qəlbi yurd sevgisi ilə dolu olan, keçmişinə bağlı, ənənələrinə sadiq bu in­san­la­rın söylədiklərini heç bir müdaxilə etmədən, olduğu kimi də yazıya almışıq.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin