Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
III mətn
Qaxın üç Sosialist Əməyi Qəhrəmanının ikisi habı kəntdəndi – Həmzəyev Süleyman, Mirzəyev Həsən. Orden alan üç kalxozdan biri də bizim kalxoz olupdu. Bu yanında uturan gəlinin babası qızıl ulduz medal alıpdı. Bircə vidyo olsaydı, görəydin 1965-ci il bu kəntin intibah dövrüydü. O dövrdə burda heç dağılan ev yoxuydu, heç qapıda qıfıl yoxuydu. 1972-ci ildən dağ kəndlərinin sosiyal-iqtisadi vəzyətinin yaxşılaşdırılmasına qərar çıxdı, tərk olunmağa başladı. Yaxşılaşdırmaq deyəndə ki, dağ kənlərindəkiləri köçüriydilər arana. Bu kəntdə var iydi hamam, kulub. İlisuda yox iydi onda.
Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
IV mətn
Ho qoca qarı Molla Arif babanın nəvəsidi habı. Mən ateist olmuşam, birincisi, ziyarata inanmamışam. Hindi örgəniyam, Murtuzəli babanın ziyaratını, Məryəm nənənin ziyaratını. Müqəddəs yerlərdi.
Mən 10 il məəlim işləmişəm burda. Mart ayında, bi dəstə məəlimiydıx burda. Ova gidiydıx dağlara. Ağappax qarın içində gürzə ilan çıxmışdı.
Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
V mətn
Əvvəllər bizdə kartof ekiplər, buğda, çovdar – hər şey ekiplər. Mahnıynan, söznən əkip-biçiplər. Rayonda işıx olmanda habı kəntdə işıx olupdu. El əməyinən tikilən su elektrik stansiyası olupdu. Gəray dayı diyilən ləzgi kişi olupdu. Bizin Zöhrə xalanın kişi, ha. Heç haranı oxumupdu, ama mühəndis kimi bilikli kişi olupdu. Gedip ho yerrəri görsəz, dəli olarsız, dağın kəlləsinə habı durbaları insan necə çıxardıpdı, hardan su gətiripdi. Hindi bəzi yerrəri sokulupsa da, bəzi yerrəri qəşəkcə duruy. Vaxtilə habra çox qabaqcıl, varrı kənt olupdu.
Səhər günorta oxuyən siniflər olup. Amma hindi uşax lap azdı.
Dostları ilə paylaş: |