Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
Qarşı dağ
Bizdə adsız dağ, adsız küçə yoxdu. Burası Qarşı dağdı. Habı kəntdə hansı evə girsən, hamının qarşısında habı dağdı. O qədər bilip qoyuplar babalar. Neçə il bunnan qavax bizin kişilər – ərlər, oğullar Kürdəmir rayonuna işləmağa gediydilər. Qışlağa gediydilər 6 ay. Çobançılığa. Gələn gəlinnər də olup. Arvad-uşax təmizlığ elip kişinin qabaana çıxarmışdar. Deyərdilər, ağırrıx gəliy. Filan çobanın ağırrığı gəliy, yəni veşi. Aşaada Vidadigil yaşıyan ev olupdu.Orda bir gəlmə gəlin olupdu - qərib gəlin. Həmişə ağırrıx gələndə ərinin qavaana tək çıxiymiş. Bi vaxı xəstə olup çıxmıpdı. Üzünü Qarşı dağa tutub diyip:
Əzizinəm, Qarşı dağ
Qarşmdasan, Qarşı dağ.
Səndən bir diləyim var,
Yarım geliy, qarşıla.
Qarşı dağda yaşayış olupdu. Sarıxlı başdı ərəb tayfaları yaşıyıpdı. Bir inanca görə, diyilər biz Osmanlı türklərinin törəmələriyik. Sarı türklər diyilər. Bizim ləhcəmiz də holara oxşiyi. Türkiyədən də bu oxşarlığı müzkirə eləmaxdan ötrü gəlib çəkmişdilər. Kəntin ləhcəsi Türkiyədə kəndlərin ləhcəsinə çox oxşuyu. Biz də "r" işlətmiyıx, "y" işlətiyıx.
Dostları ilə paylaş: |