Burda bi arvad gözəl biliy bayatıları. Unun qaynanası Qarabağdan gəlmişdi bura. Çox mahir söz biləndi.
Asiyət nənə. İlisu kəndi, Tovla tala məhləsi ( Söyləyici vəfat edib).
Əzizinəm, a dağlar,
Üsdü qar basdı dağlar.
Həmməşə toy-busatdı
İndi də yaslı dağlar.
Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
OYUNLAR
Tonqay Məlik
I mətn
Ənənələrimiz zəngindi. Məhşur Tuğay Məlik rəqsi var. İki kamanda oluy. Deyişmə oluy. Biri diyi:
Bağa bi qoç giripdi, Tonqay Məlik
O biri diyi:
Qoçun buynuzu sinipdi Salaməleyküm.
Həblə deyişməynən davam eliy.
Yəhyayev Rəcəb Yəhya oğlu. 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
II mətn
Sarıbaş kəntinə məxsus Tonqay Məlik folklor ansamblı olupdu. 6-8 qız. Bi qarı nənə gəliy əlində palaz. Palazı sala-sala diyi, eh bu qız koçumax nə çətin işdi. Gərək yun darıyasan, ip əyirəsən, palaz toxuyəsən. Camaat 3-4 qız koçuruy. Görəsən, mən bircə qızımı nicə koçuracam diyəndə bi cavan qız əlində səhəng elə bil, ötiy yoldan. Diyi, ay Sənəm nənə, noolub, niyə belə ah-vay eliyisən? O da diyi, necə ah-vay eləmiyim? Qabaxda xeyir işim, bircə köməyim də yox. Kömək məndə, Sənəm nənə, - diyip qız səhəngi də götürüp çıxıy səhnədən. Gəlin qızlar, diyip bi sürü qızı yığıp gətiriylər. Ortada Sənəm nənə, yanında da qızlar uturuylar. Biri yun didiy, biri corab toxiy, biri onu, biri bunu eliyi, qız koçumağa hazırrığ gidiy. Qız da cehizinə öz toxuduğu şeylərdən qoymalı imiş. Sənəm nənə qorıy, hamısı sakit duriylər, diyi, ay qızlar, niyə sakit duriysiz, deyin, gülün, şənlənin. Qoy gecəniz xoş keçsin. Qızlardan biri diyi, ay Sənəm nənə, elin adəti var, böyük olan yerdə kiçik danışmaz. Əvvəl siz deyin, soora da biz başliyəx. Sənəm nənə də qoca arvaddı. Qızları güldürməkdən ötrü oxiyi:
Ay doğdu, pəri, pəri
Yaylığın ucu zərri.
Girəydim yar qoynuna,
Çıxaydım, tərri-tərri.
Qızlar da zarafatnan "ay Sənəm nənə, sənin belə işlər də varmış?" Sənəm nənə də diyər, həyindi siz diyin, mən qulağ asım. Qızlar bayatı diyillər. Sənəm nənə diyi, hər şey yaxşı, bi rəqs də olsa, lap yaxşı. Qızlar ayağa duruylar, həmən bizin Sarıbaş rəqsi çalınıy. Qızlar oyna-oyna iki dəstə düzülüylər. Başlıylar oxumağa:
Məhlədə qoç yatıpdı, Tunqay Məlik,
Qoç buynuza çatıpdı, Salaməleyküm.
Birinci dəstə gəliy qabaana. Sonra başlıyı:
Heyf, qoçun qolları, Tonqay Məlik,
Quru yerdə qalıpdı, Salaməleyküm - diyə dala çekiliylər.
Sora başlıyi, o biri dəstə gəlməğa:
Sarıbaşın yasdı yolu, Tonqay Məlik,
Sel gəldi basdı yolu, Salaməleyküm.
Getmişdim yar görməyə, Tonqay Məlik,
Düşmənlər kəsdi yolu, Salaməleyküm.
Məhlədə atım izlər, Tonqay Məlik,
Yardan doymadı gözlər, Salaməleyküm.
..............................
Salam-dua yazdıran
Dilivə yara çıxsın,
Arada söz gəzdirən.
Rəqs qurtalannan soora Sarıbaş rəqsiynən gəlip Sənəm nənənin başı üsdə ayaq üsdə duruylar. İki qız:
Əzizim, yad olmasın
Ömründə şad olmasın.
Unudulsun unudan
Ömründə şad olmasın.
Bunnan sora Sənəm nənəni qaldıriylər. Yenə Sarıbaş mahnısiynən Sənəm nənə özü ounuya, qızlar da yanında biri cəhrəni qotura, biri tarağı, biri yunu qaturub səhnədən çixiylar.
Oyunun tarixini mən cavan olanda mədəniyət evində işləndə nenədən soruşmuşdux. Nenənin əsli tərəkəməydi. Bura ərə gəlipdi. Minəxatın əədə çox gözəl ağlabatan didi. Tonqay Məlik adı dildən dilə keçdikcə elə olupdu. Belində donqarı olan Məlik adında bi kişi olupdu. Hona salam veriysənsə, o sağa şeirnən cavab qaytarıymış. Əleyküm salamı şeirnən qaytarırmış. Adama salam verəndə də həmən salamı bayatıynan diyiymiş. Ho cümlə işlətmirmiş. Honu sözlərdi Tonqay Məlikdə işlənən. Bizə gəlip çatıncan Donqar Məlik olupdu Tonqay Məlik, Tunqay Məlik.
Zəli-zəli
Bizin variydi Zəli-zəli mahnısı:
Ay zəli-zəli, vay zəli-zəli
Bağçada itirdim nazlı yarı.
Titrə bənövşə
Titrə bənööşə öyüni vardı ha. Nenə də rəhmətə gitdi, ildən ilə kəntdə də oğul-uşax azaldı, eləmədıx. Bi Tonqay Məlik öyununu saxla bildix.