Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə179/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   175   176   177   178   179   180   181   182   ...   188
Mahmud ALLAHMANLI

filologiya üzrə elmlər doktoru, professor

Folklor həyatından


AZƏRBAYCANLI ALİMLƏR ƏRZİNCAN ELMİ SİMPOZİUMUNDA
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklo­runun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə müntəzəm olaraq məş­ğul olur. Bu baxımdan Folklor İnstitutunda mütamadi olaraq düzənlənən Ulus­lara­rası folklor simpoziumları, konfranslar və digər elmi tədbirlər mühüm əhəmiyyət da­şı­yır. İnstitut alimlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Gür­cüstan, Tatarıstan, Türk­mə­nis­tan, Şimali Kipr Türk Respublikası, Dağıstan və s. ölkələrdə keçirilən elmi təd­bir­lərdə iştirakını da bu sırada xüsusi olaraq qeyd etmək lazımdır. Bu tədbirlərdə Fol­klor İnstitutunun alimləri fəal iştirak edir, tədbirlərin sonunda çap edilən kon­frans və simpozium materiallarında onların adları, məqalələri və tezisləri yer alır. Belə elmi tədbirlərdə türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumi­ləş­dirirlər.

Belə tədbirlərdən biri də 2017-ci il may ayının 11-13-də Türkiyənin Ərzincan şə­hərində Ərzincan Universitetinin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜP), iş­bir­liyi, Ərzincan Bələdiyyəsinin və TİKA-nın dəstəyi ilə Ərzincan Universitetində düzənlənən “Uluslararası Axıska Türkləri Simpoziumu” oldu. Simpozium Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Türkiyənin elmi-ədəbi, eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində – 11-12-13 may tarixlərində Ərzincan Üniversitetinin iclas salonlarında baş tutdu.

Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, Türkiyənin və dünyanın 9 ölkəsindən 170-dən çox alim və tədqiqatçının tezis və məruzələri Simpoziumun təşkilat komitəsinə daxil olmuşdur. Dəyərləndirmə za­ma­nı onlardan 135-nin 9 başlıq altında proqrama salınması məqsədəuyğun hesab edilmiş­dir. Simpozium proqramında türkiyəli alimlərlə yanaşı, doqquz xarici ölkədən olan təd­qiqatçı alimlərin məruzələri yer almışdı. Azərbaycandan gələn nümayəndə heyəti 10 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akade­miyasının Folklor İnstitutunun alim və tədqiqatçıları: AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar idi. Onlarla yanaşı, Ərzincan Simpozyumunda Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Ədəbiyyat İnsti­tutunun Gənc Alimlər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Baba­yeva, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları: Elxan Yurdoğlu (Məm­mə­dov), Asəf Orucov, Bağır Babayev və başqaları da iştirakçılar sırasında idilər.

Simpozium öz işinə may ayının 11-də Ərzincan Universitetinin Böyük ic­las sa­lo­nunda açılış (plenar) iclası ilə başladı. Simpozium Sayğı duruşundan sonra İstiqlal Mar­şının sədaları ilə açıldı. Simpoziumu giriş sözü ilə Ərzincan Bələ­diy­yəsinin mə­sul işçisi Mehter Takım açaraq Simpozium iştirakçılarını təbrik etdi və Sim­­po­ziuma öz işində uğurlar arzuladı. Sonra Simpoziumda Ərzincan Valisi Ali Arslan­taş, Ço­rum Millət­vəki­li və TBMM İdarə rəisi Salim Uslu, Ərzincan Uni­ver­­sitetinin rektoru Prof. Dr. İlyas Ça­poğ­lu, Üzümlü İlçesi Kaymakamı Fatih Acar, Dünya Axıska Türk­ləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov və başqaları çıxış edərək Simpoziuma dəvət olun­muş alimləri və tədqiqatçıları salamladılar. Çıxış edənlər Ahıska topraqlarının, Anadolu və Türkiyə üçün "açar olduğunu" qeyd edə­rək, oradan qovulan, yurdsuz-yuvasız edilən Ahıskalıları “qəhrəman” adlandır­dılar. On­lar Simpoziumun bu cür geniş tərkiblə keçiril­məsinin mühüm elmi-sosial əhə­miyyət daşıdığını xüsusi olaraq vurğuladılar.

Açılış iclasından sonra Simpozium iştirakçıları dörd salonda öz işlərini davam etdirmişlər. Simpozium iştirakçıları may ayının 12-də yenə eyni salonlarda fəaliy­yətlərini davam etdirmişlər. Bu iclaslarda adı keçən ölkələrin tanınmış elm adamları ilə yanaşı, AMEA Folklor İnstitutunun alim və tədqiqatçıları da biri-birindən məz­mun­lu məruzələrlə çıxış etdilər. Həmin gün AMEA Folklor İnstitutunun “Müasir fol­klor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Oru­cov “Axıska Türk Fıkralarının Başlıca Özellikleri”, Folklor İnstitutunun “Məra­sim folkloru” şöbəsinin böyük elmi işçisi, filolo­gi­ya üzrə fəlsəfə doktoru Atəş Əhmədli “Ahıska Türk Folklorunda Vatan Özlemi (Maniler – Bayatılar Esasında)” institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar “Аhıskаlı Âşık Sefi: Hayatı ve Sanatı” mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirak­çılar: Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova “Ahıska Türklə­rində “Koroğ­lu” Dastanı”, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filolo­gi­ya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva “Salkım Söğütlerin Göl­gesinde” Roma­nı’nda Çatışma”, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları olan Elxan Yurdoğlu “Azerbaycandan Toplanmış Ahıska Türklerinin Manilerinde Facialı Yaşam Öyküleri”, Asəf Orucov “Nahçıvan ve Ahıska Türklerinde Adetler ve İnanc­lar”, Bağır Babayev “Eski Çarlık Rusiyasından Sovyetler Birliğinin Çöküşüne Ka­dar­ki Coğrafyada Yaşamış Ahıska Türklerinin Tarihi Kaderi ve Orada Azerbaycanın Yeri Hakkında” adlı məruzələrlə simpoziumda çıxış etdilər.

Mayın 12-də – günün sonunda Ərzincan Üniversitetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Ərzincan Valisi Ali Arslantaş, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov, DATÜB-ün baş katibi Fuat Uçar, Üzümlü İlçesi Kay­ma­kamı Fatih Acar və başqalarının iştirakı ilə “Uluslararası Axıska Türkləri Simpoziu­mu­nun” bağlanış iclası keçirildi. Bağlanış iclasında bu beynəlxalq tədbirin işi dəyərlən­dirildi və Simpozium iştirakçılarına iştirakçı bəlgələri və hədiyyələr təqdim edildi.

Yüksək səviyyədə qarşılanaraq Şanlı Urfa şəhərinin “Böyük Erzincan oteli” və “Sinay otel” meh­manxanalarında yerləşdirilmiş qonaqlar may ayının 13-də Ərzincan şəhərinin bir sıra görməli yerlərini, eləcədə Erğan dağını, “Girevli Şəlaləsini” gəzdilər. Elə həmin gün Simpozium iştirakçıları Ərzincanın Üzümlü ilçəsində yerləşdirilən Axıska türklərini ziyarət etdilər, oların həyat və məişəti ilə yaxından tanış oldular.

Axşama yaxın Ərzincan Simpoziumunun iştirakçılarınının bir hissəsi av­to­bus­larla Ərzincan şəhərinin mərkəzi avtovağzalına, digər bir hissəsi isə şə­hərin hava limanına gətirilib öz vətənlərinə yola salındılar.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin