Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Qəhrəman sərkərdə kimi: bəylər bəyi



Yüklə 1,81 Mb.
səhifə30/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   26   27   28   29   30   31   32   33   ...   188
2. Qəhrəman sərkərdə kimi: bəylər bəyi.

Salur Qazanın Bayındır xandan bir əsas fərqi var: o, qılınc qəhrəmanı, alp igid, qazi ərəndir. Bütün bu ifadələrin hamısı onun bir döyüşkən qəhrəman tipi olduğunu göstərir. Ümumiyyətlə, oğuz cəmiyyətini Salur Qazan olmadan təsəvvür etmək mümkün deyildir. Onun oğuz cəmiyyətindəki yeri, rolu, əlaqələri dastanın ikinci boyunda aşağıdakı epitetlərlə təqdim olunur:

Tüklü quşun balası,

Yazıqların ümidi,

Amit soyunun aslanı,

Qaracığın qaplanı,

Qonur atın yiyәsi,

Uruz xanın ağası,

Bayındır xanın kürəkәni,

Qalın oğuzun dayağı, igidlәrin arxası

Ulaş oğlu Salur Qazan (5, 140).

Salur Qazan oğuzların sərkərdəsidir. Dastanda sərkərdə vəzifəsində ondan başqa heç kəs təqdim olunmur. Oğuzların “kafir” adlandırdıqları düşmənləri ilə apardıqları bütün müharibələrin başında Salur Qazan durur. Tarixdən məlumdur ki, Oğuzlar 24 boydan ibarət olmuşlar. Salur Qazanın dastanda “bəylərbəyi” kimi təqdim olunması onun bütün bəylərin başçısı, sərkərdəsi olduğunu, “xanlar xanı” kimi təqdim olunması isə Qazanın Bayındır xandan sonra Oğuz elinin həm də siyasi başçısı, yəni hökmdarı, xaqanı olduğunu göstərir.




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin